Skip to content
03.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Təhməzlinin “kürü” oyunu – Zatən illərdir bazarda saxta kürü satılır…
  • CƏMİYYƏT
  • ÖLKƏ

Təhməzlinin “kürü” oyunu – Zatən illərdir bazarda saxta kürü satılır…

admin 06.05.2026
1778057141_screenshot-2026-05-06-124326

Azərbaycanda “saxta kürü” bazarı böyük yoxlamaya məruz qalıb. İllərdir bazarlarda, şadlıq evlərində insanlara satılan və yedizdirilən “kürü” Qida Təhlükəsizliyi Agentliyinin rəhbəri Qoşqar Təhməzlinin nəhayət ki, yadına düşüb. Maraqlı yoxlamalardır, maraqlı nəticələri olacaq…
Qida Təhlükəsizliyi Agentliyinin rəhbəri Qoşqar Təhməzlinin nəzarəti altında ilə həyata keçirilən son yoxlamalar genişmiqyaslı şəkildə təqdim olunsa da, bu addımların vaxtı və məqsədi ilə bağlı suallar yaratmaya bilməz… Niyə indi?
Qida Təhlükəsizliyi Agentliyinin məlumatına görə, saxta kürü məhsullarına qarşı aparılan monitorinqlər çərçivəsində 10 ərzaq bazarı, 8 ticarət obyekti, 14 idxalçı anbarı və 61 ictimai iaşə müəssisəsi yoxlanılıb. Yoxlamalar zamanı Keşlə Bazarı, Özbək Bazarı, Sahil Bazarı və Yaşıl Bazar kimi məkanlarda ciddi nöqsanlar aşkar edildiyi bildirilib.
kuru2.jpg
Həmçinin Balique 2023 LTD və Natural Fish kimi obyektlərdə etiketsiz, sənədsiz və yararlılıq müddəti bitmiş məhsulların satışda olduğu üzə çıxıb. Laborator nəticələrə əsasən, “Natural Fish” məhsullarından birində Listeria monocytogenes bakteriyası da aşkarlanıb.
Bundan əlavə, Food Fish MMC-yə məxsus anbarda məhsulların laborator nəticələr və sağlamlıq aktı olmadan satışa çıxarıldığı müəyyən edilib. Ümumilikdə isə tonlarla etiketsiz və yararlılıq müddəti bitmiş kürü məhsulları aşkarlanıb.

Deməli, Qida Təhlükəsizliyi Agentliyinin səriştəsizliyi nəticəsində bir neçə ay bu məhsulların satışı həyata keçirilib, şadlıq evlərində bu məhsullardan insanlar qidalanıb və ya marketlərdən alınaraq istifadə olunub. Amma bu gün Qida Təhlükəsizliyi Agentliyi öz fəaliyyətini ifşa edərək bu məhsulları yararsız hesab edir.
İllərdir bazarda satılan kürü məhsullarının böyük hissəsi saxta olduğu halda, bu sahəyə indiyə qədər ciddi nəzarətin olmaması sual doğurur. Demək olar ki, bütün marketlərdə və şadlıq evlərində təqdim olunan “qara kürü”nün əslində saxta və sağlamlıq üçün zərərli olduğunu hər kəs bilirdi.
Əsas diqqət çəkən məqam isə yoxlamaların məhz indi başlamasıdır.
Bizimesr.com-a daxil olan məlumata görə, bu proses təsadüfi deyil. Bir neçə ay əvvəl ət və ət məhsulları bazarında da oxşar vəziyyət yaşanmış, geniş yoxlamalardan sonra Monqolustandan buzlu ət məhsullarının bazara daxil olması ilə bağlı faktlarla yekunlaşmışdı.
Daxil olan məlumatlara əsasən, hazırda saxta kürü bazarında da eyni ssenarinin tətbiq olunduğu iddia edilir. Bildirilir ki, “Food Fish” MMC bazardan çıxarılır və bu sahə başqa şəxslərin nəzarətinə keçəcək. Eyni zamanda, bazara Qazaxıstan və Rusiya kimi ölkələrdən “kürü” və “kürü məhsulları”nın gətirilməsi planlaşdırılır.
Bu baxımdan, Qida Təhlükəsizliyi Agentliyinin son addımlarının illərdir bazarda fəaliyyət göstərən mövcud oyunçuların sıradan çıxarılmasına və yeni idxalçıların önünün açılmasına xidmət etdiyi iddia olunur.
Bizimesr.com

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Beynəlxalq reytinqdə ən böyük irəliləyiş Azərbaycanın oldu – Fotolar
Next: İlqar Bayramlı vərəm faktını niyə gizlədir? – Əsas korpus bağlanıb, dərslər online keçirlir

OXŞAR MÖVZULAR

esas
  • CƏMİYYƏT

Bu klinika təzminat ödəyəcək – Burun düzəldəndə gözü zədələyib

admin 02.07.2026
1782995026_screenshot-2026-07-02-162244
  • CƏMİYYƏT

Bu şirkət ancaq Elm və Təhsil Nazirliyinin tenderlərini udur – 4 ildə 44 milyon manat…

admin 02.07.2026
1782990157_eminnn_fatya
  • CƏMİYYƏT
  • ÖLKƏ

İlqar Bayramlı Fatma Çandırovanı yola saldı – Emin yeni direktor ola biləcəkmi?

admin 02.07.2026

XƏBƏR LENTİ

Polşa və Ukrayna XİN başçıları Varşavada görüşəcək qhhuds6nz3or33intodf3qbpf5l7n51kqlbecxnt_1200
  • DÜNYA

Polşa və Ukrayna XİN başçıları Varşavada görüşəcək

admin 02.07.2026
İyulun 3-də Varşavada Polşa xarici işlər naziri Radoslav Sikorski ilə ukraynalı həmkarı arasında görüş keçiriləcək. “Sabah mən...
DAVAMI Read more about Polşa və Ukrayna XİN başçıları Varşavada görüşəcək
Atası Arzumun həbsindən sonra ölənin yaxınlarına qarğış etdi – Video Arzum_atası
  • ARAŞDIRMA
  • VİDEO

Atası Arzumun həbsindən sonra ölənin yaxınlarına qarğış etdi – Video

admin 02.07.2026
Xəbər verdiyimiz kimi, bu gün tiktoker İlduzə Hacıyevaya (Arzum) hökm oxunub. O, ölümlə nəticələnən yol qəzası törətməkdə...
DAVAMI Read more about Atası Arzumun həbsindən sonra ölənin yaxınlarına qarğış etdi – Video
Bu klinika təzminat ödəyəcək – Burun düzəldəndə gözü zədələyib esas
  • CƏMİYYƏT

Bu klinika təzminat ödəyəcək – Burun düzəldəndə gözü zədələyib

admin 02.07.2026
Sumqayıt şəhərində yerləşən “Liman Klinikası” qüsurlu əməliyyata görə pasiyentə təzminat ödəyəcək. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, məhkəmə belə qərar...
DAVAMI Read more about Bu klinika təzminat ödəyəcək – Burun düzəldəndə gözü zədələyib
Bu şirkət ancaq Elm və Təhsil Nazirliyinin tenderlərini udur – 4 ildə 44 milyon manat… 1782995026_screenshot-2026-07-02-162244
  • CƏMİYYƏT

Bu şirkət ancaq Elm və Təhsil Nazirliyinin tenderlərini udur – 4 ildə 44 milyon manat…

admin 02.07.2026
Elm və Təhsil Nazirliyinin nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin keçirdiyi tender müsabiqəsinin qalibi “Texno Lyuks M” MMC...
DAVAMI Read more about Bu şirkət ancaq Elm və Təhsil Nazirliyinin tenderlərini udur – 4 ildə 44 milyon manat…
İlqar Bayramlı Fatma Çandırovanı yola saldı – Emin yeni direktor ola biləcəkmi? 1782990157_eminnn_fatya
  • CƏMİYYƏT
  • ÖLKƏ

İlqar Bayramlı Fatma Çandırovanı yola saldı – Emin yeni direktor ola biləcəkmi?

admin 02.07.2026
İctimai İaşə və Xidmət üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Fatma Çandırova təqaüdə göndərilib.  Bizimesr.com bildirir...
DAVAMI Read more about İlqar Bayramlı Fatma Çandırovanı yola saldı – Emin yeni direktor ola biləcəkmi?

Bütün yazılar

qhhuds6nz3or33intodf3qbpf5l7n51kqlbecxnt_1200
  • DÜNYA

Polşa və Ukrayna XİN başçıları Varşavada görüşəcək

admin 02.07.2026
Arzum_atası
  • ARAŞDIRMA
  • VİDEO

Atası Arzumun həbsindən sonra ölənin yaxınlarına qarğış etdi – Video

admin 02.07.2026
esas
  • CƏMİYYƏT

Bu klinika təzminat ödəyəcək – Burun düzəldəndə gözü zədələyib

admin 02.07.2026
1782995026_screenshot-2026-07-02-162244
  • CƏMİYYƏT

Bu şirkət ancaq Elm və Təhsil Nazirliyinin tenderlərini udur – 4 ildə 44 milyon manat…

admin 02.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.