Skip to content
10.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Nigar Köçərli “Liv Bona Dea Hospital”ı ittiham etdi: Məhkəməyə saxta sənəd təqdim olunub?
  • ARAŞDIRMA
  • GÜNDƏM

Nigar Köçərli “Liv Bona Dea Hospital”ı ittiham etdi: Məhkəməyə saxta sənəd təqdim olunub?

admin 29.04.2026
liv_bona_dea

“Liv Bona Dea Hospital”ı ilə məhkəmə çəkişməsi davam edən “Əli və Nino” Kitab Evinin sahibi Nigar Köçərli klinikanı məhkəməyə saxta sənəd təqdim etməkdə ittiham edib.

Teleqraf xəbər verir ki, bu barədə N.Köçərli sosial media hesabında məlumat verib.

Onun sözlərinə görə, klinika məhkəməyə təqdim etdiyi iddiada onun heç bir əlaqə nömrəsi qeyd etmədiyini və buna görə də xəstəxanada gözləyən həyat yoldaşına heç bir məlumat verilmədiyini bildirib.

“Yanvarın 12-də, əməliyyatdan iki gün əvvəl, hazırlıq üçün Liv Bona Dea xəstəxanasına getdim. Müayinə, qeydiyyat və sənədləşmə prosesini tamamladım. Buna baxmayaraq, müqavilənin bir nüsxəsi və ya hər hansı sənəd mənə təqdim olunmadı, yalnız EKQ verildi.

Mənə bir blank verildi və bildirildi ki, burada iki ailə üzvünün əlaqə nömrəsi qeyd olunmalıdır. Birinci nömrə kimi Şahbaz bəyin (Şahbaz Xuduoğlu – həyat yoldaşı -red.) nömrəsini yazdım. İkinci nömrə üçün anamı qeyd etməkdə tərəddüd etdim – 82 yaşı var və əməliyyat barədə məlumat alıb narahat olmasını istəmirdim. Lakin klinika əməkdaşı israr etdi ki, mütləq iki nəfərin əlaqə nömrəsi yazılmalıdır. Buna görə anamın da nömrəsini qeyd etdim.

Əməliyyatla bağlı narazılığımı daha əvvəl yazdığım paylaşımda qeyd etmişdim: əməliyyat günü saat 07:30-da məni Şahbaz bəydən ayırdılar və sonrakı 7 saat ərzində o, mənim vəziyyətim və əməliyyat barədə heç bir adekvat məlumat ala bilmədi. Halbuki normal praktikada əməliyyatdan sonra həkim və ya klinika nümayəndəsi xəstə yaxınlarına məlumat verir.

Bu halda isə əməliyyatı həyata keçirən həkim, öz sözlərinə görə, saat 10:30-da xəstəxananı tərk edib. Mən isə bundan sonra bir neçə saat ərzində ayılma otağında ağrıdan əziyyət çəkərək əlavə anesteziya verilməsi üçün yalvarmışam. Mənə bunun əlavə ödənişli olacağı bildirilib və razılaşmışam. Buna baxmayaraq, uzun müddət heç bir yardım göstərilməyib.

Əsas şikayətim də məhz bu – anesteziya ilə bağlı laqeyd münasibət və ümumi diqqətsizlikdir.

Bu müddətdə Şahbaz bəy hər yarım saatdan bir qeydiyyata yaxınlaşaraq vəziyyətimlə maraqlanıb. Üstəlik, öz əlaqə nömrəsini də qeydiyyata təqdim edib ki, həkimlə əlaqə yaradılsın. Nəhayət, yaxınların narahatlığı həkimə çatdırıldıqdan sonra, saat 13:53-də həyat yoldaşıma zəng edilib”.

N. Köçərli bildirib ki, məhkəmə prosesi başlayandan sonra, müqavilə və əməliyyatla bağlı sənədləri vəkil vasitəsilə böyük çətinliklə əldə edə bilib.

“İndi isə mayın 5-də keçiriləcək iclasa hazırlaşarkən sənədlər arasında diqqətçəkən bir fakt ortaya çıxıb.

Həmin o blank, həqiqətən, yoxa çıxıb. Amma əlavədəki 3-cü fotoya diqqət yetirin. Bu, “Liv Bona Dea” tərəfindən təqdim olunan “xəstəlik tarixçəsi”dir. Burada qeyd etdiyim hər iki əlaqə nömrəsi mövcuddur. Qeyd edim ki, bu yazı mənə məxsus deyil – sənəd qeydiyyat əməkdaşı tərəfindən doldurulub. Bu isə o deməkdir ki, mən həqiqətən də əlaqə nömrələrini təqdim etmişəm.

Belə çıxır ki, klinika yaxınlarımın əlaqə nömrələrinin qeyd olunduğu ilkin blankı aradan qaldırsa da, digər sənəddə bu məlumatlar təsadüfən qorunub saxlanılıb.

Digər iddialar da eyni dərəcədə əsassız və ziddiyyətlidir. Vaxt tapdıqca onları da ayrıca təqdim edəcəyəm”, – o vurğulayıb.

Qeyd edək ki, mayın 5-də hospitalın N.Köçərliyə 222 395 AZN təzminat iddiası ilə bağlı Nəsimi Rayon Məhkəməsində növbəti iclas keçiriləcək.

İttihamlarla bağlı “Liv Bona Dea Hospital”a sorğu ünvanlanıb.

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Könül Mehdiyeva “Barselona” – “Bavariya” oyununa təyinat alıb
Next: Ceyhun Bayramov Uruqvayın xarici işlər nazirinin müavini ilə görüşdü

OXŞAR MÖVZULAR

fa0ec133b9a2b1b10a41f883bd07ddad
  • ARAŞDIRMA

600 min manatdan çox pul mənimsədi – Sabiq bələdiyyə sədrinin cinayət işi

admin 09.07.2026
whatsapp_image_2026-07-09_at_09.54.28
  • ARAŞDIRMA

Sabirabadda çətənə kolları yetişdirən şəxs saxlanıldı

admin 09.07.2026
1783577350_screenshot-2026-07-09-100711
  • GÜNDƏM
  • SİYASƏT

Azərbaycan Xarici İşlər Nazirliyinin kollektivi Fəxri xiyabanı ziyarət edib

admin 09.07.2026

XƏBƏR LENTİ

“Söyüş və qarğış silməkdən yorulmuşam”- İlkin Misgərli autizmli uşaqla görüşəcək 9b1df91d385a18c66bc18e05189ee836
  • MƏDƏNİYYƏT

“Söyüş və qarğış silməkdən yorulmuşam”- İlkin Misgərli autizmli uşaqla görüşəcək

admin 09.07.2026
Xəbər verdiyimiz kimi aktyor İlkin Misgərlinin “Bizim eltilər” serialındakı səhnəsi tənqid olunub. Aktyor bir müddət əvvəl sosial...
DAVAMI Read more about “Söyüş və qarğış silməkdən yorulmuşam”- İlkin Misgərli autizmli uşaqla görüşəcək
“Qarabağ” bu gün Avropa Liqasında mübarizəyə başlayır xzukokwl7ejcxp3shqckqnclkxlouofq
  • İDMAN

“Qarabağ” bu gün Avropa Liqasında mübarizəyə başlayır

admin 09.07.2026
“Qarabağ” bu gün UEFA Avropa Liqasında mübarizəyə başlayır. Matç Bakı vaxtı ilə saat 20:00-da start götürəcək. Cavab...
DAVAMI Read more about “Qarabağ” bu gün Avropa Liqasında mübarizəyə başlayır
DÇ-2026: Mərakeş millisinin bombardiri Fransa ilə oyunu buraxacaq original_(2)
  • İDMAN

DÇ-2026: Mərakeş millisinin bombardiri Fransa ilə oyunu buraxacaq

admin 09.07.2026
Mərakeş millisinin baş məşqçisi Məhəmməd Uəhbi komandanın aparıcı futbolçularından İsmael Saybarinin 2026-cı il dünya çempionatının 1/4 finalında...
DAVAMI Read more about DÇ-2026: Mərakeş millisinin bombardiri Fransa ilə oyunu buraxacaq
“Mənsum İbrahimova bənzəməyə çalışıram, idealımdır” 311989_8hpib7txzn (1)
  • ŞOU-BİZNES

“Mənsum İbrahimova bənzəməyə çalışıram, idealımdır”

admin 09.07.2026
“9 yaşından Arzu mənim tələbəmdir. Mənim üçün çox doğmadırlar. Hər uğurları mənim uğurumdur. Mən evdə olmayanda da...
DAVAMI Read more about “Mənsum İbrahimova bənzəməyə çalışıram, idealımdır”
600 min manatdan çox pul mənimsədi – Sabiq bələdiyyə sədrinin cinayət işi fa0ec133b9a2b1b10a41f883bd07ddad
  • ARAŞDIRMA

600 min manatdan çox pul mənimsədi – Sabiq bələdiyyə sədrinin cinayət işi

admin 09.07.2026
Xırdalan bələdiyyəsinin sabiq sədrinin qanunsuz əməlləri ilə bağlı cinayət işi məhkəməyə göndərilib. Bu barədə Baş Prokurorluğun Mətbuat...
DAVAMI Read more about 600 min manatdan çox pul mənimsədi – Sabiq bələdiyyə sədrinin cinayət işi

Bütün yazılar

9b1df91d385a18c66bc18e05189ee836
  • MƏDƏNİYYƏT

“Söyüş və qarğış silməkdən yorulmuşam”- İlkin Misgərli autizmli uşaqla görüşəcək

admin 09.07.2026
xzukokwl7ejcxp3shqckqnclkxlouofq
  • İDMAN

“Qarabağ” bu gün Avropa Liqasında mübarizəyə başlayır

admin 09.07.2026
original_(2)
  • İDMAN

DÇ-2026: Mərakeş millisinin bombardiri Fransa ilə oyunu buraxacaq

admin 09.07.2026
311989_8hpib7txzn (1)
  • ŞOU-BİZNES

“Mənsum İbrahimova bənzəməyə çalışıram, idealımdır”

admin 09.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.