Bakıda şagird məktəbdə özünə xəsarət yetirib.
XALQ xəbər verir ki, hadisə aprelin 23-ü 145 nömrəli tam orta məktəbdə baş verib.
VII sinif şagirdi olan qız təhsil müəssisəsinin sanitar qovşağında özünə kəsici alətlə xəsarətlər yetirib. Sinif yoldaşları bununla bağlı müəllimə və məktəb rəhbərliyinə məlumat verib.
Məktəbdən bildirilib ki, şagirdə dərhal ilkin tibbi yardım göstərilib, təcili tibbi yardım xidmətinə və valideynə məlumat verilib. Hazırda onun vəziyyəti qənaətbəxşdir.
Xəbəri rus dilində oxuyun: ЧП в школе №145: семиклассница нанесла себе увечья – ВИДЕО
Qeyd olunur ki, yeniyetmə sinif yoldaşlarının onu videoya çəkib paylaşacaqları ilə bağlı təhdidlərdən sonra bu addımı atıb.
Daha ətraflı süjetdə:
Soztv.az
