Skip to content
23.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Mülkümü “REKET”LƏR ƏLİMDƏN ZORLA ALIR, ölümlə TƏHDİD EDİLİRƏM -Fərqanə Abbasovadan ŞOK ŞİKAYƏT/VİDEO
  • CƏMİYYƏT
  • ÖLKƏ

Mülkümü “REKET”LƏR ƏLİMDƏN ZORLA ALIR, ölümlə TƏHDİD EDİLİRƏM -Fərqanə Abbasovadan ŞOK ŞİKAYƏT/VİDEO

admin 20.04.2026
1776682850_cea64908-0f68-404e-bdf2-112bf72a3c23

 Redaksiyamızın qaynar xəttinə Bakı şəhəri, Nərimanov rayonu, 1-ci Şimal şitilliyi, 73 ünvanında yaşayan Abbasova Fərqanə Nəriman qızı tərəfindən şikayət daxil olmuşdur.


Vətəndaş Fərqanə Abbasova şikayətində bildirir ki, Bakı şəhəri, Nərimanov rayonu, Böyükşor küçəsi, giriş 50 A ünvanında yerləşən, rəhbəri olduğum “Rəhimli” firmasının balansında olan  245.5kv/m-lik “Görüş” kafesi bir qrup “reket” tərəfindən əlimdən zorla alınır.
Şikayətçi deyir ki, kafeni əlimdən zorla almaq istəyən həmin şəxslər məni ölümlə təhdid etməkdən də çəkinmirlər:
“Onlar məni ölümlə təhdid edirlər. Kafeyə aid müvafiq sənədləri toplayıb dövlətin qoyduğu vahid pəncərə prinsipi əsasında Reystr Xidmətinə sənədlərin təsdiqlənməsi üçün təqdim etmişəm. Əfsuslar olsun ki, bu ərəfədə mənə məxsus obyektə Mustafa və onun əlaltısı Surxay adlı şəxs tərəfindən buraxılmıram. Hətta, bir neçə vaxt bundan əvvəl yenidən obyektə baxmağa getdim.

Bir dəstə tanımadığım adamlar töküldülər mənim, qadın xeylağının üzərinə. Təhdid olunduğum üçün, həyəcan və qorxudan ürəyim dayandı. Üstümə Təcili Yardım çağırıldı. Məni xəstəxanaya yerləşdirdilər. Hətta, onların arasında özünü vəkil kimi təqdim edən birisi də məni hədələməyə başladı. Dəfələrlə Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng eləmişəm. Heç bir əlacı yoxdur. Mənə elə gəlir ki, polis də onların əlində aciz qalıb”-deyə Fərqanə Abbasova bildirir.
Həmin şəxslərin bazarda qeyri-qanuni biznes ilə yəni dam örtüyü satışı ilə məşğul olduqlarını qeyd edən Fərqanə Abbasova, onların əllərində saxta bir müqavilə və etibarnamə olduğunu iddia edərək qeyd edir:
“Əllərində saxta bir müqavilə və etibarnamə olduğunu qeyd edirlər. Amma bu sənədlər hansısa yollarla alınmış saxta sənədlərdir. Mərkəzi Reystrin arxivində göstərdikləri sənədin kökü yoxdur. Əgər belə olsaydı, 6 ay bundan əvvəl obyektin sənədləşməsi üçün müraciət elədiyim Mərkəzi Reystr portalında onlara aid bir sənəd çıxardı. Görünür, onların şəxsi tanışları və dostlartı bunlara yağlı vədlər verirlər. Amma mən dövlətin gücünə və Prezidentimə, hüququn gücünə inanıram. Belələri çox gəlib-gediblər.
Obyektin üstünü və pəncərələrini söküb dağıdıblar. Mənə külli miqdarda maddi ziyan vurublar. İçindəki soyuducuları, əmlakı da dağıdıblar”
Şikayətçi deyir ki, onlar məni intihar həddinə çatdırıblar:
“Onlar məni intihar vəziyyətinə gətiriblər. Tək qadınam. Məni tək qadın oluğumu bilib, qoxudub, mülkümü əlimdən almaq istəyirlər. Başda Cənab Prezident İlham Əliyev və 1-ci vitse- Prezident Mehriban xanım olmaqla Daxili İşlər Naziri Vilayət Eyvazovdan, Baş Prokuror Kamran Əliyevdən kömək istəyirəm. Çünki, əvvəlki müraciətim əsasında bu “reket”lərin qanunsuz hərəkətləri dayandırılmışdı. İndi yenidən hərəkətə keçiblər. Qeyd edim ki, Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində olan “Daşınmaz Əmlakın Dövlət kadastrı və Reystri” Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi idarəsində 24.10.2025-ci ildə müraciətimə baxılmışdır. Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyindən daxil olmuş 09.01.2025-ci il tarixli, 1125010280 nömrəli elektron müraciət əsasında  yuxarıda qeyd edilən tikiliyə yerində baxış keçirilmiş və müvafiq ölçmə işləri aparılaraq hazırlanmış yer quruluşu planı 18.042025-ci il tarixdə Fövqaladıə Hallar Nazirliyinin elektron portalında yerləşdirilmişdir


Həmin rəsmi məktubda xüsusi olaraq vurğulanır. Müraciətinizdə qeyd olunan Vəzirov Mustafa və Əliyev Surxay adlı şəxslərin adından Azərbaycan Respublikasının Prezidentinin 14.06.2023-cü il tarixli 2181 nömrəli fərmanının tələblərinə əsasən sözügedən qeyri-yaşayış binasının sənədləşdirilməsi ilə bağlı rəsmi müraciət daxil olmamışdır.Bu rəsmi sənddən də aydın olur ki, adıçəkilən adamlar bu obyekti əlimdən almaq istəyirlər” -deyə Fərqanə Abbasova müraciətində bildirir.
Biz isə redaksiya olaraq yazını tədbir görülməsi üçün aidiiyyatı quraumlara ünvanlayırıq.
Araşdırmaçı Pünhan

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Ağır Cinayətlər Məhkəməsinin Hakimi Cinayətkara hansı qanunla ev tustaqlığı verdi? Məqsəd nədir? Şikayət
Next: Flyblast Travel Agency qalmaqalı böyüyür – Şirkət barədə şok iddialar

OXŞAR MÖVZULAR

1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
1784171784_1
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT
  • GÜNDƏM

115 nömrəli məktəb Moskva univermağının yeni filialı elan edildi!!!

admin 16.07.2026
media-20b2cbbf-8335-4146-b7a6-192330ddbc3c-wu3xb8
  • CƏMİYYƏT
  • VİDEO

Bloklanmış “Instagram” hesabının bərpası ətrafında qalmaqal: Vətəndaşdan saxta qəbz iddiası – VİDEO

admin 16.07.2026

XƏBƏR LENTİ

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
Son günlər media və sosial şəbəkə platformalarında Gülbadə Abdullayevanın müvafiq sertifikasiya şəhadətnaməsi olmadan həkim kimi fəaliyyət göstərməsi,...
DAVAMI Read more about “UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama
Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL 1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
“AFB Bank” ASC bu ilin I yarısını 237 min manat mənfəətlə başa vurub. Bu, ötən ilin eyni...
DAVAMI Read more about Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL
Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
Milli Məclisin deputatı Razi Nurullayev və qardaşı Hasil Nurullayevin adının hallandığı şok maliyyə qalmaqalı. Laçındakı milyonluq layihələr...
DAVAMI Read more about Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO
“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb 1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
Birinci mərhələ çərçivəsində ixrac gömrük bəyannaməsinin “Bir pəncərə” informasiya sisteminə inteqrasiyası üzrə nəzərdə tutulmuş bütün funksional və...
DAVAMI Read more about “Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb
Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı gules_federasiyasi_1200_(2)
  • İDMAN

Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

admin 16.07.2026
27 iyul – 2 avqust tarixlərində Bakıda keçiriləcək güləş üzrə U17 dünya çempionatına qeydiyyat prosesi başa çatıb....
DAVAMI Read more about Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

Bütün yazılar

ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.