Skip to content
23.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Asif Məcidov peyk görüntülərini danmağın yolunu axtarır Video-Foto
  • BAXIŞ BUCAĞI
  • ÖLKƏ

Asif Məcidov peyk görüntülərini danmağın yolunu axtarır Video-Foto

admin 16.04.2026
1776263278_1
Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin (RETSİ) xidməti ərazisi Sumqayıt şəhəri, Abşeron və Xızı inzibati rayonlarını əhatə edir. İdarə öz xidməti ərazisində, o cümlədən Xəzər dənizinin bu zonaya aid hissəsində ətraf mühitin mühafizəsi, təbii ehtiyatların monitorinqi və təbii ehtiyatlardan səmərəli istifadə olunması sahəsində sahələrarası idarəetməni və dövlət nəzarətini həyata keçirən səlahiyyətli orqandır.
Ancaq Asif Məcidov İdarəyə rəis vəzifəsinə təyin olunandan sonra nəzarətində olan ərazidə təbii ehtiyatlara nəzarət olduqca zəifləyib və bu mənfi tendensiyanın səhlənkarlıqla deyil, neqativ hallara bilərəkdən gözyumma ilə bağlı olduğu aşkar müşahidə olunur. Ona görə aşkar deyə bilərik ki, faktlarla əlaqədar nəzarətedici orqana məlumat verdikdə belə İdarənin funksionerləri susurlar.

Abşeron rayonunun Masazır qəsəbəsinin Rafiq Dünyamalıyev-15 ünvanında aparılan tikinti işlərinə daha geniş meydan açmaq üçün çoxsaylı ağacların kəsildiyi aşkarlanıb. Məlum olub ki, tikinti işlərinin aparıldığı sözügedən ərazidəki torpaq sahəsinin “çıxarış” sənədi var, amma sahədə tikintiyə icazə yoxdur. Redaksiyamızın əməkdaşları ağacların kəsildiyi həmin ünvanda olmuşlar. Tikinti işini aparan şəxslərə sual etdikdə, onlar bildiriblər ki, ağacların kəsilməsinə
4 saylı RETSİ-nin rəisi icazə verib. Maraqlıdır ki, hətta torpaq sahəsində tikinti işlərinin aparılmasına icazə verilsə belə, ağacların götürülməsi üçün çox ciddi səbəb olmalıdır. Odur ki, məsələ ilə bağlı Regional İdarənin rəisinin münasibətini öyrənməyə cəhd etdik. Lakin Asif Məcidovla telefon əlaqəsi yarada bilmədik. Əvəzində İdarənin məsul əməkdaşı Əlşad müəllimlə danışdıq. İdarə mənsubu məlumatı öyrənəndən sonra bizdən faktı təsdiqləyən foto-video görüntüləri istədi, vəd etdi ki, araşdırıb nəticə barədə bizi məlumatlandıracaq. Ona həmçinin rəisin “xeyir-duası” barədə bizə deyiləni də çatdırdıq. Ardından əlimizdə olan çəkiliş qeydlərini, o cümlədən peyk görüntülərini Əlşad müəllimin vatsap nömrəsinə yolladıq.

Ancaq Əlşad müəllimdən hələ də cavab ala bilməmişik. Görünür, daş qayaya rast gəlib: faktı nə təsdiq, nə də təkzib edə bilir. Oxşayır ki, Asif Məcidov ağacların kəsilməsinə icazə verib, amma rəsmi deyil. Başqa nə ola bilər ki? Bəlkə peyk görüntülərini danmağın yolunu axtarırlar? Nyus.Az


Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Ramiz Mehdiyevdən “qəbiristanlıq əməliyyatı”: Novxanı sakinləri ölülərini dəfn etməyə yer tapa bilmir
Next: Göyçay RMX-da RƏZALƏT: Növbə gözləyən qadın yıxıldı

OXŞAR MÖVZULAR

bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
1784171784_1
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT
  • GÜNDƏM

115 nömrəli məktəb Moskva univermağının yeni filialı elan edildi!!!

admin 16.07.2026

XƏBƏR LENTİ

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
Son günlər media və sosial şəbəkə platformalarında Gülbadə Abdullayevanın müvafiq sertifikasiya şəhadətnaməsi olmadan həkim kimi fəaliyyət göstərməsi,...
DAVAMI Read more about “UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama
Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL 1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
“AFB Bank” ASC bu ilin I yarısını 237 min manat mənfəətlə başa vurub. Bu, ötən ilin eyni...
DAVAMI Read more about Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL
Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
Milli Məclisin deputatı Razi Nurullayev və qardaşı Hasil Nurullayevin adının hallandığı şok maliyyə qalmaqalı. Laçındakı milyonluq layihələr...
DAVAMI Read more about Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO
“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb 1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
Birinci mərhələ çərçivəsində ixrac gömrük bəyannaməsinin “Bir pəncərə” informasiya sisteminə inteqrasiyası üzrə nəzərdə tutulmuş bütün funksional və...
DAVAMI Read more about “Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb
Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı gules_federasiyasi_1200_(2)
  • İDMAN

Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

admin 16.07.2026
27 iyul – 2 avqust tarixlərində Bakıda keçiriləcək güləş üzrə U17 dünya çempionatına qeydiyyat prosesi başa çatıb....
DAVAMI Read more about Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

Bütün yazılar

ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.