Skip to content
23.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Alibek Kurbanovun qorxu ssenarili oyunları… – İLGİNC İDDİALAR
  • BAXIŞ BUCAĞI
  • ÖLKƏ

Alibek Kurbanovun qorxu ssenarili oyunları… – İLGİNC İDDİALAR

admin 15.04.2026
1776230810_2
Bəli, belədir, hər şey Arazpress.com-un əvvəlki yazılarında göstərilən kimidir. Yəni, bu yazının başlığında qeyd olunduğu kimi, özünü Qubanın qara ləkəsi kimi tanıdan peşəkar fırıldaqçı Alibek (Adil) Kurbanovun törətdiyi qanunsuz əməllər saysız-hesabsızdır. Bu səbəbdən, üzə çıxardığımız ciddi faktlar əsasında hazırlayıb dərc etdiyimiz yazılarla bu cinayətkarın qaranlıq keçmişini ifşa edə bilirik. Yazılarımızda xüsusi olaraq onu vurğuladıq ki, mövcud qanunlarımızın tələblərini saya salmayan bu qorxulu insan özü kimi mahir fırıldaqçıları özündə birləşdirən olduqca təhlükəli bir şəbəkəyə başçılıq edir. Bu şəbəkədə adı öndə duranlar isə, Alibekin öz törəmələridir. Hətta onlar öz çirkin əməlləri ilə atanı geridə qoyublar.

Törətdiyi qatı cinayətlərə baxmayaraq, Rusiya vətəndaşı olan və hal-hazırda Qubanın Digah kəndinndə yaşayan Alibek Kurbanovun “xətrinə dəyən” yoxdur — sanki dünya vecinə deyil. Ölkədə nüfuz sahibi olan bir generalın adından sui-istifadə etməklə, özünə “toxunulmazlıq statusu” qazanıb. Bu nüfuzlu şəxslə münasibəti olduğunu deyir. Buna görədir ki, insanların etibarından da sui-istifadə edə, dələduzluq yolu ilə onları aldada bilir. Aldatdığı insanlara nələr vəd etmir?! Guya, hər şey onun əlindədir. İnsanları buna inandırır ki,
qohumu olan bu generalın əliylə bütün işləri görməyə qadirdir.

Müxtəlif sahələrdə işə düzəlmək istəyənlər beləcə onun “toruna düşür”. Konkret desək, işə düzəlmək, işinə bərpa olunmaq istəyən bir çoxları guya rüşvət qismində veriləcək müxtəlif məbləğlərdə pullarından keçməli olurlar. Eyni üsulla ayrı-ayrı şəxslərdən daha çox məbləğdə alınan pullar “səs-küysüz” mənimsənilir. Çünki vədinə əməl etməyəndə, zərərçəkənlər hər dəfə pullarını tələb edəndə Alibek Kurbanov həmin generala arxalandığını, heç kimdən qorxmadığını açıq deməkdən çəkinmir.

Həmin generalın kimliyi bizə məlum olsa da, araşdırmalarımız davam etdiyindən hələlik adını çəkmək istəmirik. Lakin hesab edirik ki, belə bir generalın adından sui-istifadə edərək, insanları aldatmaqla məşğul olan bir şəxsə qarşı mütləq cinayət işi açılmalı və çirkin əməlləri kütləvi informasiya vasitələrində işıqlandırılmalıdır ki, digərləri də bu yola qədəm qoymaqdan çəkinsinlər.

Bu general fərqindədirmi ki:

— Onun nüfuzundan şahidləri qorxutmaq və “Pediatriya — 2” klinikasındakı qanunsuz tibbi fəaliyyəti pərdələmək üçün istifadə olunur;

— Onun adı Sevda Alibekovnanın ailələri dağıtması, özgə uşağın alimentini mənimsəyərək “Uniser” məktəbinin pullarını ödətməsi kimi mənəviyyatsız əməllərə “toxunulmazlıq” qazandırır;

— Onun şərəf və ləyaqəti, dövlət tərəfindən verilən rütbəsi — atası məşhur fırıldaqçı, qızı isə doğma balası Sultanı atıb, elit mülkiyyət ovuna çıxan bir “Ququş ana” olan sülalə ilə eyni tərəziyə qoyulur…

Alibekin adına bağlı cinayətkar şəbəkənin və Kurbanovlar sülaləsinin ifşası zamanı məlum oldu ki, o, kənddə və ətraf məkanlarda yeni bir manipulyasiya dalğası başladıb. Bir daha qeyd edirik ki, şəbəkənin və ailənin başçısı hər yerdə ağızdolusu: “General qohumum var”, — deyərək, hamıya hədə-qorxu gəlir. Beləcə, əməllərinə nüfuz alveri qatmaqla rahatlanır. Saxta “krışa” taktikası hər yer­də işinə yarayır. Bir sözlə, o,
illərdir istifadə etdiyi köhnə fırıldaq metoduna sadiq qalır və cinayət əməllərinə “toxunulmazlıq zirehi” geydirə bilir.

Əvvəlki yazılarımızda qeyd etdiyimiz kimi, görünən odur ki, qızı Sevdanın “imkanlı soyadlar” ovu da bu məqsədə xidmət edir. Onlar ailəliklə bir plan qurublar: Sevda manipulyasiya ilə nüfuzlu ailələrə sızır və mülkiyyət ələ keçirir. Alibek isə bu qurbanların vəzifə və rütbələrindən istifadə edərək, kənddə və hər yerdə “mənim arxamda general dayanır” mifi yaradır. Bu detal Alibek Kurbanovun köhnə fırıldaqçı taktikasının — yəni nüfuzlu adlardan istifadə edərək, qorxu və toxunulmazlıq mühiti yaratmaq metodunun davam etdiyini göstərir. Bu, həm də Sevdanın niyə məhz “imkanlı soyadlar” və “vəzifəli qurbanlar” ovuna çıxdığını aydın izah edə bilir. Bir sözlə, bütün şəbəkə, ailə üzvləri bu general adının arxasında gizlənməyə çalışır.

Bəs, generalın bu ailənin əməllərindən xəbəri varmı? Bizi daha çox maraqlandıran bu sualın cavabıdır. Yəqin ki, Alibekin adından istifadə etdiyi həmin şəxsin bu fırıldaqçı sülalənin “tibbi terrorundan”, Sevdanın “Ququş ana” həyat tərzindən və “Uniser” məktəbi ətrafındakı aliment fırıldaqlarından xəbəri yoxdur. Çox güman ki, nüfuzlu şəxslərin adları bu ailə tərəfindən sadəcə şantaj və müdafiə vasitəsi kimi istifadə olunur. Belə olmasaydı, diplomsuz “podoloq” — qeydiyatçı (resepşn) kimi rəsmləşən Sevda Alibekovna heç bir cəsarətlə Məmməd Araz, 47 ünvanında yerləşən “Pediatriya — 2” klinikasının stomatologiya mərtəbəsində lisenziyasız fəaliyyət göstərə və çarpaz yoluxma riski yarada bilməzdi. Onlar arxalandıqları “general” adının hər qapını açacağını və qanundan üstün olacağını düşünürlər. Lakin unudurlar ki, dövlət strukturları və qanun qarşısında heç bir saxta qohumluq əlaqəsi “tibbi terrora” və “ailə qatilliyinə” bəraət qazandıra bilməz.

Arazpress.com

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: “Leyla Medical”da koordinator həkim kimi fəaliyyət göstərib – Klinika cərimələndi
Next: Qaradağda başdı-başın SAXLASINDIR – Belə tikililərlə KİM və HANSI SƏNƏDLƏ icazə verir? – FOTOFAKT

OXŞAR MÖVZULAR

bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
1784171784_1
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT
  • GÜNDƏM

115 nömrəli məktəb Moskva univermağının yeni filialı elan edildi!!!

admin 16.07.2026

XƏBƏR LENTİ

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
Son günlər media və sosial şəbəkə platformalarında Gülbadə Abdullayevanın müvafiq sertifikasiya şəhadətnaməsi olmadan həkim kimi fəaliyyət göstərməsi,...
DAVAMI Read more about “UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama
Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL 1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
“AFB Bank” ASC bu ilin I yarısını 237 min manat mənfəətlə başa vurub. Bu, ötən ilin eyni...
DAVAMI Read more about Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL
Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
Milli Məclisin deputatı Razi Nurullayev və qardaşı Hasil Nurullayevin adının hallandığı şok maliyyə qalmaqalı. Laçındakı milyonluq layihələr...
DAVAMI Read more about Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO
“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb 1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
Birinci mərhələ çərçivəsində ixrac gömrük bəyannaməsinin “Bir pəncərə” informasiya sisteminə inteqrasiyası üzrə nəzərdə tutulmuş bütün funksional və...
DAVAMI Read more about “Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb
Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı gules_federasiyasi_1200_(2)
  • İDMAN

Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

admin 16.07.2026
27 iyul – 2 avqust tarixlərində Bakıda keçiriləcək güləş üzrə U17 dünya çempionatına qeydiyyat prosesi başa çatıb....
DAVAMI Read more about Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

Bütün yazılar

ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.