Skip to content
23.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Lənkəran Mərkəzi Xəstəxanasının bağladığı şübhəli müqavilələr nələrdən xəbər verir –Ancaq Nuridə Məmmədova bilər…
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT

Lənkəran Mərkəzi Xəstəxanasının bağladığı şübhəli müqavilələr nələrdən xəbər verir –Ancaq Nuridə Məmmədova bilər…

admin 15.04.2026
1776238323_nuride-memm-1024x655

“Lənkəran rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi tərəfindən bir mənbədən satınalma metodu tətbiq edilməklə “Azercell Telekom” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə telekommunikasiya xidmətləri üzrə 1.440 manat məbləğində satınalma müqaviləsi bağlanılıb. Məlumat satınalmaların portalında 11.04.2026-cı ildə dərc edilib.

Satınalmaların portalı üzərindən apardığımız araşdırmada məlum oldu ki, Lənkəran rayon Mərkəzi Xəstəxanası telekommunikasiya xidmətləri üzrə bir satınalma müqaviləsi də “Aztelekom”  MMC ilə 31.01.2026-cı ildə bağlayıb. Bu müqavilənin dəyəri isə 32.040 manat təşkil edib.

Göründüyü kimi Lənkəran rayon Mərkəzi Xəstəxanası yalnız 2026 ildə telekommunikasiya xidmətinə  dair bir mənbədən satınalma metodu tətbiq etməklə 2 satınalma müaviləsi bağlayıb. Bunun ümumi dəyəri 33 480 28 manat təşkil edib.

Qeyd edək ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin müəyyən etdiyi tariflərə görə sabit şəbəkə telefonlarından istifadəyə görə aylıq abunə haqqı tarifinə görə qeyri-əhaliyə 7,0 manatdır. Bu Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurasının 7 nömrəli Qərarı, 26 oktyabr 2022-ci il tarixli qərarı ilə təsdiq olunub.

Dövlət Statistika Komitəsinin 20 oktyabr 2025-ci ildə yaydığı məlumata görə Azərbaycanda 2024-cü il üzrə sabit şəbəkə telefonları (ev telefonları) istifadəçilərinin sayı azalıb. Bildirilib ki, ötən il ölkədə sabit şəbəkə telefonlarının ümumi sayı 1 milyon 175 min nömrə təşkil edib. Onlardan 1 milyon 95 min 200-ü mənzillərdə olan sabit şəbəkə telefonlarıdır. Dövlət Statistika Komitəsinin məlumatlarından da göründüyü kimi qeyri-əhalinin xidmətində 80 minə yaxın telefon var.

Buradan sual yaranır. Lənkəran rayon Mərkəzi Xəstəxanasının istifadəsində nə qədər sabit şəbəkə telefonları var ki, il ərzindəyə istifadəyə görə 32 min manatdan çox vəsait ayırır?

Lənkəran rayon İcra Hakimiyyətinin rəsmi portalında Lənkəran rayon Mərkəzi Xəstəxanasının əlaqə  telefonları: (025) 254 48 39 (025) 254-16-64 cavab verən yoxdur və ya işləmir. Xəstəxananın instagram səhifəsində göstərilən əlaqə nömrəsi: 025 254 79 32 də işləmir. Belə olan halda 32 min manat hara, nə məqsədlə ayrılb?

Maraqlıdır, Lənkəran şəhər İcra Hakimiyyətindən bizə bildirdilər ki, telefon nomrələrində dəyişiklik olduğuna görə işləmir. İcradan bizə verdikləri bir neçə yeni telefon nömrələrinin də müəyyən olunmadığı məlum oldu oldu. Göründüyü kimi Lənkəran rayon Mərkəzi Xəstəxanası işləməyən sabit şəbəkə telefonlarından istifadəyə görə dövlət vəsaitlərini ya boş-boşuna ayırır, ya da telekommunikasiya xidmətləri adı altında başqa istiqamətlərə.

Müqayisə üçün qeyd edək ki, Şəki şəhəri İcra Hakimiyyəti (Lənkəran rayon İcra Hakimiyyəti açıqlamayıb) 2026-cı il ərzində telekommunikasiya xidmətlərinin göstərilməsi məqsədi ilə “Aztelekom”  MMC ilə 23.368,8 manat məbləğində satınalma müqaviləsi bağlayıb. Buraya Şəki rayonun bitün kənd icra nümayəndəliklərinə telekommunikasiya xidmətinin göstərilməsi də daxildir.

Yenə sual yaranır. Bir şəhər xəstəxanasına göstərilən telekommunikasiya xidməti bütov bir rayon İcra Hakimiyyətinə kənlərlə birlikdə göstərilən telekommunikasiya xidmətindən necə çox ola bilər?

Göründüyü kimi Lənkəran rayon Mərkəzi Xəstəxanasının 2026 ildə telekommunikasiya xidməti üzrə bağladığı müqavilədə ziddiyətli, şübhəli məqamlar çoxdur. Burada müqavilənin qiymətinin nə qədər şişirdildiyini mütəxəsislər araşdırsa daha yaxşı olar.

Qeyd edək ki, Lənkəran rayon Mərkəzi Xəstəxanasının keçirdiyi satınalmalarda şübhəli məqamlar bunlarla bitmir. Belə ki, Xəstəxana 12.01.2026-cı ildə su təchizatı və tullantı sularının axıdılması xidmətinə dair “Regional Su Meliorasiya Xidməti” PHŞ Lənkəran Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi ilə iki satınalma müqaviləsi bağlayıb. 99.380 manat dəyərində bir, 49.690 manat dəyərində də bir.

Sual yaranır. Lənkəran rayon Mərkəzi Xəstəxanasında il ərzində nə qədər tullantı suları hasil olur ki, müəssisə ümumi dəyəri 149 070 manat dəyərində iki müqavilə bağlayıb? Bu müqavilədə də qiymətin süni şəkildə şişirdildiyi açıq aşkar görsənməkdədir.

Qeyd edək ki, Lənkəran rayon Mərkəzi Xəstəxanası 27.05.2025-ci ildə hasil olan müxtəlif növ tibbi tullantıların daşınması və zərərsizləşdirilməsi xidmətləri üzrə “BT TEXNO SERVİS”  MMC ilə 198.172,12 manat məbləğində satınalma müqaviləsi bağlayıb.

Qeyd edək ki,  tibbi tullantıların zərərsizləşdirilməsi prosesi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nəzdində fəaliyyət göstərən “Tullantıların İdarəedilməsi Mərkəzi” MMC tərəfindən Sumqayıt şəhərinin yaxınlığındakı poliqonda həyata keçirilir. Bunun üçün şirkət həftədə bir neçə dəfə Lənkərandan Sumqayıta yol qət etməli olur.

Sual yaranır. Lənkərandan Sumqayıta tibbi tullantıların daşınmasına 198.172 manat, elə Lənkərənda tullantı sularının axıdılmasına da 149 070 manat. Çox şübhə yaratmırmı?

Bundan əlavə Lənkəran rayon Mərkəzi Xəstəxanası 22.12.2025-ci ildə tələb olunan müxtəlif növ avadanlıqların təmiri xidmətlərinin satınalınması üzrə “MEDSOL” MMC ilə 83.608,9 manat məbləğində satınalma müqaviləsi bağlayıb.

Xəstəxana 22.09.2025-ci ildə isə “MEDSOL” MMC ilə avadanlıqların satınalınması üzrə 79.992,2 manat məbləğində satınalma müqaviləsi bağlayıb.

Yenə sual yaranır. Kim zəmanət verə bilər ki, “MEDSOL” MMC Xəstəxanada dekabrda təmir etdiyi avadanlıqlar sentyabrda satdığı avadanlıqlar deyil?

Qeyd edək ki, “Lənkəran rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktoru Məmmədova Nuridə Rafiq qızıdır. O, daşıdığı vəzifəyə 2025-ci ilin avqustunda  TƏBİB-in sabiq icraçı direktoru Vuqar Qurbanovun əmri ilə təyin edilib. Nuridə Məmmədova ondan əvvəl Lənkəran Regional Perinatal Mərkəzin direktoru olub.(aktualinfo.net)

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: “Tamstore”da endirim tələsi: İnsanlar BELƏ aldadılır – VİDEO
Next: “Azercell” üçün müştəri məmnuniyyəti nədir, müştəri hüququ belə yoxdur… – BU DA FAKT!!!

OXŞAR MÖVZULAR

bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
1784171784_1
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT
  • GÜNDƏM

115 nömrəli məktəb Moskva univermağının yeni filialı elan edildi!!!

admin 16.07.2026

XƏBƏR LENTİ

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
Son günlər media və sosial şəbəkə platformalarında Gülbadə Abdullayevanın müvafiq sertifikasiya şəhadətnaməsi olmadan həkim kimi fəaliyyət göstərməsi,...
DAVAMI Read more about “UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama
Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL 1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
“AFB Bank” ASC bu ilin I yarısını 237 min manat mənfəətlə başa vurub. Bu, ötən ilin eyni...
DAVAMI Read more about Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL
Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
Milli Məclisin deputatı Razi Nurullayev və qardaşı Hasil Nurullayevin adının hallandığı şok maliyyə qalmaqalı. Laçındakı milyonluq layihələr...
DAVAMI Read more about Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO
“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb 1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
Birinci mərhələ çərçivəsində ixrac gömrük bəyannaməsinin “Bir pəncərə” informasiya sisteminə inteqrasiyası üzrə nəzərdə tutulmuş bütün funksional və...
DAVAMI Read more about “Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb
Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı gules_federasiyasi_1200_(2)
  • İDMAN

Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

admin 16.07.2026
27 iyul – 2 avqust tarixlərində Bakıda keçiriləcək güləş üzrə U17 dünya çempionatına qeydiyyat prosesi başa çatıb....
DAVAMI Read more about Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

Bütün yazılar

ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.