Skip to content
23.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Azərbaycan “su cinayəti”nin içində – Zaur Mikayılovla Fuad Quliyevin şok əməlləri
  • CƏMİYYƏT
  • ÖLKƏ

Azərbaycan “su cinayəti”nin içində – Zaur Mikayılovla Fuad Quliyevin şok əməlləri

admin 14.04.2026
1776154037_1
Turan Hərəkat başqanı Cahandar Bayoğlu LAF TV-nin efirində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyəti ilə bağlı faktlar açıqlayıb.
Anaxeber.info.az məlumat verir ki, Bayoğlu qurumun rəhbərliyində olan şəxslərin qanunsuz hərəkətləri, biznesi və idarəçilik metodu haqda detalları diqqətə çatdırıb. Onun sözlərindən belə məlum olub ki, agentliyin sədri Zaur Mikayılov və aparat rəhbəri Fuad Quliyev bu strukturu cinayət yuvasına çevirib. Prezidentin etimad göstərib sədr qoyduğu, Azərsu, Su və Meliorasiya təsərrüfatını da agentliyin tabeliyinə verib ona həvalə etdiyi halda, Zaur Mikayılov hakimiyyətə ziyan verən fəaliyyətlə məşğuldur. Buna sabotaj da demək olar. Dövlət üçün mühüm və strateji əhəmiyyətə malik bu qurumun Zaur Mikayılovla Fuad Quliyevin əlində əsir-yesir qalması ciddi risklər, təhdidlər yaradır. Çünki söhbət dövlətin su ehtiyatlarından, onun idarə olunmasından gedir.
2021-ci ildən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətində sədrin müşaviri vəzifəsində çalışmış Fuad Quliyevin Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılovun qudasıdır. Bu da qanunvericilikdə yolverilməz haldır. Yəni qohumu yüksək vəzifəyə təyin etmək. Cahandar Bayoğlu efirdə bildirib ki, əslində ADSEA-da sədr müavinlərinin səlahiyyətləri var. Amma aparat rəhbəri Fuad Quliyev onların heç birinə işləməyə imkan vermir. Onun dediyinə görə, kadr təyinatı, kimi işə qəbul, kimi işdən azad etmək məsələləri aparat rəhbəri Fuad Quliyevin inhisarındadır. Hətta onun qəbuluna düşmək istəyən müavinləri belə üzünü görə bilmirlər. Məlum olur ki, ya başı istədiyi kadrları təyin etməyə, ya tender işlərinə, ya da restoranlarını idarə etməyə qarışıb. Bəli, Fuad Quliyev “restoranlar kralı” kimi tanınır və bunu da efirdə hərəkat başqanı bəyan edib. Bundan başqa, Bayoğlu iddia edib ki, Fuad Quliyev barəsində həbs qərarı çıxarılmış sabiq baş nazir müavini Abbas Abbasovun və ləğv edilmiş MTN-in əvvəllər məhkum olunmuş keçmiş generalı Akif Çovdarovun adamıdır. Yəni dövlətə və Prezidentə bağlı olmayan bir şəxs, tender korrupsiyası və restoran biznesi ilə məşğul olan Fuad Quliyev qudası – sədr Zaur Mikayılovla əlbir olaraq sözügedən agentliyi talan edirlər. Bir sözlə, “qudalar agentliyi” də demək mümkündür. Ümumiyyətlə, bu strukturda su təsərrüfatına aid olmayan xeyli sayda adamın idarə rəisi və başqa vəzifələri tutduğu bildirilir. Bundan əlavə, onlar da öz yaxınlarını müxtəlif sahələrə yerləşdirir ki, artıq agentlik tam şəxsi təsərrüfata, klanlar, tayfalar əlində qalan bir sistemə çevrilməkdədir. Üstəlik, Abbasov və Çovdarovlara yaxın adamların qurumda yerləşməsi narahatlıq doğuran bir məsələdir. Hər halda, bu deyilənlərə aydınlıq gətirilməsinə ehtiyac var. Yoxsa bu gedişlə Qorxmaz Hüseynov və başqalarına şükür etməli olacağıq…

Anaxeber.info.az
Azər Talıbov

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Hacıbala Abutalıbov və 3 sabiq başçı məsuliyyətə cəlb edilir? – MÜHÜM GƏLİŞMƏ
Next: Yeni Klinikada Böyük qalmaqal: Bölmə müdiri məcburi işdən çıxarıldı – Vüqar Qurbanov “boynundan atıb”

OXŞAR MÖVZULAR

1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
1784171784_1
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT
  • GÜNDƏM

115 nömrəli məktəb Moskva univermağının yeni filialı elan edildi!!!

admin 16.07.2026
media-20b2cbbf-8335-4146-b7a6-192330ddbc3c-wu3xb8
  • CƏMİYYƏT
  • VİDEO

Bloklanmış “Instagram” hesabının bərpası ətrafında qalmaqal: Vətəndaşdan saxta qəbz iddiası – VİDEO

admin 16.07.2026

XƏBƏR LENTİ

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
Son günlər media və sosial şəbəkə platformalarında Gülbadə Abdullayevanın müvafiq sertifikasiya şəhadətnaməsi olmadan həkim kimi fəaliyyət göstərməsi,...
DAVAMI Read more about “UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama
Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL 1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
“AFB Bank” ASC bu ilin I yarısını 237 min manat mənfəətlə başa vurub. Bu, ötən ilin eyni...
DAVAMI Read more about Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL
Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
Milli Məclisin deputatı Razi Nurullayev və qardaşı Hasil Nurullayevin adının hallandığı şok maliyyə qalmaqalı. Laçındakı milyonluq layihələr...
DAVAMI Read more about Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO
“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb 1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
Birinci mərhələ çərçivəsində ixrac gömrük bəyannaməsinin “Bir pəncərə” informasiya sisteminə inteqrasiyası üzrə nəzərdə tutulmuş bütün funksional və...
DAVAMI Read more about “Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb
Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı gules_federasiyasi_1200_(2)
  • İDMAN

Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

admin 16.07.2026
27 iyul – 2 avqust tarixlərində Bakıda keçiriləcək güləş üzrə U17 dünya çempionatına qeydiyyat prosesi başa çatıb....
DAVAMI Read more about Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

Bütün yazılar

ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.