Skip to content
23.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • “Kenquru” müsabiqəsinin sualları əvvəlcədən sızdırılıb? – İDDİA
  • CƏMİYYƏT

“Kenquru” müsabiqəsinin sualları əvvəlcədən sızdırılıb? – İDDİA

admin 14.04.2026
1776093378_1
Ötən gün Azərbaycanda keçirilən “Kenquru” riyaziyyat müsabiqəsi ictimai müzakirələrə səbəb olub. 2-ci sinifdən 10-cu sinfə qədər təhsil alan şagirdlərin iştirak etdiyi imtahandan dərhal sonra sosial şəbəkələrdə paylaşılan bir video narazılıqla qarşılanıb.

“Qafqazinfo” xəbər verir ki, müəllim İbrahim Şahbazlının hazırladığı və imtahan bitər-bitməz yayımlanan videoda sualların izahı və cavabları təqdim edilib.

Məsələyə reaksiya verən valideynlər isə həmin videonun əvvəlcədən hazırlanmış təsiri bağışladığını bildirirlər, bu ehtimal da sualların öncədən məlum olması məsələsini gündəmə gətirir. Sosial platformalarda səsləndirilən əsas iradlardan biri imtahanın şəffaflığı ilə bağlıdır. Çünki onlar hesab edirlər ki, imtahana düşən sualların əvvəlcədən müəllimə məlum olması bəzi şagirdlərin də hazırlıqlı olmaları ilə nəticələnib. Bu isə ədalətsizlik hesab olunub.

Bununla belə, əgər sualların əvvəlcədən əldə olunması ehtimalı varsa, bu halda ödənişli əsasda (20 manat) keçirilən müsabiqənin bərabərlik prinsipi sual altına düşür. Eyni zamanda, bəzi valideynlər müəyyən məktəblərdə şagirdlərin bu müsabiqəyə könüllü deyil, məcburi şəkildə cəlb olunduğunu da iddia edir.

Müzakirələrin fonunda adıçəkilən müəllim açıqlama videosu yayıb. O qeyd edib ki, “Kenquru” beynəlxalq müsabiqədir və müxtəlif ölkələrdə fərqli tarixlərdə keçirilir. İ.Şahbazlının sözlərinə görə, yarış bundan əvvəl martda Rusiyada baş tutub və sualları əldə etmək mümkündür. O, hər kəsin bu sualları asanlıqla əldə edə biləcəyini əlavə edib: “Rusiyada martın 19-da keçirilib. Çox güman, bizdə Novruz bayramına təsadüf etdiyi üçün o tarixdə baş tutmayıb. Suallar 80-90 faiz eyni olur, sadəcə adlar dəyişir. Bunu da indi bilirsinizsə, çox gülməlidir. Həmin sualları siz də tapa bilərsiniz. Əgər həmin ölkədə yaşayan yaxınınız, qohumunuz varsa və bu müsabiqədə iştirak edibsə… Çünki başqa cür əldə etmək o qədər də sadə deyil. Bu materiallar harasa yüklənsə, “Kenquru” heyəti bunu bloklayır. Səbəb isə müəllif hüquqlarının qorunmasıdır. Ona görə də bu sualları tapmağınız bir qədər absurddur. Yəqin ki, bir çoxunuz artıq axtarmısınız və tapa bilməmisiniz. Düşünmüsünüz ki, sızıntı var”.

Daha sonra o,“Claude” (red: süni intellekt əsaslı proqram) vasitəsilə axtarışlar apardığını və nəticə əldə etmədiyini də əyani şəkildə göstərib: “Mənim əlaqələrim çox olduğu üçün bu sualları əldə etmişəm, lakin bunlar sızıntı deyil. Suallar oxşardır, amma açıb əlinizdəki test kitabçası ilə mənim paylaşdıqlarıma baxsanız, fərqli olduğunu görəcəksiniz. Valideynlər narahatdılar ki, suallar paylaşılıb, şəffaflıq pozulub, belə deyil. Uşaqlar imtahandan çıxandan sonra mənə test kitabçalarının şəkillərini atıblar, baxmışıq, uyğunsuz olduğunu görüb daha sonra bu videonu paylaşmışıq. Deyəcəksiniz ki, video imtahan bitən kimi paylaşıldı. Bizim uşaqlardan imtahandan tez çıxanlar da olub”.

Mövzu ilə bağlı Təhsil İnstitutuna sorğu ünvanlamışıq.

Qeyd edək ki, “Kenquru” Beynəlxalq Riyaziyyat Müsabiqəsi 1994-cü ildən ildə bir dəfə olmaqla keçirilir. Azərbaycanda isə 2018-ci ildən Azərbaycan Respublikasının Təhsil İnstitutu tərəfindən təşkil olunur. Aprelin 12-də II–X sinif şagirdləri arasında müsabiqənin birinci mərhələsi keçirilib. Həmin mərhələdə yüksək nəticə göstərən şagirdlər növbətiyə vəsiqə qazanacaqlar. Nəticələrin yaxın günlərdə elan olunacağı gözlənilir.

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Kəmaləddin Heydərov qalmaqallı “Qurtuluş-93” rəhbərinin otelini bağladı – BUNA GÖRƏ…
Next: Ramiz Mehdiyevlə Nəcməddin Sadıkovun SON OYUNU – VİDEO

OXŞAR MÖVZULAR

1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
1784171784_1
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT
  • GÜNDƏM

115 nömrəli məktəb Moskva univermağının yeni filialı elan edildi!!!

admin 16.07.2026
media-20b2cbbf-8335-4146-b7a6-192330ddbc3c-wu3xb8
  • CƏMİYYƏT
  • VİDEO

Bloklanmış “Instagram” hesabının bərpası ətrafında qalmaqal: Vətəndaşdan saxta qəbz iddiası – VİDEO

admin 16.07.2026

XƏBƏR LENTİ

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
Son günlər media və sosial şəbəkə platformalarında Gülbadə Abdullayevanın müvafiq sertifikasiya şəhadətnaməsi olmadan həkim kimi fəaliyyət göstərməsi,...
DAVAMI Read more about “UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama
Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL 1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
“AFB Bank” ASC bu ilin I yarısını 237 min manat mənfəətlə başa vurub. Bu, ötən ilin eyni...
DAVAMI Read more about Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL
Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
Milli Məclisin deputatı Razi Nurullayev və qardaşı Hasil Nurullayevin adının hallandığı şok maliyyə qalmaqalı. Laçındakı milyonluq layihələr...
DAVAMI Read more about Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO
“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb 1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
Birinci mərhələ çərçivəsində ixrac gömrük bəyannaməsinin “Bir pəncərə” informasiya sisteminə inteqrasiyası üzrə nəzərdə tutulmuş bütün funksional və...
DAVAMI Read more about “Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb
Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı gules_federasiyasi_1200_(2)
  • İDMAN

Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

admin 16.07.2026
27 iyul – 2 avqust tarixlərində Bakıda keçiriləcək güləş üzrə U17 dünya çempionatına qeydiyyat prosesi başa çatıb....
DAVAMI Read more about Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

Bütün yazılar

ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.