Skip to content
23.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • 218 saylı məktəbdə qalmaqal: Direktor valideyinin təhqir edib?-İDDİA
  • CƏMİYYƏT

218 saylı məktəbdə qalmaqal: Direktor valideyinin təhqir edib?-İDDİA

admin 14.04.2026
1776144246_nshot_20260414_004313541

Xəzər rayonunda məktəbdə qalmaqal: Valideyn direktor tərəfindən məktəbdən qovulduğunu iddia edir
Xəzər rayonu Rəşid Baxışov adına 218 saylı tam orta məktəbdə valideynlə məktəb rəhbərliyi arasında ciddi qalmaqal yaşandığı iddia olunur.
Bu barədə AzTimes.az-a müraciət edən valideyn Günel Abdullayeva bildirib ki, oğlu Camal sözügedən məktəbin 5 “F” sinfində təhsil alır. Onun sözlərinə görə, 2026-cı ilin yanvar ayında azyaşlıya atası tərəfindən rəsmi atalıq verilib və bununla əlaqədar uşağın şəxsiyyət vəsiqəsində ata soyadı qeyd olunub. Bu dəyişiklik məktəb sənədlərində – sinif jurnalında və şagirdin rəqəmsal kabinetində də yenilənməni zəruri edib.Valideyn iddia edir ki, həmin vaxtdan etibarən dəfələrlə məktəb rəhbərliyinə və sinif rəhbəri Etibar Səmədova müraciət etsə də, məsələ həllini tapmayıb. Onun sözlərinə görə, nə məktəb rəhbərliyi, nə də sinif rəhbəri bu məsələyə ciddi yanaşıb.Günel Abdullayeva bildirir ki, 13 aprel 2026-cı il tarixində etdiyi son müraciət zamanı sinif rəhbəri Etibar Səmədov onunla kobud rəftar edib. İddiaya görə, müəllim valideynə qarşı hörmətsiz ifadələr işlədərək, uşağın problemləri ilə maraqlanmadığını açıq şəkildə bildirib.Baş verənlərdən narazı qalan valideyn məktəb direktoruna şikayət edib. Lakin onun iddiasına görə, direktor Əbülfət Bağırov məsələni araşdırmaq əvəzinə valideynə qarşı sərt mövqe sərgiləyib. Valideynin sözlərinə görə, direktor ona “uşağını bu məktəbdən çıxar”, “burada heç nə tələb edə bilməzsən” kimi ifadələr işlədərək məktəbi tərk etməsini tələb edib.Şikayətçi həmçinin qeyd edir ki, Etibar Səmədov sinif rəhbəri kimi üzərinə düşən vəzifələri yerinə yetirmir. Onun iddiasına görə, müəllim yalnız formal olaraq fəaliyyət göstərir, şagirdlərlə maarifləndirici iş aparılmır, sinifdə mühüm tarixi günlər və əlamətdar hadisələr barədə məlumat verilmir, şagirdlərə qarşı laqeyd münasibət hökm sürür.Valideynin sözlərinə görə, bu vəziyyətdən narazı olan digər valideynlər də dəfələrlə məktəb rəhbərliyinə müraciət edərək sinif rəhbərinin dəyişdirilməsini tələb ediblər.Məsələnin digər diqqətçəkən tərəfi isə məktəb direktorunun uzun müddətdir eyni vəzifədə qalması ilə bağlıdır. Bildirilir ki, mövcud qaydalara əsasən məktəb direktorlarının müəyyən müddətdən sonra yerdəyişməsi nəzərdə tutulsa da, Əbülfət Bağırov uzun illərdir bu vəzifədə fəaliyyətini davam etdirir.Qeyd edək ki, bu, adıçəkilən məktəblə bağlı ilk qalmaqal deyil. Təxminən üç il əvvəl məktəbin idman zalında şagirdlər arasında baş verən bıçaqlanma hadisəsi də ictimaiyyətdə geniş rezonans doğurmuşdu və günlərlə müzakirə edilmişdi.Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini öyrənməyə çalışdıq. Mövzu diqqətimizdədir və rəsmi açıqlamaları təqdim etməyə davam edəcəyik.

AzTimes.az

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Qaradağda başdı-başın saxlasındı – Belə tikililərlə kim və hansı sənədlə icazə verir? – FOTOFAKT
Next: Bu gün Azərbaycandan Ermənistana 22 vaqon dizel yanacağı ixrac olunacaq

OXŞAR MÖVZULAR

1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
1784171784_1
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT
  • GÜNDƏM

115 nömrəli məktəb Moskva univermağının yeni filialı elan edildi!!!

admin 16.07.2026
media-20b2cbbf-8335-4146-b7a6-192330ddbc3c-wu3xb8
  • CƏMİYYƏT
  • VİDEO

Bloklanmış “Instagram” hesabının bərpası ətrafında qalmaqal: Vətəndaşdan saxta qəbz iddiası – VİDEO

admin 16.07.2026

XƏBƏR LENTİ

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
Son günlər media və sosial şəbəkə platformalarında Gülbadə Abdullayevanın müvafiq sertifikasiya şəhadətnaməsi olmadan həkim kimi fəaliyyət göstərməsi,...
DAVAMI Read more about “UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama
Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL 1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
“AFB Bank” ASC bu ilin I yarısını 237 min manat mənfəətlə başa vurub. Bu, ötən ilin eyni...
DAVAMI Read more about Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL
Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
Milli Məclisin deputatı Razi Nurullayev və qardaşı Hasil Nurullayevin adının hallandığı şok maliyyə qalmaqalı. Laçındakı milyonluq layihələr...
DAVAMI Read more about Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO
“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb 1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
Birinci mərhələ çərçivəsində ixrac gömrük bəyannaməsinin “Bir pəncərə” informasiya sisteminə inteqrasiyası üzrə nəzərdə tutulmuş bütün funksional və...
DAVAMI Read more about “Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb
Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı gules_federasiyasi_1200_(2)
  • İDMAN

Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

admin 16.07.2026
27 iyul – 2 avqust tarixlərində Bakıda keçiriləcək güləş üzrə U17 dünya çempionatına qeydiyyat prosesi başa çatıb....
DAVAMI Read more about Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

Bütün yazılar

ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.