Skip to content
23.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Vəzifəli şəxsin sürücüsü qəza törədib- 9 yaşlı oğlan iflic olub
  • HADİSƏ

Vəzifəli şəxsin sürücüsü qəza törədib- 9 yaşlı oğlan iflic olub

admin 08.04.2026
ef2c06a7ca8d96292a09e7490549117c

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax rayon şöbəsinin rəisinin sürücüsü qəza törədib. 

Yevlax rayon sakini Elçin Şakir oğlu Heydərov 77-GO-630 dövlət nömrə nişanlı “Land Rover” markalı avtomobilin idarəetməsini itirib və yolu keçən rayon sakini 2017-ci il təvəllüdlü R.Abbasovu vurub. Hadisə ötən il oktyabrın 10-da baş verib.

“Qafqazinfo” xəbər verir ki, R.Abbasovun atası Asim Abbasov Oxu.az-a bildirib ki, hadisə nəticəsində azyaşlı aldığı xəsarətlərdən komatoz vəziyyətə düşüb: “Videogörüntülərdən də hadisənin sürücünün qayda pozuntusu törətməsi nəticəsində baş verdiyi görünür. Qəzanın görüntüləri mövcuddur. Hadisədən 5 aydan artıq vaxt keçməsinə baxmayaraq, istintaqın gedişi məni ciddi narahat edir. Faktla bağlı cinayət işi başlanılmayıb”.

A.Abbasov əlavə edib ki, oğlu hazırda iflic vəziyyətdədir: “Hazırda övladım birtərəfli iflic vəziyyətindədir, uzunmüddətli müalicə və reabilitasiya tələb edir. Maddi və mənəvi vəziyyətimiz çox ağırdır.

Hadisəni törədən Elçin Heydərov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax rayon şöbəsinin rəisinin sürücüsüdür. Övladımın müalicəsinə görə 15 min manat borcum yaranıb, amma buna baxmayaraq, övladımın vəziyyəti ağır olaraq qalır”.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin regional qrupunun baş inspektoru, mayor Aslan Qiyaslı bildirib ki, ötən ilin oktyabrın 23-də Yevlax şəhəri ərazisində sürücü Elçin Heydərovun idarə etdiyi “Land Rover” markalı avtomobilin velosipedlə hərəkət edən 9 yaşlı R.Abbasovu vurması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb: “Hadisə nəticəsində azyaşlı ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Qəzaya hüquqi qiymət verilməsi məqsədilə təyin edilmiş avtotexniki ekspertizanın yekun rəyi zərərçəkmiş tərəfi narazı saldığından, 18 mart 2026-cı il tarixdə iş üzrə əlavə məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizası təyin olunub. Qeyd edilən yol nəqliyyat hadisəsi ilə bağlı hazırda Yevlax Rayon Polis Şöbəsində istintaq araşdırmaları davam etdirilir”.

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Azər Bayramovu Anar Kərimov ƏVƏZ ETDİ
Next: Müdafiə Nazirliyinin sabiq rəisinin aldığı RÜŞVƏTİN MƏBLƏĞİ məlum oldu

OXŞAR MÖVZULAR

whatsapp_image_2026-07-16_at_09.08.12 (1)
  • HADİSƏ
  • VİDEO

Bakıda “Arena Hall” hotelində yanğın oldu – VİDEO

admin 16.07.2026
1784104302_d5f31d0e-ffa2-4e9c-92a4-c3de6016f569 (1)
  • HADİSƏ
  • VİDEO

Ağdərədə qəzada ölən ər-arvadın FOTOSU

admin 15.07.2026
9549af3cd8021045d724d2cb52fd99eb
  • HADİSƏ
  • VİDEO

Bakıda 31 tonluq yanacaq daşıyan maşın yandı – VİDEO

admin 15.07.2026

XƏBƏR LENTİ

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
Son günlər media və sosial şəbəkə platformalarında Gülbadə Abdullayevanın müvafiq sertifikasiya şəhadətnaməsi olmadan həkim kimi fəaliyyət göstərməsi,...
DAVAMI Read more about “UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama
Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL 1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
“AFB Bank” ASC bu ilin I yarısını 237 min manat mənfəətlə başa vurub. Bu, ötən ilin eyni...
DAVAMI Read more about Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL
Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
Milli Məclisin deputatı Razi Nurullayev və qardaşı Hasil Nurullayevin adının hallandığı şok maliyyə qalmaqalı. Laçındakı milyonluq layihələr...
DAVAMI Read more about Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO
“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb 1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
Birinci mərhələ çərçivəsində ixrac gömrük bəyannaməsinin “Bir pəncərə” informasiya sisteminə inteqrasiyası üzrə nəzərdə tutulmuş bütün funksional və...
DAVAMI Read more about “Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb
Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı gules_federasiyasi_1200_(2)
  • İDMAN

Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

admin 16.07.2026
27 iyul – 2 avqust tarixlərində Bakıda keçiriləcək güləş üzrə U17 dünya çempionatına qeydiyyat prosesi başa çatıb....
DAVAMI Read more about Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

Bütün yazılar

ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.