Skip to content
23.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Qəbələ Xəstəxanasında labarotor xidmətin göstərilməsinə ayrılan yüzminlər haralara gedib…
  • CƏMİYYƏT

Qəbələ Xəstəxanasında labarotor xidmətin göstərilməsinə ayrılan yüzminlər haralara gedib…

admin 08.04.2026
1775637712_1
Dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrində laboratoriyalarında mövcud vəziyyət qənaətbəxş olmadığına görə 2021-ci ilin ortalarından başlayaraq, bir sıra modernizasiya işlərinə başlanılıb. Müasir cihazlar alınıb və 2021-ci ilin ilk aylarından başlayaraq bütün ölkə üzrə təlimlər keçirilib.

Lakin bəzi tədbirlər görülmədiyinə görə laboratoriyaların fəaliyyətinin təkmilləşdirilməsinə müvəffəq olunmayıb.

Odur ki, TƏBİB-in sabiq icraçı direktoru Vuqar Qurbanovun göstərişi ilə əhalinin tibb müəssisələrinə qarşı yaranan ciddi narazılıqların “aradan qaldırılması” adı altında dövlət səhiyyə sisteminə daxil olan laboratoriyaların idarəedilməsi qanunvericiliyin tələbləri kobud şəkildə pozularaq özəl tibb müəssisələrin idarəsinə verilib.

Bu özəl tibb müəssisələrin bir çoxu birbaşa TƏBİB-in sabiq icraçı direktoru Vuqar Qurbanova yaxınlığı ilə tanınıb. Məsələn, “Referans Medikal Group”MMC ( bu MMC-nin məsul şəxsi TƏBİB-in laborator işci qrupunun üzvü olub, TƏBİB-in icraçı direktoru Vüqar Qurbanovun dostu və iş ortağıdır), “Medicus” laboratoriyaları, “İnci ” laboratoriyaları – “Sağlam həyat” MMC adı ilə (bu təşkilatın məsul şəxsləri TƏBİB-in laborator işci qrupunun üzvləri olub).

Dövlət tibb müəssisələrində laborator tibbi xidmətlərin özəl tibb müəssisələrin idarəsinə verilməsinə gəlincə. Qeyd edək ki, Vüqar Qurbanovun tətbiq etdiyi bu mexanizmlə dövlət 2 dəfə dolandırılır – bir dəfə vəsaitlər dövlət müəssisələrinə ödənilir, 2-ci dəfə xidmət göstərilmə adı ilə özəl müəssisələrə köçürülüb. Göstərilən laborator xidmətlərin bütün xərcləri dövlət vəsaiti hesabına qarşılanmasına baxmayaraq, xidmətlərin dəyəri həmin özəl şirkətlərə İcbari Tibbi Sığortanın xidmətlər zərfi paketində qeyd olunan qiymətlərlə ödənib.

Bizə verilən məlumatlara görə Qəbələ rayon Mərkəzi Xəstəxanasında da əhaliyə labarotor xidmətin göstərilməsi adı altında külli miqdarda dövlət vəsaiti talanıb. Bunun başında isə xəstəxananın direktoru Ceyhun Əhmədov durub. Məlumatlara görə Ceyhun Əhmədov Vüqar Qurbanova yaxın adamların vasitəçiliyi ilə 2022-ci ilin avqustunda “Qəbələ Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktoru təyin edilib.

Apardığımız araşdırma zamanı məlum oldu ki, “Qəbələ Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi 31.08.2023-cü ildə laboratoriya şöbəsinin yenidən təşkil olunması və standartlaşdırılması məqsədilə vətəndaşlara göstəriləcək laborator tibbi xidmətlərin satınalınması üzrə “Referans Qəbələ Tibb Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 540.000 manat dəyərində müqavilə bağlayıb.

Qeyd edək ki, “Referans Qəbələ Tibb Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi olmuş Xasıyev Raqif Maarif oğlu həm də “Referans Medikal Group”MMC-nin Gabala, Sheki-Zaqatala üzrə nümayəndəsi olub. Bu barədə linkedin platformasında da məlumat var.

Qeyd edək ki, “Referans Medikal Group”a daxil Referans Klinik Laboratoriya və Poliklinika Mərkəzinin qanuni təmsilçisi olmuş Mirzəyev Aqil Əlövsət oğlu həm də “Referans Qəbələ Tibb Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi və ilk qanuni təmsilçisidir.

Satınalmaların portalında dərc edilmiş məlumatlardan da göründüyüu kimi laborator tibbi xidmətlərin göstərilməsi məqsədi ilə Qəbələ rayon Mərkəzi Xəstəxanası 5 yüz min manatdan çox dəyəri olan müqavilə bağlayıb.

Qeyd edək ki, Qəbələ rayon Mərkəzi Xəstəxanasında satınalmalar yolu dövlət vəsatinin talan edilməsi bununla bitmir. Belə ki, Xəstəxana 2025-ci ilin avqust-sentyabr aylarında tibbi avadanlıqların satınalınması üzrə ayrı-ayrı şirkətlərlə ümumi dəyəri 135 539 manat dəyərində iki müqavilə bağlayıb. Halbuki, “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanunu eyni predmetdən olan malların satınalmasının iki yerə bölünməsinə icazə vermir.

Bundan əlavə Qəbələ rayon Mərkəzi Xəstəxanası tibbi tullantıların daşınması və zərərsizləşdirilməsi xidməti üzrə “GSL SERVICE” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağladığı 74.647,21 manat dəyərində müavilədə də qiymətlərin xeyli şişirdilməsinə şübhələr var.

Burada əhaliyə hansı labarotor xidmətin göstərilməsi bəlli deyil. Həmçinin xəstəxanalarda nə qədər pasientin analizlərinin aparılmasınını müəyyən etmək də çətindir. Belə olan halda Qəbələ rayon Mərkəzi Xəstəxanası Qəbələ kimi əhalisinin sayı o qədər də çox olmayan bir rayon sakinlərinə laborator tibbi xidmətlərin göstərilməsinə 540.000 manatın lazım olacağını əvvəlcədən necə müəyyən edib?

Göründüyü kimi burada qaranlıq məqamlar çoxdur. TƏBİB-in sabiq icraçı direktoru olmuş Vüqar Qurbanovun tətbiq etdiyi bu mexanizm labarotor xidmətin göstərilməsində daha çox korrupsiya piramidasına bənzəyər.

Qəbələ rayon Mərkəzi Xəstəxanasının 540.000 manat məbləğində müqavilə bağlaması da əhaliyə labarotor xidmətin göstərilməsindən daha çox vəsaitin büdcədən çıxarılması əməliyyatına bənzəyir. Təbii ki, bu sabiq icraçı direktor Vüqar Qurbanovun tətbiq etdiyi korrupsiya piramidasının tərkib hissəsidir. Buradan Qəbələ rayon Mərkəzi Xəstəxanasının direktoru Ceyhun Əhmədovun da öz qazancı olub.

Burada fərq yalnız vəzifədə olub. TƏBİB-in sabiq icraçı direktoru Vüqar Qurbanovun qazancı nə olub, Ceyhun Əhmədov qazancı nə, bəlli deyil…

Qeyd edək ki, məqalədə göstərilənlərə aydınlıq gətirilməsi məqsədi ilə Qəbələ Mərkəzi Xəstəxanasının Satınalma Komissiyasına ünvanladığımız məktub cavabsız qaldı. Buna baxmayaraq əks tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Aktualinfo.net

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: İlham Əliyev Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak etdi
Next: Azər Bayramovu Anar Kərimov ƏVƏZ ETDİ

OXŞAR MÖVZULAR

1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
1784171784_1
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT
  • GÜNDƏM

115 nömrəli məktəb Moskva univermağının yeni filialı elan edildi!!!

admin 16.07.2026
media-20b2cbbf-8335-4146-b7a6-192330ddbc3c-wu3xb8
  • CƏMİYYƏT
  • VİDEO

Bloklanmış “Instagram” hesabının bərpası ətrafında qalmaqal: Vətəndaşdan saxta qəbz iddiası – VİDEO

admin 16.07.2026

XƏBƏR LENTİ

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
Son günlər media və sosial şəbəkə platformalarında Gülbadə Abdullayevanın müvafiq sertifikasiya şəhadətnaməsi olmadan həkim kimi fəaliyyət göstərməsi,...
DAVAMI Read more about “UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama
Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL 1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
“AFB Bank” ASC bu ilin I yarısını 237 min manat mənfəətlə başa vurub. Bu, ötən ilin eyni...
DAVAMI Read more about Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL
Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
Milli Məclisin deputatı Razi Nurullayev və qardaşı Hasil Nurullayevin adının hallandığı şok maliyyə qalmaqalı. Laçındakı milyonluq layihələr...
DAVAMI Read more about Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO
“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb 1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
Birinci mərhələ çərçivəsində ixrac gömrük bəyannaməsinin “Bir pəncərə” informasiya sisteminə inteqrasiyası üzrə nəzərdə tutulmuş bütün funksional və...
DAVAMI Read more about “Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb
Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı gules_federasiyasi_1200_(2)
  • İDMAN

Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

admin 16.07.2026
27 iyul – 2 avqust tarixlərində Bakıda keçiriləcək güləş üzrə U17 dünya çempionatına qeydiyyat prosesi başa çatıb....
DAVAMI Read more about Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

Bütün yazılar

ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.