Skip to content
23.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • ANA DİLİNİ BİLMƏYƏN HƏKİM, HƏKİMLƏRİ NƏDƏN DİDƏRGİN SALIR?
  • CƏMİYYƏT

ANA DİLİNİ BİLMƏYƏN HƏKİM, HƏKİMLƏRİ NƏDƏN DİDƏRGİN SALIR?

admin 08.04.2026
1775633359_1775620071_1

Azərbaycan səhiyyəsində illərdir davam edən və xərçəng hüceyrəsi kimi yayılan korrupsiya və özbaşınalıq şəbəkəsi hələ də tam təmizlənmiş deyil.
Keçmiş Baş prokuror Zakir Qaralovun əmisi qızı olan və vaxtilə Abşeron Səhiyyəsində törətdiyi qanunsuzluqlar, rüşvət iddiaları və şəhid ailələrinin qəlbinə vurduğu yaralarla (şəhid yasında qırmızı geyinmək qalmaqalı) yaddaşlara qazınan Mehriban Qaralova yenidən səhnədədir!
​Vaxtilə korrupsiya əməllərinə görə rüsvayçı şəkildə işdən qovulan və uzun müddət kənarda qalan bu şəxs, eyni taleyi paylaşan və korrupsiya əməllərinə görə vəzifəsindən uzaqlaşdırılan TƏBİB-in sabiq rəhbəri Vüqar Qurbanov tərəfindən sanki xalqa meydan oxuyurmuş kimi yenidən vəzifəyə gətirildi. Mehriban Qaralova hazırda Xocəsən Sağlamlıq Mərkəzinin rəhbəri vəzifəsində oturub öz köhnə “vərdişlərini” davam etdirir!
​Dövlət Orqanlarının Adı İlə Şantaj Və Rüşvət Tələbi!
​Mehriban Qaralovanın idarəçilik üsulu tibb elminə yox, sırf şantaj və qorxu ssenarilərinə əsaslanır.
Bu şəxs tabeliyində çalışan günahsız həkimləri şərləməklə, onlara qarşı uydurma ittihamlar irəli sürməklə məşhurdur.
Ən dəhşətlisi isə odur ki, Qaralova işçilərindən külli miqdarda pul tələb edərkən hüquq-mühafizə orqanlarının adından istifadə edir!
O, açıq şəkildə bildirir ki, “bu pullar yuxarılara, hüquq-mühafizə orqanlarına çatacaq”.
​Böyük ehtimalla həmin orqanların bu çirkin alver dərəcəsində olan sövdələşmələrdən heç bir xəbəri yoxdur.
Lakin Qaralova hələ də arxasında vaxtilə Baş prokurorluq sistemində kök salmış Zakir Qaralovun “törtöküntülərinin” dayandığına inanır.
Baxmayaraq ki, indiki Baş prokuror Kamran Əliyev tərəfindən bu tip neqativ kadrların böyük hissəsi zərərsizləşdirilib və təmizlənib, görünən odur ki, bəzi köhnə klan qalıqları hələ də bu qadına cəsarət verir.
​”Məhkəmə Azərbaycanda Belədir” – Ədalət Sisteminə Açıq Təhqir!
​Mehriban Qaralovanın özbaşınalığı o həddə çatıb ki, o, dövlətin məhkəmə hakimiyyətini belə rüşvətxorluqda ittiham etməkdən çəkinmir.
Dəfələrlə öz əhatəsində açıq şəkildə “Hakimlər pul almasa, heç kəsi qurtarmaq olmur, məhkəmə Azərbaycanda belədir” kimi dövlətçilik əleyhinə olan ifadələr işlədən bu qadın hələ də dövlət müəssisəsində rəhbər kreslosunda əyləşir!
Bu, dövlətin məhkəmə sistemini aşağılamaq, qanunlarını heçə saymaq deyilmi?
​Geridə Qoyulan Borclar Və Didərgin Salınan Həkimlər
​Abşeronda çalışdığı dövrdə rəhbərlik etdiyi müəssisənin “Azərişıq” ASC-yə olan minlərlə manatlıq borcunu ödəməyən, dövlətə vurduğu ziyanlarla yadda qalan bu şəxsin qorxusundan indi də yeni təyin olunduğu xəstəxananın həkimləri və tibb heyəti cana doyub.
Qaralovanın bitmək bilməyən qanunsuz tələbləri, təzyiqləri və şərləmə kampaniyaları ucbatından peşəkar həkimlər artıq ərizələrini yazaraq işdən qaçırlar. İnsanlar artıq bu zülmə qarşı etirazlarını necə bildirəcəklərini bilmirlər.
​Yeni Rəhbərliyə Müraciət: Bu Korrupsiya Qalığı Nə Vaxt Təmizlənəcək?
​Vüqar Qurbanovun rəhbərlikdən getməsi ilə səhiyyədə yeni bir təmizlik mərhələsinin başlayacağına ümidlər artmışdı.
İndi isə bütün gözlər yeni rəhbərliyə dikilib.
​Vüqar Qurbanovun və Zakir Qaralov klanının ən sadiq silahdaşı və kadrı olan Mehriban Qaralova nə vaxta qədər bu hökmranlığını davam etdirəcək?
Qanunsuz əməlləri ilə həm dövlətin büdcəsinə, həm tibb işçilərinə, həm də sadə vətəndaşlara zərər vuran belə korrupsioner elementlər səhiyyə sistemindən birdəfəlik təmizlənməlidir! Artıq yetər! Xalqın və dövlətin səbri ilə oynamağı dayandırın!
Sima Babayeva
TEREF

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: İlham Əliyev Qazaxıstanın xarici işlər və nəqliyyat nazirlərini qəbul edib
Next: İlham Əliyev atəşkəslə bağlı Məsud Pezeşkianı təbrik edib

OXŞAR MÖVZULAR

1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
1784171784_1
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT
  • GÜNDƏM

115 nömrəli məktəb Moskva univermağının yeni filialı elan edildi!!!

admin 16.07.2026
media-20b2cbbf-8335-4146-b7a6-192330ddbc3c-wu3xb8
  • CƏMİYYƏT
  • VİDEO

Bloklanmış “Instagram” hesabının bərpası ətrafında qalmaqal: Vətəndaşdan saxta qəbz iddiası – VİDEO

admin 16.07.2026

XƏBƏR LENTİ

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
Son günlər media və sosial şəbəkə platformalarında Gülbadə Abdullayevanın müvafiq sertifikasiya şəhadətnaməsi olmadan həkim kimi fəaliyyət göstərməsi,...
DAVAMI Read more about “UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama
Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL 1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
“AFB Bank” ASC bu ilin I yarısını 237 min manat mənfəətlə başa vurub. Bu, ötən ilin eyni...
DAVAMI Read more about Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL
Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
Milli Məclisin deputatı Razi Nurullayev və qardaşı Hasil Nurullayevin adının hallandığı şok maliyyə qalmaqalı. Laçındakı milyonluq layihələr...
DAVAMI Read more about Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO
“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb 1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
Birinci mərhələ çərçivəsində ixrac gömrük bəyannaməsinin “Bir pəncərə” informasiya sisteminə inteqrasiyası üzrə nəzərdə tutulmuş bütün funksional və...
DAVAMI Read more about “Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb
Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı gules_federasiyasi_1200_(2)
  • İDMAN

Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

admin 16.07.2026
27 iyul – 2 avqust tarixlərində Bakıda keçiriləcək güləş üzrə U17 dünya çempionatına qeydiyyat prosesi başa çatıb....
DAVAMI Read more about Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

Bütün yazılar

ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.