Skip to content
23.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • GƏNCƏ SƏHİYYƏSİNDƏ KORRUPSİYA ŞƏBƏKƏSİ: Qanunsuzluq, Qohumbazlıq və Özbaşınalığın Pik Həddi!
  • GÜNDƏM
  • ÖLKƏ

GƏNCƏ SƏHİYYƏSİNDƏ KORRUPSİYA ŞƏBƏKƏSİ: Qanunsuzluq, Qohumbazlıq və Özbaşınalığın Pik Həddi!

admin 07.04.2026
Screenshot

Screenshot

“Azərbaycanın ən böyük regionlarından biri olan Gəncə şəhərində səhiyyə sistemi sanki şəfa ocağı deyil, ayrı-ayrı şəxslərin varlanma poliqonuna və korrupsiya yuvasına çevrilib…”
“DİA-AZ” xəbər verir ki, bunu özününü sosial şəbəkə hesabında tanınmış jurnalist Sima Babayeva qeyd edib.
Jurnalist daha sonra bildirir: “Ortaya çıxan mənzərə təkcə qanunların ayaqlar altına alınması deyil, həm də xalqın sağlamlığı ilə oynanılan iyrənc bir oyunun sübutudur. Bu cinayət və rüşvət zəncirinin başında dayananların əməlləri artıq gizlədilə bilməyəcək qədər ifşa olunub!
​Korrupsiyadan Qovulub Mükafatlandırılan “Kadr”: Məlahət Bayramovanı Kim Qoruyur?
​Gəncə şəhər Səhiyyə Xəstəxanasının kadrlar şöbəsinin müdiri Məlahət Bayramovanın fəaliyyət trayektoriyası hüquq-mühafizə orqanlarının birbaşa hədəfi olmalıdır.
2024-cü ildə “103” xidmətinin Qaracının müdiri Vidadinin korrupsiya əməllərinə görə həbs olunduğu ərəfədə Məlahət Bayramova da işdən uzaqlaşdırılmış və 5 ay evdə oturmağa məcbur qalmışdı. Lakin hansısa gözəgörünməz əllər (yaxud rüşvət pulları) işə düşdü və bu şəxs heç bir şey olmamış kimi yenidən eyni vəzifəyə qaytarıldı!
​Bu da azmış kimi, Gəncə şəhər İcra Başçısı Niyazi müəllim 2025-ci ilin 8 Mart Beynəlxalq Qadınlar Günündə şəhərin həqiqi, fədakar həkimlərini və tibb işçilərini kənara qoyaraq, korrupsiya ləkəsi olan bu qadını xüsusi mükafatlandırdı.
Cənab Başçı, korrupsiya əməlinə görə 5 ay işdən uzaqlaşdırılan birini mükafatlandırmaq hansı məntiqə, hansı dövlətçilik prinsiplərinə sığır? Bu, şəhər səhiyyəsini talayanlara verilən bir “yaşıl işıq” və xalqa qarşı açıq bir lağlağıdır!
​Səhiyyə Ocaqları “Ailə Holdinqi”nə Çevrilib!
​Məlahət Bayramovanın özbaşınalığı bununla da bitmir. O, dövlət müəssisələrini öz ailəsinin gəlir mənbəyinə çevirib:
​Gəlinini Abbas Səhhət adına xəstəxananın kadrlar şöbəsinin müdiri təyin etdirib.
​Oğlunu həmin xəstəxanada “MRT-yə nəzarətçi” adı altında qanunsuz pul yığmaqla vəzifələndirib. Hansı tibbi ixtisasla, hansı haqla?
​Əri Fəxrəddin Quliyev birinci qrup əlil kimi qeydiyyatdadır. Kağız üzərində ağır xəstə olan bu şəxs, hər gün maşınla arvadını işə aparıb-gətirir.
Bu azmış kimi, birinci qrup əlillərə ayrılan və dövlət tərəfindən pulsuz verilməli olan dərmanlar bu ailə tərəfindən mənimsənilir və apteklərdə qeyri-qanuni satılaraq xalqın haqqı talanır!
​Heç bir ciddi vəzifə tutmayan bu ailənin hündür mərtəbəli villaları, lüks maşınları və sonsuz sərvəti hansı yollarla əldə edilib?
Bu sualın cavabı bəllidir: Tibb bacısı olmaq üçün 10 min, xadimə olmaq üçün 5 min manat rüşvət yığmaqla! Poliklinikalarda və xəstəxanalarda işə düzəlmək resurs deyil, Bayramovanın şəxsi ticarət obyektidir.
​Qanunsuz Həkimlər və “Ölü Canlar”
​Gəncə Səhiyyəsinin müdiri İlkin doktorun fəaliyyəti də Bayramovanın idarəçiliyindən geri qalmır.
Məlahət Bayramovanın tapşırığı və İlkin doktorun imzası ilə rezidenturanı bitirməyən, həkimlik fəaliyyətinə hüquqi icazəsi olmayan şəxslər qanunsuz şəkildə həkim təyin edilirlər.
Bu, birbaşa Gəncə sakinlərinin həyatına qəsddir!
​Digər tərəfdən, qanunla 65 yaşı tamam olmuş vicdanlı həkimlər rüşvət vermədikləri üçün işdən qovulur, lakin Bayramovaya pul ödəyən 70 yaşdan yuxarı şəxslər (Tükəzban Məmmədova, Müsaidə Qasımova, Məlahət Hacıyeva və s.) qanunsuz olaraq saxlanılır.
Nurlana Rüstəmova adlı dietoloq işə gəlmədiyi halda illərlə adı tabeldə gedib və dövlətin büdcəsindən ayrılan pullar bu şəbəkə tərəfindən mənimsənilib.
​Sövdələşmələr və Pandemiya Talançılığı
​İddialara görə, İlkin doktor deputat olmaq xülyasına düşüb və Bayramovaya onu Bakıda yüksək vəzifəyə çəkəcəyi vədini verib. Onların bu günah ortaqılığı illər öncəyə, pandemiya dövrünə dayanır.
Keçmiş direktor Nazim doktor və İlkin doktorun rəhbərliyi dövründə, insanların can dərdi çəkdiyi pandemiya zamanında yüzlərlə saxta ad rəsmiləşdirilərək milyonlarla dövlət vəsaiti talanmış və bu qruplaşma həmin pullar hesabına milyonerə çevrilmişdir.
​NƏTİCƏ OLARAQ:
Gəncədə baş verən bu hadisələr sadə bir vəzifə saxtakarlığı deyil. Bu, dövlətə, xalqa və insan həyatına qarşı törədilmiş mütəşəkkil cinayətdir! Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB), Baş Prokurorluq və Korrupsiyaya Qarşı Mübarizə İdarəsi dərhal hərəkətə keçməli, Gəncə səhiyyəsini iflic edən bu şəbəkə darmadağın edilərək layiqli cəzalarını almalıdırlar!
Bu millətin canı və büdcəsi bir neçə nəfərin haram sərvət toplama vasitəsi ola bilməz!”

DİA-AZ

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Yoldaş Hətəmovun XUDMANİ TENDER ORTAQLIĞI… – İLGİNC FAKTLAR…
Next: İran rəsmisi: ABŞ ölkənin elektrik stansiyalarına hücum etsə, Səudiyyə Ərəbistanı qaranlığa qərq olacaq

OXŞAR MÖVZULAR

bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
1784171784_1
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT
  • GÜNDƏM

115 nömrəli məktəb Moskva univermağının yeni filialı elan edildi!!!

admin 16.07.2026

XƏBƏR LENTİ

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
Son günlər media və sosial şəbəkə platformalarında Gülbadə Abdullayevanın müvafiq sertifikasiya şəhadətnaməsi olmadan həkim kimi fəaliyyət göstərməsi,...
DAVAMI Read more about “UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama
Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL 1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
“AFB Bank” ASC bu ilin I yarısını 237 min manat mənfəətlə başa vurub. Bu, ötən ilin eyni...
DAVAMI Read more about Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL
Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
Milli Məclisin deputatı Razi Nurullayev və qardaşı Hasil Nurullayevin adının hallandığı şok maliyyə qalmaqalı. Laçındakı milyonluq layihələr...
DAVAMI Read more about Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO
“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb 1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
Birinci mərhələ çərçivəsində ixrac gömrük bəyannaməsinin “Bir pəncərə” informasiya sisteminə inteqrasiyası üzrə nəzərdə tutulmuş bütün funksional və...
DAVAMI Read more about “Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb
Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı gules_federasiyasi_1200_(2)
  • İDMAN

Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

admin 16.07.2026
27 iyul – 2 avqust tarixlərində Bakıda keçiriləcək güləş üzrə U17 dünya çempionatına qeydiyyat prosesi başa çatıb....
DAVAMI Read more about Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

Bütün yazılar

ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.