Skip to content
08.06.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Əxlaqsızlığa qarşı böyük proses başladan şəxsə – Çağırış
  • MƏDƏNİYYƏT

Əxlaqsızlığa qarşı böyük proses başladan şəxsə – Çağırış

admin 04.04.2026
baki

Efirləri zəbt edən, səviyyəsizləşdirilən, bütün sutkanı ailələrə və evlərə neqativ yayan və əxlaqı, nizamı dağıdan verilişlərin əhəmiyyətli hissəsi bağlandı: indi efirlərdən evlərə qeybət, “şok” adı ilə tərbiyəsizlik axmır; indi haqqı çatmayanlar “ekspert” adı ilə əxlaqsızlığa don geyindirmir, xalqa ağıl öyrətmir; indi evlər bu şərdən xilas olub, beyinlər dincəlib…

Kim etdi bunu, kim təşəbbüs göstərdi, hansı qüdrətli əl düyməyə basdısa, bu xalqın xilası naminə etdiyinə, atdığı addıma görə sağ olsun, Allah onu qorusun! Böyük məmnuniyyətlə TV rəhbərlərinə də sayğı və sevgimi bildirməkdən ötrü sinov gedirəm və bunun üçün izləmədəyəm. Əlbəttə, əllərində olsa, qazancdan, gəlirdən əl çəkməzdilər, səviyyəsizliyin dibinə enməkdə davam edərdilər, necə ki, onillərdir edirlər. Ancaq inanaq ki, çox inad etməyiblər, onlar da bu səviyyəsizliyin fərqindəydilər və bundan sonra intellektual şoular, maarifçilik, yüksək səviyyəli debatlarla efiri zənginləşdirəcəklər, Qafqazın güclü dövlətinə layiq güclü efir quracaqlar; inanaq ki, böyük mədəniyyətimiz efirə qayıdacaq, səviyyəsiz müğənnilər tam yığışacaq və s.

Sadəcə, 60-70-ci illərdə başlayan və qısa müddətdə də parlayan böyük mədəni intibahı cəmiyyətə göstərmək və gələcəyi onun üzərində qurmaq üçün efirlərin hazırkı təmizlənməsi kifayət etmir: sosial şəbəkələr, fərdlərin səhifələri var, video platformalar, böyük auditoriyaları əlində saxlayan kanallar fəaliyyətdədir… Efirlərin onillərdir əxlaqını dağıdıb, qeybətə öyrəşdirdiyi yüzminlərlə insanı o platformalardan da qorumaq lazımdır axı!

Demək, “katarsis” prosesi ardıcıl, sistemli, davamlı olmalıdır – tək “başı” xilas etməklə bitməz, orqanizmi xəstəlikdən azad etmək lazımdır – “ayaq dırnağına qədər” getməlidir: əvvəlcə bu sahədə fəaliyyət göstərənlər, peşəsi-işi bu istiqamətdə olanlar (“peşəkarlar” yazmağa ehtiyat edirəm, “çünki”ni bilirsiniz) həm öz içlərindəkiləri (qeyri-peşəkarları), həm də özlərini təmizləməli, ardınca proses bu peşəkarların da iştirak etdiyi sosial platformaya yayılmalıdır.

Yəni televiziyalardan sonra növbə saytlara, internet kanallarına, peşəkar komandaların çalışdığı platformalara gəlməlidir.

“Peşəkar” dediyimiz şəxslər tirajları ilə öyünmək üçün Marka gündəlik yedirtdikləri “reklam” bir yana, ən səviyyəsiz xəbər və başlıqlardan maksimum istifadə edirlər; günün “oxunan xəbərləri” reytinqində aydın şəkildə görünür ki, səviyyəsizliklə tiraj toplaya bilmək yarışı davam edir: təbii ki, bu məqamda dil, üslub, yazı forma və şəkli, hədəf, alt-şüurlara necə təsir edəcəyi, bu xəbərlərin hansı nəsil və düşüncə formalaşdıracağı “peşəkarların” ağlına da gəlmir.

Bu cəhdlərin “tiraj”, “auditoriya”, “reklam”, “gəlir” adına özünəbəraəti birmənalı rədd edilməlidir. Çünki eyni arqumentlərlə TV-lər çıxış edirdilər və bu “reklam gəliri”nin qat-qat artığını da əldə edirdilər – əgər onlar imtina etməyi bacardılarsa (və yaxud buna məcbur oldularsa), siz nə deyib imtina etməyəcəksiniz?

Özünü peşəkar sayan birisi qalxıb, öz platformasında və saytında dilə alınması etik sayılmayan, istedadsızlıq, qabiliyyətsizlik, səviyyəsizlik hesab edilən sözlərdən istifadə ilə “cavab haqqı”na sahib olduğunu düşünəcəksə, onun özünü təmizləmək lazım gələcək – o sözləri dilə əlmağı əxlaqına sığışdıran yalnız əxlaqdan xəbərsiz ola bilər! Yağışın yağmağını əyləncəyə çevirən insanların hərdən etiraz, hərdən yumorla reaksiya haqqına kanalizasiya idarəsinin ştatdankənar həvəskarı rolunda müdaxilə edib, auditoriyanı aşağılamaqla kanalizasiyaya xidmət etdiyini düşünənlə ağzından çirkab tökülənin düşüncə tərzi arasında heç bir fərq yoxdur. Hər iki düşüncə ən azı ictimai etimadsızlığa görə özünü, sözünü və yaşadığı yalan dünyasını dəyişməlidir və yaxud buna məcbur edilməlidir.

60-70-ci illərdə mədəni-ədəbi intibah elə bilirsiniz “təbii” olub? Bu “katarsis” aşağıdan gəlib?

Qətiyyən! Dövlət dotasiya verib, qəhrəmanı dövlət adamı tapıb, çıxardıb, yazara təqdim edib, sonra da filmini çəkdirib (“Uzaq sahillərdə”); Nəsiminin 600 illiyini dövlət adamı rəsmi qəbul edib, buna külli miqdarda vəsait ayırıb, böyük bir irs yaradıb.

O dövlət adamı bu millətin milli şüurunun oyanmasında rol oynayan və sətiraltı mesajlarla zəngin “Babək”in çəkişi üçün sovet dövrü Azərbaycanının ən böyük film büdcəsini ayırıb!

“Mozalan” kimi böyük cəsarət – həm də necə peşəkarlıqla – kimin xeyir-duası ilə yaradılmışdı və arxasında kim dururdu?

O böyük istedadların qarşısına çıxan kötüklər olmayıbmı? Məsələn, Adil İsgəndərovun tərcümeyi-halını oxumaq kifayətdir ki, onların necə çətinliklərdən keçdiyini anlayasan. Ancaq 60-cı illərdə xüsusi vüsət alan milli ideologiya və dövlət adamının dəstəyi ilə qısa müddətdə böyük intibah yaşanmışdı.

“Dövlət müdaxiləsi”, “yuxarılar” mütləqdir və bu, tarixən belə olub: Nizaminin yazdığı möhtəşəm əsərlərin sifarişçisi də dövlət (adamı) olub, türk dünyasında qeyri-adi dərəcədə inkişaf edən saz/aşıq gələnəyinin səbəbi də dövlət (adamı) olub (yada salın, Aşıq Qurbani sarayda idi) və s.

Sosial şəbəkədə trolluq edənlərə “aylıq paket” dövrünü xatırlayarsınız yəqin; platformalardakı söyüş, efirlərdəki səviyyəsizliyin vüsət almasında troll şəbəkəsinə himayədarlıq edənin xidmətlərini də bilərsiniz – yəqin!

İndi ki böyük bir səhifə açılıb; indi ki “katarsis” yuxarıdan başlayıb, onda qoy mediaya dəstək prinsipləri bu təmizlənməyə uyğun aparılsın. Dil, üslub, qayda bilməyən, intellekti olmayan biri ilə dövlət qurumu necə reklam sazişi bağlaya və o yaramazlığı ayaqda saxlaya bilir? O dövlət qurumuna bircə dəfə xəbərdarlıq edilərsə, nizam bərpa olunmazmı?

İnanıram ki, onda saytlar da səviyyəsizliyin təbliğindən əl götürər, sosial şəbəkədə paylaşımlar edənlər də özünü yığışdırar.

Əlbəttə ki, heç nə bir gündə olmur, amma tam əminəm ki, çox qısa müddətdə ola bilər.

Ona görə TV-lərdəki rüsvayçılığı yığışdıran “qüdrətli əl”ə çağırış edirəm: Bunu yalnız SİZ bacararsınız! Dayanmayın!

P.S. Rasim Balayev ömrünün sonuna qədər efirlərin əxlaqsızlıq yaymasından yana-yana danışdı, efirlərin təmizlənməsi başlayanda isə o artıq yox idi!

Halbuki bu prosesə töhfə verə bilərdi!

Medianın, sosial şəbəkələrin, onlayn platformaların təmizlənməsini isə mən görmək istəyirəm!

Yeni intibah üçün bu ölkənin hər cür şəraiti var:

Bu ölkə daha Şərqiyyə, Roza, Sabir, Rafiq yetişdirmir?

Bu ölkədə Adil İsgəndərov daha ola bilməz?

Bu ölkədə bir də Həsən(lər), Ənvər, Şahmar, Yusif, Səməndər, Kamal, Rasim, Əliabbas, Əliağa, Fazil… olmayacaq?

Bu ölkədə Fikrət, Qara, Vaqif, Niyazi daha doğulmur?

Televiziyalara SƏS-i qaytaraq bilərik!

Efirlərə plastik əməliyyatsız, əsl ÜZ-ü, SİMA-nı qaytara bilərik!

Ədəbiyyata, jurnalistikaya SÖZ-ü qaytara bilərik!

Bir Qurban Azərbaycan futboluna nələr edir, görürsünüz!

Bu millətə canını qurban deyən Qurbanlar bilirsiniz nə qədərdir?

Bilirsiniz – 2020-də gördünüz!

Amma qurbanlar təkcə səngərdə deyil ki…

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Xətai rayonunda Aprel şəhidlərinin xatirəsinə ehsan süfrəsi təşkil olunub FOTOLAR
Next: Prezidentdən İran açıqlaması: Yanında olmağa davam edəcəyik

OXŞAR MÖVZULAR

1780550560_screenshot-2026-06-04-091705
  • MƏDƏNİYYƏT

Türkmənistanda Azərbaycan Mədəniyyəti Günləri başlayır

admin 04.06.2026
1553603
  • MƏDƏNİYYƏT

Azərbaycanda bu aktyorlara 25 min manatadək pul veriləcək – SİYAHI

admin 14.05.2026
ayb-1
  • MƏDƏNİYYƏT

Xəyal Rza: AYB-yə üzvlük haqlarının ödənilməsi davam edir

admin 07.05.2026

XƏBƏR LENTİ

Şantaj və hədə-qorxu iddiaları ilə gündəmə gələn İfadə Cəfərzadə və Pərvin Abışova ilə bağlı yeni açıqlamalar verildi img-20260607-wa0007
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Şantaj və hədə-qorxu iddiaları ilə gündəmə gələn İfadə Cəfərzadə və Pərvin Abışova ilə bağlı yeni açıqlamalar verildi

admin 07.06.2026
Bir müddətdir Azərbaycan mediasının gündəmindən düşməyən hədə-qorxu ilə tələb etmə və şantaj iddiaları ilə bağlı İfadə Cəfərzadə...
DAVAMI Read more about Şantaj və hədə-qorxu iddiaları ilə gündəmə gələn İfadə Cəfərzadə və Pərvin Abışova ilə bağlı yeni açıqlamalar verildi
Bakıxanovda yaşayış binasında yanğın söndürüldü yanqin
  • HADİSƏ

Bakıxanovda yaşayış binasında yanğın söndürüldü

admin 05.06.2026
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən çoxmərtəbəli yaşayış binasında...
DAVAMI Read more about Bakıxanovda yaşayış binasında yanğın söndürüldü
Macarıstan Gürcüstan və Ermənistan vətəndaşlarına iş vizalarının verilməsini dayandırdı hungarian_flag_economy_hucon_final-scaled
  • DÜNYA

Macarıstan Gürcüstan və Ermənistan vətəndaşlarına iş vizalarının verilməsini dayandırdı

admin 05.06.2026
Macarıstan hökuməti bu gündən etibarən Filippin, Gürcüstan və Ermənistan vətəndaşlarına iş vizalarının verilməsini dayandırıb. O bildirib ki,...
DAVAMI Read more about Macarıstan Gürcüstan və Ermənistan vətəndaşlarına iş vizalarının verilməsini dayandırdı
Rusiyada çayda qayıq aşıb, ölən və yaralananlar var 1780668747_screenshot-2026-06-05-180827
  • DÜNYA

Rusiyada çayda qayıq aşıb, ölən və yaralananlar var

admin 05.06.2026
Rusiya Federasiyasının Xantı-Mansi Muxtar Dairəsində içərisində səkkiz sərnişinin olduğu qayıq Ob çayında aşıb. Bu barədə İstintaq Komitəsinin...
DAVAMI Read more about Rusiyada çayda qayıq aşıb, ölən və yaralananlar var
Ağdamın başçısından 300 minlik tender: eyni prospekti təkrar malalayır – TƏFƏRRÜAT 1780669202_d1bf69195e_001
  • ÖLKƏ

Ağdamın başçısından 300 minlik tender: eyni prospekti təkrar malalayır – TƏFƏRRÜAT

admin 05.06.2026
Ağdam rayon Quzanlı qəsəbəsinin Heydər Əliyev prospektində yolların əsaslı təmiri üçün tender elan olunub. “Real Azərbaycan” bildirir...
DAVAMI Read more about Ağdamın başçısından 300 minlik tender: eyni prospekti təkrar malalayır – TƏFƏRRÜAT

Bütün yazılar

img-20260607-wa0007
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Şantaj və hədə-qorxu iddiaları ilə gündəmə gələn İfadə Cəfərzadə və Pərvin Abışova ilə bağlı yeni açıqlamalar verildi

admin 07.06.2026
yanqin
  • HADİSƏ

Bakıxanovda yaşayış binasında yanğın söndürüldü

admin 05.06.2026
hungarian_flag_economy_hucon_final-scaled
  • DÜNYA

Macarıstan Gürcüstan və Ermənistan vətəndaşlarına iş vizalarının verilməsini dayandırdı

admin 05.06.2026
1780668747_screenshot-2026-06-05-180827
  • DÜNYA

Rusiyada çayda qayıq aşıb, ölən və yaralananlar var

admin 05.06.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.