Skip to content
23.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Adil Əliyev də Mais Məmmədova bata bilmədi – Oliqarx MKTB rəisi kimdir?
  • CƏMİYYƏT

Adil Əliyev də Mais Məmmədova bata bilmədi – Oliqarx MKTB rəisi kimdir?

admin 19.03.2026
69bbbc47f32f869bbbc4 b

Suraxanı rayonu Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi Mais Məmmədov qanunsuz tapşırıqları və fəaliyyəti ilə böyük narazılıq yaradıb. Xüsusən də MKTB əməkdaşlarının canını boğazına yığan rəis Mais Məmmədov barəsində Prezident İlham Əliyevə və Bakı meri Eldar Əzizova şikayət gedir.
AnaXeber.info.az məlumat verir ki, Tik-Tok platformasında videomüraciət yayan Cavid adlı MKTB işçisi Mais Məmmədov və onun briqada rəhbəri barəsində faktlar açıqlayıb. Şikayətçi bildirib ki, 2-ci qrup əlildir, 400 manat əmək haqqı alır və vəzifəsi məişət tullantılarını yığışdırmaqdır. Ancaq Mais Məmmədovun idarəçiliyi həddini aşır və işçilərə qanunsuz əmrlər verilir. Məsələn, elə MKTB işçisi Caviddən tələb olunur ki, 7 hektar ərazisi olan Neftçilər parkının döşəməsini yuyub silsin. O isə deyir ki, nə sağlamlığı buna imkan verir, nə də vəzifəsi bu işi görməkdir. Sadəcə, məişət tullantılarını yığmaq borcu var. Çıxışında şikayətçi deyib ki, Suraxanı baxımsız vəziyyətdədir, MKTB rəisi isə qanunsuz əməlləri ilə məşğuldur.
Qeyd edək ki, ümumiyyətlə,
Suraxanını xarabalığa çevirən MKTB rəisi Mais Məmmədovun fəaliyyəti kütləvi narazılıq yaradıb. Suraxanı sakinləri bildirirlər ki, Yeni Günəşli və digər ərazilər tör-töküntü, səliqəsiz, bərbad vəziyyətdədir. Mais Məmmədovu isə yalnız gəlir və biznesi maraqlandırır. Bu da Baş Prokurorluq yanında Korrupsiya ilə Mübarizə Baş İdarəsinin Suraxanı MKTB-də araşdırmalar aparmasını zəruri edir. Çünki bir MKTB rəisi postu nə qədər gəlirlidir ki, Mais Məmmədovu oliqarxa çevirib. Onun Yeni Günəşli ərazisində “Neo servis” və başqa avtomobil satışı mərkəzi, o cümlədən iaşə obyektləri, maşın kolleksiyası var.
tutduğu vəzifədən istifadə edərək rayonun ayrı-ayrı qəsəbələrində biznes obyektləri tikdirib.
Mətbuatda yayılan xəbərlərə görə, ona aid Yeni Günəşli qəsəbəsində yerləşən «Qrand» şadlıq sarayını, Şabran rayonundakı dəvə fermasını, eləcə də digər ticarət obyektlərini göstərmək olar. Adıçəkilən məmur ölkə qanunlarının əksinə iş tutur».
Maraqlıdır, Mais Məmmədov MKTB rəisi maaşı ilə bu biznesə necə sahib olub? O baxımdan hüquq-mühafizə orqanlarının yoxlamaları zəruridir. Necə ki “qara maskalı”lar icra başçılarının kabinetinə gələrək” onlara “sürpriz” edirlər, eynilə Suraxanı rayon MKTB rəisinin kabinetində də oxşar mənzərəyə zərurət yarana bilər.
Yerli sakinlər də deyirlər ki, Mais Məmmədovdan şikayətçidirlər. Hazırda rayonda səliqə-sahman yox, zibil yeşikləri tapılmır, amma abadlığa ayrılan vəsait qəhətə çıxır.
Yada salaq ki, Suraxanı MKTB-yə 74, 62, 63, 68, 103, 104 və 105 saylı MKİS-lər daxildir. Birliyin rəisi Mais Məmmədov isə ona tapşırılan işlərin öhdəsindən gələ bilmir. Birliyin tabeliyində olan mənzil-kommunal istismar sahələrinin rəisləri MKTB rəhbərinə hər ay tələb olunan səviyyədə «qulluq» edirlər. Suraxanı rayonu ərazisində heç kim Mais Məmmədovun razılığı olmadan eyvan artıra, dama su çəni qoya, yaxud mənzilinin daxilində əlavə dəyişiklik edə bilməz. «Jek» rəisləri hər gün cavabdeh olduqları ərazilərə çıxıb müşahidə aparırlar. Belə halla qarşılaşan kimi isə Mais müəllimə məlumat verirlər. Birlik rəisi özünə yaxın adamları həmin şəxslərin yanına göndərib görülən işin qarşılığında nəysə verməli olduqlarını bildirirlər. Bununla razılaşmayan şəxslərin iş görməsinə qətiyyən icazə verilmir.
Eyni zamanda, Suraxanı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin nəzarətində olan ərazilərdə anti-sanitariya baş alıb gedir. Qurumun balansında kifayət qədər texnikanın olmasına baxmayaraq, rayonun bir sıra qəsəbələri zibillik içində itib-batır. «Jek»lərdə əməlli-başlı özbaşınalıq hökm sürür. Belə ki, rəislər vətəndaşlara lazım olan arayışları hansısa maraqlarının qarşılığında verirlər.
Əlavə edək ki, Mais Məmmədov artıq 30 ilə yaxındır sözügedən vəzifənin başındadır. Bəs onu keçmiş və indiki icra başçısı üçün vacib edən hansı səbəblərdir? – Sual açıq qalır, amma adı çəkilən tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.

Anaxeberinfo.az
Azər Talıbov

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Azərbaycanda sabahdan 11 günlük tətil başlayır
Next: Bakıda qəbir yerlərini satanlar kimlərdir?

OXŞAR MÖVZULAR

1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
1784171784_1
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT
  • GÜNDƏM

115 nömrəli məktəb Moskva univermağının yeni filialı elan edildi!!!

admin 16.07.2026
media-20b2cbbf-8335-4146-b7a6-192330ddbc3c-wu3xb8
  • CƏMİYYƏT
  • VİDEO

Bloklanmış “Instagram” hesabının bərpası ətrafında qalmaqal: Vətəndaşdan saxta qəbz iddiası – VİDEO

admin 16.07.2026

XƏBƏR LENTİ

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
Son günlər media və sosial şəbəkə platformalarında Gülbadə Abdullayevanın müvafiq sertifikasiya şəhadətnaməsi olmadan həkim kimi fəaliyyət göstərməsi,...
DAVAMI Read more about “UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama
Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL 1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
“AFB Bank” ASC bu ilin I yarısını 237 min manat mənfəətlə başa vurub. Bu, ötən ilin eyni...
DAVAMI Read more about Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL
Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
Milli Məclisin deputatı Razi Nurullayev və qardaşı Hasil Nurullayevin adının hallandığı şok maliyyə qalmaqalı. Laçındakı milyonluq layihələr...
DAVAMI Read more about Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO
“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb 1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
Birinci mərhələ çərçivəsində ixrac gömrük bəyannaməsinin “Bir pəncərə” informasiya sisteminə inteqrasiyası üzrə nəzərdə tutulmuş bütün funksional və...
DAVAMI Read more about “Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb
Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı gules_federasiyasi_1200_(2)
  • İDMAN

Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

admin 16.07.2026
27 iyul – 2 avqust tarixlərində Bakıda keçiriləcək güləş üzrə U17 dünya çempionatına qeydiyyat prosesi başa çatıb....
DAVAMI Read more about Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

Bütün yazılar

ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.