Skip to content
23.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Dövlət Xidməti: Hərbi xidmətdən boyun qaçıranlara qarşı qaydalar sərtləşdirilir
  • CƏMİYYƏT

Dövlət Xidməti: Hərbi xidmətdən boyun qaçıranlara qarşı qaydalar sərtləşdirilir

admin 16.03.2026
SvLuQ3ujw v

Müddətli həqiqi hərbi xidmətə çağırışdan yayınma hallarının vaxtında və effektiv qarşısının alınması məqsədilə Azərbaycanın aidiyyəti qanunvericilik aktlarında, o cümlədən Cinayət, Miqrasiya və İnzibati Xətalar Məcəllələrində, “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlarında dəyişiklik edilməsi barədə 2024-cü il 27 dekabr tarixli qanun qəbul edilib.

Bu barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən məlumat verilib.

Bildirilib ki, həmin qanunla Azərbaycanın Cinayət Məcəlləsində edilmiş dəyişikliyə əsasən “çağırışdan boyun qaçırma” dedikdə vətəndaşların üzrlü səbəblər olmadan tibbi müayinəyə (şəhadətləndirməyə), müddətli həqiqi hərbi xidmətə, toplanışlara və səfərbərlik üzrə hərbi xidmətə çağırış üzrə gəlməməsi başa düşülür.

Bununla yanaşı, vətəndaşların müddətli həqiqi hərbi xidmətə və səfərbərlik üzrə hərbi xidmətə çağırışdan boyun qaçırdıqda, barələrində çağırış üzrə qərar qəbul edilənədək, onların ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı Azərbaycanın Miqrasiya Məcəlləsində dəyişiklik edilib.

Artıq bu dəyişikliklər “Hərbi xidmət keçməkdən boyun qaçırma, hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə və fərarilik işləri üzrə məhkəmə təcrübəsi haqqında” 2001-ci il 1 noyabr tarixli 1 nömrəli Ali Məhkəmənin Plenumunun qərarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 yanvar 2026-cı il tarixli qərarında da öz əksini tapıb.

Belə ki, Ali Məhkəmənin Plenumunun qərarında Cinayət Məcəlləsinin 321.1-ci maddəsində məsuliyyətə səbəb olan əməllər qismində bir sıra hallar göstərilib.

Vətəndaş həqiqi hərbi xidmətə çağırış müddəti başa çatanadək, habelə tibbi şəhadətləndirməyə, hərbi toplanış və təlimlərə üzrlü səbəb olmadan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələrinə gəlmədikdə hərbi xidmətdən boyun qaçırma kimi qiymətləndirilir və məsuliyyətə səbəb olur.

Bundan başqa çağırışçının hərbi xidmətdən yayınmaq, o cümlədən tibbi müayinəyə (tibbi şahədətləndirməyə), müddətli həqiqi hərbi xidmətə çağırılmasına dair çağırış vərəqəsinin çatdırılmasının qarşısını almaq üçün ona şamil edilən cari çağırış müddəti başa çatanadək yaşayış yerini 3 aydan çox müddətə dəyişdirdikdə yaşayış yeri üzrə hərbi qeydiyyatdan çıxmaması və olduğu yer üzrə hərbi qeydiyyata durmaması və ya yaşayış yerini dəyişərkən “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 7.3-cü maddəsində göstərilən vəzifəsinə əməl etməyərək hərbi qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələrinə məlumat verməməsi də CM-in 321-ci maddəsi ilə məsuliyyətə səbəb olan əməllər kimi qiymətləndirilə bilər.

Yuxarıda qeyd olunan kateqoriyalara aid, ölkənin hüdudlarında və kənarında olan, aktiv möhlət hüququ olmayan vətəndaşlarımıza bildirmək istərdik ki, hərbi vəzifələrinin icrasına və hərbi öhdəliklərinə məsuliyyətlə yanaşsınlar, habelə hərbi biletlərində və “mygov” platformasında olan şəxsi kabinetlərində qeyd olunan vaxtda Dövlət Xidmətinin qeydiyyatda olduqları struktur bölmələrinə yaxınlaşsınlar.

Hərbi sahədə qanunvericiliyin təkmilləşdirilməsi ölkənin milli təhlükəsizliyini gücləndirmək, Silahlı Qüvvələri çağırışçılarla vaxtında və keyfiyyətlə komplektləşdirmək, səfərbərlik sisteminin səmərəliliyini artırmaq məqsədini daşıyır.

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin hərbçiləri təltif edilib
Next: Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb

OXŞAR MÖVZULAR

1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
1784171784_1
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT
  • GÜNDƏM

115 nömrəli məktəb Moskva univermağının yeni filialı elan edildi!!!

admin 16.07.2026
media-20b2cbbf-8335-4146-b7a6-192330ddbc3c-wu3xb8
  • CƏMİYYƏT
  • VİDEO

Bloklanmış “Instagram” hesabının bərpası ətrafında qalmaqal: Vətəndaşdan saxta qəbz iddiası – VİDEO

admin 16.07.2026

XƏBƏR LENTİ

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
Son günlər media və sosial şəbəkə platformalarında Gülbadə Abdullayevanın müvafiq sertifikasiya şəhadətnaməsi olmadan həkim kimi fəaliyyət göstərməsi,...
DAVAMI Read more about “UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama
Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL 1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
“AFB Bank” ASC bu ilin I yarısını 237 min manat mənfəətlə başa vurub. Bu, ötən ilin eyni...
DAVAMI Read more about Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL
Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
Milli Məclisin deputatı Razi Nurullayev və qardaşı Hasil Nurullayevin adının hallandığı şok maliyyə qalmaqalı. Laçındakı milyonluq layihələr...
DAVAMI Read more about Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO
“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb 1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
Birinci mərhələ çərçivəsində ixrac gömrük bəyannaməsinin “Bir pəncərə” informasiya sisteminə inteqrasiyası üzrə nəzərdə tutulmuş bütün funksional və...
DAVAMI Read more about “Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb
Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı gules_federasiyasi_1200_(2)
  • İDMAN

Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

admin 16.07.2026
27 iyul – 2 avqust tarixlərində Bakıda keçiriləcək güləş üzrə U17 dünya çempionatına qeydiyyat prosesi başa çatıb....
DAVAMI Read more about Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

Bütün yazılar

ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.