Skip to content
23.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Tikinti terroru: “Bizim MTK” sakinləri gecə yatmağa qoymur… -FOTO
  • CƏMİYYƏT

Tikinti terroru: “Bizim MTK” sakinləri gecə yatmağa qoymur… -FOTO

admin 16.03.2026
1773637844_1
Paytaxtın mərkəzində “tikinti işgəncəsi” pik həddə çatıb. Özünü qanunlardan üstün hesab edən “Bizim MTK” adlı tikinti şirkəti sakinlərə qarşı mənəvi və fiziki terror tətbiq edir.

3 ilə yaxındır ki, eyni mənzərə, eyni şikayətlər, lakin dəyişməyən biganəlik! Sözügedən şirkət nəinki sakinlərin gündəlik rahatlığını pozur, hətta insanların ən təməl haqqı olan istirahət hüququnu əlindən alır.

“Bizim MTK” Yasamal rayonu Həzən bəy Zərdabi 69 ünvanında yerləşən 5 mərtəbəli yaşayış binasının bir addımlığında ağır texnika işlədir. Dünən gecə saat 23:00 -02:00 aralığında davam edən səs- küy, buldozerin səsi sanki sakinlərin yuxusuna qənim kəsilmişdi. Gecənin yarısı başlayan söküntü işləri hələ də davam edir.

Yüksək səs-küydən diksinərək oyanan azyaşlı övladlarımın psixologiyası pozulub. Tez- tez səsə oyanır, qorxduqlarını dilə gətirirlər.

Hələ binada yaşayan təzyiqi olan, yataq xəstəsi olan yaşlı insanları demirəm. Vəziyyət kritik həddə çatıb.

Gecələr buldozerin səs-küyündən evlərin divarları titrəyir. Gündüzlər uşaqlar binanın həyətinə çıxa bilmir, insanlar öz evlərində dustaq həyatı yaşayırlar.

Dəfələrlə şirkətin məsul şəxslərinə etirazımızı bildirib, narazılıq etsək də, vəziyyət dəyişmir. “BİZİM MTK” nə tikintisini yekunlaşdırır, nə də ərazidən əl çəkir. İllərdir toz-torpaq, səs- küy və daimi gərginlik içərisindəyik.

Maraqlıdır ki, yaşayış binasının bir addımlığında gecə saatlarında ağır texnikanın işləməsinə necə icazə verilir? Qanunvericiliyə görə, yaşayış ərazilərində gecə saatlarında səs-küylü tikinti işlərinin aparılması məhdudlaşdırılır. Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, yaşayış binalarının yaxınlığında axşam saat 23:00-dan səhər 08:00-a qədər sakinlərin dincliyini pozmaq, yüksək səslə müşayiət olunan işlər görmək qadağandır. Görünən odur ki, bəzi tikinti şirkətləri sakinlərin rahatlığını və qanunun tələblərini nəzərə almaq niyyətində deyil. “BİZİM MTK” üçün qanun deyil, qazanc və qrafik daha önəmlidir.


Bina sakinləri olaraq aidiyyəti qurumları məsələyə müdaxilə etməyə çağırır, gecə saatlarında tikinti və söküntü işlərinin dayandırılmasını, həmçinin uzun illərdir davam edən tikinti prosesinin nəhayət başa çatdırılmasını tələb edirik.

Şəhərin mərkəzində insanların rahat yaşamaq hüququ tikinti şirkətlərinin maraqlarından üstün tutulmalıdır. Fövqəladə Hallar Nazirliyinə, Bakı Şəhər İcra Hakimiyyətinə və Daxili İşlər Nazirliyinə səslənirik: bu özbaşınalığa kim son qoyacaq?

“BİZİM MTK”-nın özbaşınalığı bununla da bitmir. Şirkət sakinlərin nəinki yuxusuna, həm də nəfəs aldığı yaşıl sahələrə qənim kəsilib. Binanın ön və arxa həyətindəki həmişəyaşıl və meyvə ağacları gizli şəkildə kəsilib.

​Ağacların yerində yalnız kötüklər qalmışdı.

Dünənki söküntüdə isə ağaclardan geriyə qalan kötüklərin yeri də itirilib.

“BİZİM MTK” tikinti meydançasını genişləndirmək üçün təbiət qatilliynə əl ataraq, sakinlərin ekoloji hüquqlarını da ayaq altına alıb. Bu, sadəcə tikinti deyil, bu, bir ərazinin həm insanına, həm də təbiətinə qarşı aparılan “terror” siyasətidir.

Sakinlər olaraq bu vəhşiliyə biganə qalmayaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinə rəsmi müraciət etdik. Nazirliyin əməkdaşları gəlib, əraziyə baxış keçirdilər, kötükləri sayıb, şəkillərini çəkdilər.Və bitdi!

Hələlik onlardan da bir cavab çıxmayıb!

Sakinlərin isə səbri artıq tükənib. İnsanların sağlamlığını və əsəblərini korlayan bu “gecə terroru” dərhal dayandırılmalı, şirkət barəsində ciddi hüquqi tədbirlər görülməlidir!(Teref)




About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Qəbul imtahanlarının tarixi açıqlanıb
Next: Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin hərbçiləri təltif edilib

OXŞAR MÖVZULAR

1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
1784171784_1
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT
  • GÜNDƏM

115 nömrəli məktəb Moskva univermağının yeni filialı elan edildi!!!

admin 16.07.2026
media-20b2cbbf-8335-4146-b7a6-192330ddbc3c-wu3xb8
  • CƏMİYYƏT
  • VİDEO

Bloklanmış “Instagram” hesabının bərpası ətrafında qalmaqal: Vətəndaşdan saxta qəbz iddiası – VİDEO

admin 16.07.2026

XƏBƏR LENTİ

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
Son günlər media və sosial şəbəkə platformalarında Gülbadə Abdullayevanın müvafiq sertifikasiya şəhadətnaməsi olmadan həkim kimi fəaliyyət göstərməsi,...
DAVAMI Read more about “UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama
Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL 1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
“AFB Bank” ASC bu ilin I yarısını 237 min manat mənfəətlə başa vurub. Bu, ötən ilin eyni...
DAVAMI Read more about Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL
Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
Milli Məclisin deputatı Razi Nurullayev və qardaşı Hasil Nurullayevin adının hallandığı şok maliyyə qalmaqalı. Laçındakı milyonluq layihələr...
DAVAMI Read more about Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO
“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb 1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
Birinci mərhələ çərçivəsində ixrac gömrük bəyannaməsinin “Bir pəncərə” informasiya sisteminə inteqrasiyası üzrə nəzərdə tutulmuş bütün funksional və...
DAVAMI Read more about “Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb
Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı gules_federasiyasi_1200_(2)
  • İDMAN

Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

admin 16.07.2026
27 iyul – 2 avqust tarixlərində Bakıda keçiriləcək güləş üzrə U17 dünya çempionatına qeydiyyat prosesi başa çatıb....
DAVAMI Read more about Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

Bütün yazılar

ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.