Skip to content
23.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Nədən kadrlar şöbəsinin “islahatları” sıravi neftçiyə çatmır? – ETİRAZ VAR!
  • CƏMİYYƏT

Nədən kadrlar şöbəsinin “islahatları” sıravi neftçiyə çatmır? – ETİRAZ VAR!

admin 16.03.2026
6536f29dc2_1738126244_0001

“Son illərdə qeyri-neft sektorundan SOCAR-a kadrlar üzrə vitse-prezident təyinatı o qədər parıltılı təqdim edildi ki, kənardan baxan elə bildi neftçinin həyatında yeni bir dövr başlayır…” “Dia-az” xəbər verir ki, bunu öz etiraz dolu müraciətində SOCAR işçisi Rac Kərimov qeyd edib.

O daha sonra fikrini belə davam etdirir: “Lakin bir həqiqət var ki, mobil operatorun rəqəmsal dünyası ilə ağır sənayenin o sərt istehsalat sahəsi arasında yerlə-göy qədər fərq var. Kondisionerli ofislərdə texnoloji terminlərlə “strateji hədəflər” müəyyən etmək başqadır, dənizin ortasında, o amansız səs-küyün, aqressiv emosional mühitin və ağır fiziki yükün altında çalışan insanın ruhunu anlamaq tam başqa. Əslində, dənizdə neft sənayesi bir növ ön cəbhə kimidir. Hər bir neftçi bir əsgər tək soyuğun, yağışın, tufanın altında təbiətin sərt üzü ilə tək-tək vuruşur, hər gün bu ölkənin iqtisadi müstəqilliyi üçün bir döyüş verir. Amma acı həqiqət budur ki, cəbhədə vuruşan bu “əsgərlərə” göstərilməli olan qayğı hələ də kağız üzərindəki quru rəqəmlərdən o yana keçə bilməyib.
Televiziya ekranlarında neftçi peşəsinin nə qədər “romantik” və “maraqlı” olması haqqında gözəl çıxışlar edilir, mahnılar bəstələnir, romantik obrazlar yaradılır. Amma o işıqlı studiyalardan kənarda, platformalarda və qazma sahələrində tam fərqli, çox daha sərt bir mənzərə var. Orada insanlar emosional tükənmişliklə və bəzən ən adi insani qayğıların çatışmazlığı ilə mübarizə aparırlar. Maraqlıdır, Ziba xanım (SOCAR-ın vitse-prezidenti Ziba Mustafayeva nəzərdə tutulur -dia-az) bu vaxta qədər o ağır şəraitdə, bir əsgər fədakarlığı ilə çalışan neftçi üçün realda, hiss olunan hansı addımı atıb? SOCAR səviyyəsində keçirilən o dəbdəbəli, parıltılı tədbirlərin hansı birinə həqiqi bir dəniz neftçisi dəvət olunub, onun dərdi, onun gələcək qayğıları ilə səmimi şəkildə maraqlanılıb?
Yuxarıda oturanlar üçün kadr siyasəti bəlkə də sadəcə rəqəmlərdən və hesabatlardan ibarətdir, amma sahədə küləyə qarşı sinə gərənlər üçün bu, bir ədalət və ləyaqət məsələsidir. İnsan resursları idarəçiliyi yalnız “LinkedIn”, “Facebook” profillərində ingilis dilli terminlərlə bəzədilmiş təqdimatlar hazırlamaq deyil. Əsl rəhbərlik o ağır şəraitdə çalışan işçinin karyera yüksəlişinə mane olan bürokratik sədləri dağıtmaq, ona layiq olduğu dəyəri ofis divarlarından kənarda da hiss etdirməkdir. Təəssüf ki, hələ də o fədakarlığı görən, dənizçinin və neftçinin səsinə səs verən bir rəhbər səmimiyyəti yoxdur. Ancaq əmi, dayı, bibi, xala hesabına nəyəsə nail olmaq olar. Görünən odur ki, neftçi peşəsi hələ də mahnılarda “qəhrəmanlıq”, reallıqda isə sadəcə ağır bir yük olaraq qalır. Kadrlar şöbəsinin “islahatları” isə dənizin sahilinə belə çata bilmir, çünki ofisdən dəniz çox uzaq, dalğaların səsi isə rəsmi pafoslu çıxışların parıltısından daha sərtdir…(Dia-az)

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Zaur Mikayılovun şübhəli tenderləri -vergi borcu olan şirkət, naməlum qaliblər və milyonlarla manatlıq müqavilələr
Next: Qəbul imtahanlarının tarixi açıqlanıb

OXŞAR MÖVZULAR

1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
1784171784_1
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT
  • GÜNDƏM

115 nömrəli məktəb Moskva univermağının yeni filialı elan edildi!!!

admin 16.07.2026
media-20b2cbbf-8335-4146-b7a6-192330ddbc3c-wu3xb8
  • CƏMİYYƏT
  • VİDEO

Bloklanmış “Instagram” hesabının bərpası ətrafında qalmaqal: Vətəndaşdan saxta qəbz iddiası – VİDEO

admin 16.07.2026

XƏBƏR LENTİ

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
Son günlər media və sosial şəbəkə platformalarında Gülbadə Abdullayevanın müvafiq sertifikasiya şəhadətnaməsi olmadan həkim kimi fəaliyyət göstərməsi,...
DAVAMI Read more about “UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama
Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL 1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
“AFB Bank” ASC bu ilin I yarısını 237 min manat mənfəətlə başa vurub. Bu, ötən ilin eyni...
DAVAMI Read more about Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL
Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
Milli Məclisin deputatı Razi Nurullayev və qardaşı Hasil Nurullayevin adının hallandığı şok maliyyə qalmaqalı. Laçındakı milyonluq layihələr...
DAVAMI Read more about Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO
“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb 1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
Birinci mərhələ çərçivəsində ixrac gömrük bəyannaməsinin “Bir pəncərə” informasiya sisteminə inteqrasiyası üzrə nəzərdə tutulmuş bütün funksional və...
DAVAMI Read more about “Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb
Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı gules_federasiyasi_1200_(2)
  • İDMAN

Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

admin 16.07.2026
27 iyul – 2 avqust tarixlərində Bakıda keçiriləcək güləş üzrə U17 dünya çempionatına qeydiyyat prosesi başa çatıb....
DAVAMI Read more about Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

Bütün yazılar

ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.