Skip to content
08.05.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • AAYDA-da ciddi yeyinti qalmaqalı – Musayev və Nehmətov haqqında sensasion iddialar
  • CƏMİYYƏT

AAYDA-da ciddi yeyinti qalmaqalı – Musayev və Nehmətov haqqında sensasion iddialar

admin 14.03.2026
1773459755_1 (1)

Azərbaycan Avtomobil Yolları sistemində uzun illər müxtəlif vəzifələrdə çalışmış Məhəmməd Musayev barəsində yeni araşdırmalar aparıldığı bildirilir.

NOCOMMENT.az -a məlumat verən mənbə iddia edib ki, Musayev uzun müddət qurumda yüksək vəzifələrə keçmiş rəhbər Saleh Məmmədov ilə qohumluq əlaqələrinə görə təyinatlar alıb və rəhbərlik etdiyi idarələrdə ciddi maliyyə pozuntularına yol verilməsi ehtimalları araşdırılır.

Məlumatda qeyd olunur ki, Musayev 2016-cı ildən etibarən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi sisteminin bir neçə strukturunda rəhbər vəzifələrdə çalışıb. Həmin müddətdə onun fəaliyyətinə dair müxtəlif şikayətlər daxil olduğu, işçilərlə münasibətdə kobud davranış, idarəetmədə qohumbazlıq və sui-istifadə hallarının olduğu iddia edilir.

6 milyon manatlıq ehtiyat hissələri qalmaqalı

Mənbələrin bildirdiyinə görə, Musayevin rəhbərlik etdiyi 18 saylı Yol İdarəsində aparılan maliyyə yoxlamaları zamanı Çexiyadan Tatra yük avtomobilləri üçün ehtiyat hissələrinin alınması məqsədilə təqribən 6 milyon manatlıq müqavilə bağlanmasına baxmayaraq, detalların faktiki olaraq gətirilmədiyi aşkara çıxıb.

İddia olunur ki, yaranan vəziyyətdən sonra Musayevin vəzifədən uzaqlaşdırılması barədə qərar verilib, lakin o, işdən çıxarılmaq əvəzinə 7 saylı Xüsusi Təyinatlı Yol İdarəsinə keçirilib.

Hazırda aparılan əlavə yoxlamaların nəticələrinin gözlənildiyi və araşdırmaların davam etdiyi bildirilir.

7 saylı idarədə yeni iddialar

Mənbənin bildirdiyinə görə, hazırda Məhəmməd Musayevin fəaliyyəti ilə bağlı araşdırmalar davam edir və vəziyyətinin gərgin olduğu qeyd olunur. İddia olunur ki, Musayevin rəhbərlik etdiyi 7 saylı Xüsusi Təyinatlı Yol İdarəsində son üç ildə müxtəlif maliyyə və idarəçilik pozuntuları baş verib.

Məlumatlarda bildirilir ki, eskalatorlar üçün nəzərdə tutulan, lakin alınmayan detallar, keçid və tunellərin işıqlandırılmasına ayrılan vəsait, eləcə də generatorlar üçün ayrılan dizel yanacağı təyinatı üzrə istifadə edilməyib. Bu proseslərdə Musayevin yaxın adamı – Nazir Nehmətovun əsas rol oynadığı, idarəyə ayrılan benzinin isə Sənan Quliyev vasitəsilə qanunsuz satıldığı iddia edilir. Nehmətovun qardaşı Elmarın da idarədə işlədiyi bildirilir.

Mənbələr əlavə edir ki, Musayev idarədə özünü “toxunulmaz” kimi aparır və işçilərlə kobud davranır.

Həmçinin hər ay müxtəlif obyektlərə qanunsuz elektrik verilməsi ilə əlavə gəlir əldə edildiyi, ümumi mənimsəmənin milyonlarla manatı əhatə etdiyi irəli sürülür.

“Keçidlərə qanunsuz elektrik verilməsi” – siyahı açıqlanıb

İddialara görə, rəhbərliyin göstərişi ilə bir sıra yeraltı və yerüstü piyada keçidlərindən müxtəlif obyektlərə qanunsuz elektrik enerjisi verilib. Siyahıya aşağıdakı keçidlər daxildir:

* Beşmərtəbə yeraltı keçid – 37 mağaza
* Milli Bank yeraltı keçid – 12 mağaza
* Nizami yeraltı keçid – 1 mağaza
* Targovu yeraltı keçid – 1 mağaza
* Ağ şəhər – 1 köşk
* Luna Park – 1 köşk
* Ağa Nəmetulla – 1 mağaza
* Heydər Əliyev ASAN Xidmət yaxınlığı – 1 köşk
* Babək–Azneft – 1 köşk
* “Monte Karlo” yeraltı keçidi – 1 köşk
* Olimp – 3 mağaza
* Azadlıq 189 – 1 mağaza
* Z. Bünyadov 11 – 1 mağaza
* Aviasiya keçidi – 1 köşk
* Rəsulzadə, Araz market yanı – 1 mağaza
* Atatürk 47 – 1 köşk
* Sabunçu – 2 köşk
* Salyan avtovağzal – 1 köşk

Mənbə qeyd edir ki, 7 saylı idarədə çalışan bəzi şəxslər Musayev və Nehmətovun fəaliyyətinə toxunulmayacağını iddia etsələr də, hazırda vəziyyətin dəyişə biləcəyi və yeni AAYDA rəhbəri Vüsal Nəsirlinin məsələyə münasibət bildirəcəyi gözlənilir.

Məsələ ilə bağlı rəsmi quruma sorğu göndərilsə də, hələ ki cavab verilməyib.(NOCOMMENT.)

Həmçinin adları çəkilən şəxslərin mövqeyini dərc etməyə hazırıq.

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: “Green APPLE” mağazası müştərilərə kələk gəlir – GİLEY
Next: Sahib Məmmədovun kantorunda TƏDARÜK VAR

OXŞAR MÖVZULAR

media-haa-cu07rl
  • CƏMİYYƏT
  • ÖLKƏ

Park Bulvarda “Hayal Kahvesi”də müştərilərə yararsız qida ilə yemək verilib

admin 07.05.2026 0
1778155532_screenshot-2026-05-07-160217
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT

Bu il 2,3 milyon, son 3 ildə isə 7 milyon… Yasin Dadaşov kimdir? – CƏDVƏL

admin 07.05.2026 0
1778159017_screenshot-2026-05-07-170144
  • CƏMİYYƏT
  • ÖLKƏ

Sabunçu RİH məhkəmədə vətəndaşa uduzdu – “Torpaq sənədləri verilməlidir…”

admin 07.05.2026 0

SON YAZILAR

media-haa-cu07rl
CƏMİYYƏT ÖLKƏ

Park Bulvarda “Hayal Kahvesi”də müştərilərə yararsız qida ilə yemək verilib

admin
07.05.2026 0
ayb-1
MƏDƏNİYYƏT

Xəyal Rza: AYB-yə üzvlük haqlarının ödənilməsi davam edir

admin
07.05.2026 0
1778165734_09305b08ab_001
İQTİSADİYYAT

“MSDIS Holding”də böhran: – Vergi borcu 20 milyon manata çatır

admin
07.05.2026 0
1778155532_screenshot-2026-05-07-160217
CƏMİYYƏT İQTİSADİYYAT

Bu il 2,3 milyon, son 3 ildə isə 7 milyon… Yasin Dadaşov kimdir? – CƏDVƏL

admin
07.05.2026 0

Bütün yazılar

media-haa-cu07rl
  • CƏMİYYƏT
  • ÖLKƏ

Park Bulvarda “Hayal Kahvesi”də müştərilərə yararsız qida ilə yemək verilib

admin 07.05.2026 0
ayb-1
  • MƏDƏNİYYƏT

Xəyal Rza: AYB-yə üzvlük haqlarının ödənilməsi davam edir

admin 07.05.2026 0
1778165734_09305b08ab_001
  • İQTİSADİYYAT

“MSDIS Holding”də böhran: – Vergi borcu 20 milyon manata çatır

admin 07.05.2026 0
1778155532_screenshot-2026-05-07-160217
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT

Bu il 2,3 milyon, son 3 ildə isə 7 milyon… Yasin Dadaşov kimdir? – CƏDVƏL

admin 07.05.2026 0
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.