Skip to content
09.05.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Tağıyev qəsəbəsində növbəti qanunsuz tikinti iddiası – Yaşıllıq məhv edilir?
  • CƏMİYYƏT

Tağıyev qəsəbəsində növbəti qanunsuz tikinti iddiası – Yaşıllıq məhv edilir?

admin 12.03.2026
media-83-orlpas

Abşeronda növbəti qanunsuz tikinti iddiası – Yaşıllıq məhv edilir?

Sumqayıt şəhəri Hacı Zeynalabdin Tağıyev qəsəbəsi son illər həm yaşayış, həm də sənaye zonası kimi sürətlə inkişaf edən ərazilərdən biri hesab olunur.

Qəsəbə Sumqayıt şəhərinin girişinə və Bakı–Quba magistral yoluna yaxın yerləşdiyi üçün burada torpaq sahələrinə maraq kifayət qədər yüksəkdir. Lakin bu maraq bəzən qanunsuz tikinti iddiaları ilə də gündəmə gəlir.

XALQ-a  daxil olan məlumata görə, qəsəbənin Maestro Niyazi küçəsində bir neçə gündür intensiv tikinti işləri aparılır. Sakinlərin  bildirdiyinə görə, tikinti aparılan ərazi əvvəllər meşə zolağı olub və yaşıllıq sahəsi kimi tanınıb. Hazırda isə hasarlanmış ərazidə həmin yaşıllıqdan demək olar ki, heç bir iz qalmayıb.

Sakinlərin sözlərinə görə, ərazidə sürətlə hansısa obyektin tikintisi aparılır. Tikinti işlərinin hansı əsasla həyata keçirildiyi, ərazinin təyinatının dəyişdirilib-dəyişdirilmədiyi və müvafiq icazələrin olub-olmadığı isə hələlik məlum deyil.

Ümumiyyətlə, son aylarda Sumqayıt ərazisində tikinti işlərinin kəskin artdığı müşahidə olunur. Bu məsələ ilə bağlı rayon icra hakimiyyətinə göndərilən sorğulara isə ya ümumiyyətlə cavab verilmir, ya da “araşdırma aparılacaq” kimi ümumi və qeyri-müəyyən cavablarla kifayətlənilir.

Bu isə yerli sakinlərdə narazılıq yaradır. Onların fikrincə, Sumqayıt  boş torpaq sahələrinin kütləvi şəkildə satılması və müxtəlif obyektlərə çevrilməsi prosesi sürətlə davam edir. Bu fonda rayon rəhbərliyinin mövqeyi də suallar doğurur.

Xüsusilə də Zakir Fərəcovun rəhbərlik etdiyi şəhər icra hakimiyyətinin bu proseslərə münasibətinin nə olduğu hələ də açıq qalır.

Məlumatlara görə, sözügedən ərazidə tikilən obyektin yerli iş adamlarından birinə məxsus olduğu iddia edilir. Lakin tikintinin qanuni əsaslarla aparılıb-aparılmadığı barədə rəsmi açıqlama verilməyib, və hansı məmur tərəfindən icazə verildiyi məammalıdır

Mövzu ilə bağlı daha ətraflı məlumat və görüntülər təqdim olunan videomaterialda yer alır.(Xalq.online)

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Badamdarda bu qanunsuz tikintiyə hansı şərtlərlə icazə verilib? Videofakt
Next: Səkinə Xudiyeva qanunsuz estetik əməliyyat etdi: Pasiyentin bədəni deformasiyaya uğrayıb…Video

OXŞAR MÖVZULAR

1778243000_media-1-g0fq5n (1)
  • ARAŞDIRMA
  • CƏMİYYƏT

Xəlil Göyüşov camış əti aşkarlanan “Ramin-Nur”un adını dəyişdi

admin 08.05.2026 0
1778245747_screenshot-2026-05-08-170709
  • CƏMİYYƏT
  • ÖLKƏ

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -Səyyar xidmət, yoxsa səyyar reklam?!+FOTOLAR

admin 08.05.2026 0
whatsapp-image-2026-05-07-at-150828-1
  • ARAŞDIRMA
  • CƏMİYYƏT

Ağcabədidə “7 Gözəl” şadlıq evində nöqsanlar aşkarlandı

admin 08.05.2026 0

SON YAZILAR

1778243000_media-1-g0fq5n (1)
ARAŞDIRMA CƏMİYYƏT

Xəlil Göyüşov camış əti aşkarlanan “Ramin-Nur”un adını dəyişdi

admin
08.05.2026 0
1778245747_screenshot-2026-05-08-170709
CƏMİYYƏT ÖLKƏ

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -Səyyar xidmət, yoxsa səyyar reklam?!+FOTOLAR

admin
08.05.2026 0
1778251197_screenshot-2026-05-08-183925
BAXIŞ BUCAĞI GÜNDƏM

Elmi-Tədqiqat Pediatriya İnstitutunda dövlət satınalmaları nəzarətsiz qalıb

admin
08.05.2026 0
pvo_raket_rocket_200311
DÜNYA

İran BƏƏ-yə zərbələr endirdi

admin
08.05.2026 0

Bütün yazılar

1778243000_media-1-g0fq5n (1)
  • ARAŞDIRMA
  • CƏMİYYƏT

Xəlil Göyüşov camış əti aşkarlanan “Ramin-Nur”un adını dəyişdi

admin 08.05.2026 0
1778245747_screenshot-2026-05-08-170709
  • CƏMİYYƏT
  • ÖLKƏ

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -Səyyar xidmət, yoxsa səyyar reklam?!+FOTOLAR

admin 08.05.2026 0
1778251197_screenshot-2026-05-08-183925
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Elmi-Tədqiqat Pediatriya İnstitutunda dövlət satınalmaları nəzarətsiz qalıb

admin 08.05.2026 0
pvo_raket_rocket_200311
  • DÜNYA

İran BƏƏ-yə zərbələr endirdi

admin 08.05.2026 0
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.