Skip to content
23.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Tanınmış tibb işçisi ŞOK FAKTLARI AÇIQLADI
  • CƏMİYYƏT

Tanınmış tibb işçisi ŞOK FAKTLARI AÇIQLADI

admin 07.03.2026
goussobe

Bura Nizami Tibb Mərkəzinin tabeliyindəki 7 saylı doğum evinin “Əməliyyatxanasıdır”. Yəni “Steril Zonası”dır. Şəkildəki mənzərə həqiqətən də müasir tibbi və sanitar normalarla ziddir…” “Dia-az” xəbər verir ki, bunu öz etiraz dolu müraciətində tanınmış tibb işçisi Benjamin Kərimov qeyd edib.

Tanınmış tibb işçisi ŞOK FAKTLARI AÇIQLADI

O daha sonra bildirir: “Cərrahi müdaxilə, xüsusilə də doğum kimi yüksək sterillik və təhlükəsizlik tələb edən bir mühitin bu vəziyyətdə olması xəstələr üçün birbaşa hospital infeksiyası riski yaradır. Burada bir çox absurd və qəbuledilməz hallar mövcuddur. Şəkildəki əsas antisanitar və qeyri-peşəkar detalları bir-bir qeyd edirəm:

1. Əməliyyatxana “hamam” deyil ki orada kafel, metlax, mərmər plitələri olsun. Kafel və metlaxların arasındakı tikişlər mikrobların, bakteriyaların, qan və digər bioloji mayelərin toplanması üçün ideal inkubatordur. Bu cür məsaməli və kəsikləri olan səthləri 100% dezinfeksiya etmək qeyri-mümkündür. Əməliyyatxana və Steril zonalarda asan yuyulan və antibakterial epoksid və ya xüsusi tibbi PVC (linoleum) örtüklərdən istifadə olunmalıdır. Toz və mikrob yığılmaması üçün divarlarla döşəmənin birləşməsi belə 90 dərəcəlik künclə deyil, oval şəkildə olmalıdır. Şəkildəki döşəmə isə həm də çox köhnəlib, çatlar və ləkələrlə doludur.
2. Əməliyyatxanada birbaşa çölə açılan pəncərənin olması qətiyyən yolverilməzdir. Çölə açılan pəncərə içəriyə toz, həşərat və xarici mühitdən gələn patogenlərin daxil olmasına birbaşa yoldur. Cərrahi otaqlar HEPA filtrləri ilə təchiz olunmuş xüsusi havalandırma sistemlərinə malik olmalıdır. Otaqda həmişə müsbət təzyiq yaradılmalıdır ki, qapı açılanda çöldəki, yəni dəhlizdəki çirkli hava içəri girməsin. Pəncərə olan yerdə bu aerodinamik balansı qorumaq mümkün deyil.
3. Digər Absurd və Təhlükəli Hallar:
Kabel Xaosu: Yerdə, birbaşa daşların üzərində uzanan çoxlu sayda açıq kabellər böyük problemdir. Onların altını və ətrafını təmizləmək olmur deyə, mikrob yuvasına çevrilirlər. Tibbi avadanlıqların naqilləri müasir klinikalarda asma sistemlərdən (tavan konsollarından) idarə olunmalıdır.
Paslı və Çirkli İnventar: Avadanlıqların altındakı dəmirlər, təkərləri olan masalar köhnə, çirkli və paslı görünür. Bu da steril sahə konsepsiyasına tam ziddir.
Tullantı və Əşyaların Yerləşimi: Qırmızı rəngli (böyük ehtimalla tibbi tullantı üçün nəzərdə tutulmuş) qutu açıq şəkildə steril zona olmalı yerdə, avadanlıqların və personalın ayağı altındadır. Zibil qutuları heç bir halda “Steril Zonada” (cərrahın, cərrahi masanın, steril alətlərin və açıq yaraya yaxın olan mərkəzi sahə) yerləşə bilməz. Qutular otağın künclərində, divara yaxın, yəni qeyri-steril zonada (dövriyyə zonasında) yerləşməlidir. Cərrah və ya steril tibb bacısı heç vaxt zibil qutusuna yaxınlaşmır və ona heç nə atmır. Tullantılar steril sahədən kənarlaşdırıldıqdan sonra yalnız otaqda sirkulyasiya edən, qeyri-steril tibb bacısı (circulating nurse) tərəfindən müvafiq qutulara atılmalıdır. Şəkildə aydın görünür ki zibil qutusu açıqdır. Əslində üzəri tam qapalı, yalnız ayaq pedalı və ya hərəkət sensoru ilə açılmalıdır. Əllə açılan qapaqlar kəskin şəkildə qadağandır.
Qısacası, bu mühitdə sterillikdən söhbət gedə bilməz və bura hər hansı bir cərrahi və ya ginekoloji prosedur üçün tam yararsızdır. Tək bura deyil əksər dövlət xəstəxanaları bu vəziyyətdədir. Bu mənzərə sadəcə təchizat və ya kadr məsələsi deyil, çox dərin institusional və idarəetmə patologiyasıdır. Səhiyyəyə milyardlar ayrılır, ən bahalı avadanlıqlar alınır, amma xəstəxana divarlarının arxasında hələ də orta əsrlərin idarəetmə zehniyyəti hökm sürür. Niyə?
Çünki sistem xəstəyə şəfa vermək üzərində deyil, vəzifələrin “tariflə” satıldığı, səriştəsizliyin hökm sürdüyü və resursların talan edildiyi bir “qara kassa” üzərində qurulub. Sistemin içində səssizcə əzilən o 10 faiz peşəkar həkimlərə pulla işə girən savadsız 90 faizi qorumaq üçün bütün ağır xəstələr, mürəkkəb növbələr yüklənir.
Məqalə fakt əsasında yazılıb. Növbəti yazıda bu böhran vəziyyətinin səbəblərini və həll yollarını təhlil edəcəm…”

(Dia-az)

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Uğurun İlk Addımı…  Sevgi və Əzmlə Qazanılan Birincilik 
Next: Nərimanovda tikinti özbaşınalığı: Vüqar Bağırova kim “dur” deyəcək?

OXŞAR MÖVZULAR

1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
1784171784_1
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT
  • GÜNDƏM

115 nömrəli məktəb Moskva univermağının yeni filialı elan edildi!!!

admin 16.07.2026
media-20b2cbbf-8335-4146-b7a6-192330ddbc3c-wu3xb8
  • CƏMİYYƏT
  • VİDEO

Bloklanmış “Instagram” hesabının bərpası ətrafında qalmaqal: Vətəndaşdan saxta qəbz iddiası – VİDEO

admin 16.07.2026

XƏBƏR LENTİ

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
Son günlər media və sosial şəbəkə platformalarında Gülbadə Abdullayevanın müvafiq sertifikasiya şəhadətnaməsi olmadan həkim kimi fəaliyyət göstərməsi,...
DAVAMI Read more about “UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama
Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL 1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
“AFB Bank” ASC bu ilin I yarısını 237 min manat mənfəətlə başa vurub. Bu, ötən ilin eyni...
DAVAMI Read more about Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL
Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
Milli Məclisin deputatı Razi Nurullayev və qardaşı Hasil Nurullayevin adının hallandığı şok maliyyə qalmaqalı. Laçındakı milyonluq layihələr...
DAVAMI Read more about Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO
“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb 1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
Birinci mərhələ çərçivəsində ixrac gömrük bəyannaməsinin “Bir pəncərə” informasiya sisteminə inteqrasiyası üzrə nəzərdə tutulmuş bütün funksional və...
DAVAMI Read more about “Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb
Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı gules_federasiyasi_1200_(2)
  • İDMAN

Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

admin 16.07.2026
27 iyul – 2 avqust tarixlərində Bakıda keçiriləcək güləş üzrə U17 dünya çempionatına qeydiyyat prosesi başa çatıb....
DAVAMI Read more about Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

Bütün yazılar

ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.