Skip to content
08.06.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • “Koordinat Construction” MMC tenderləri niyə elə bir mənbədən “udur” – Zaur Mikayılov bilər…
  • CƏMİYYƏT
  • GÜNDƏM

“Koordinat Construction” MMC tenderləri niyə elə bir mənbədən “udur” – Zaur Mikayılov bilər…

admin 04.03.2026
zaur

Hesablama Palatasının sədri Vüqar Gülməmmədov “Dövlət satınalmalarının təşkili və bu sahə üzrə əsas audit nəticələri” mövzusunda fevral ayının 27-də keçirilən seminarda deyib ki, “elektron satınalmaların tətbiqi və prosedurların rəqəmsallaşdırılması şəffaflığın artırılmasına xidmət etsə də, bu, səmərəsizlik risklərini tam aradan qaldırmır: “Bəzən problemlər məhz satınalan təşkilatların fəaliyyəti nəticəsində yaranır. Satınalma şərtləri dəyişdirilə, rəqabət formal xarakter daşıya bilər. Auditlər zamanı ehtiyacın düzgün müəyyən edilməməsi, ehtimal olunan qiymətin düzgün hesablanmaması, bir mənbədən satınalma metoduna üstünlük verilməsi və müqavilə şərtlərinin icra dövründə dəyişdirilməsi halları aşkarlanıb”.

Sədr vurğulayıb ki, dövlət satınalmalarının mühüm hissəsinin müsabiqəsiz qaydada həyata keçirilməsi rəqabət mühitinə və büdcə vəsaitlərinin səmərəli istifadəsinə mənfi təsir göstərir: “Şəffaflıq və rəqabət mühitinin gücləndirilməsi bu sahədə əsas prioritet olaraq qalır”.

Hesab edirik ki, bunun Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin “Regional Su Meliorasiya” Qapalı Səhmdar Cəmiyyətinə tabeli qurumlara o qədər da aidiyyatı yoxdür. Çünki bu qurumların əksəriyyəti bir mənbədən satınalma metoduna üstünlük verirlər ki, burada şəffaflıq və rəqabət mühitindən heç bir söhbət gedə bilməz.

Bunn üçün “Regional Su Meliorasiya” Qapalı Səhmdar Cəmiyyətinə tabeli bəzi qurumların bir mənbədən satınalma metodu tətbiq etməklə “Koordinat Construction” MMC ilə bağladığı satınalma müqavilələrinə nəzər salmaq kifayət edər.

Bərdə Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən 20 ədəd subartezian quyusunun əsaslı təmiri (2025-ci il ) üzrə 660.000 manat məbləğində satınalma müqaviləsi 18.02.2026-cı ildə bağlanılıb.

Qəbələ Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən 3 ədəd Subartezian quyusunun əsaslı təmiri üzrə 99.000 manat məbləğində satınalma müqaviləsi 25.12.2025-ci ildə bağlanılıb.

Balakən Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən reper 01-14-14s nömrəli subartezian quyusunun əsaslı təmiri üzrə 18.200 manat məbləğində satınalma müqaviləsi 19.12.2025-ci ildə bağlanılıb.

Zaqatala Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən Zaqatala rayonu Mamrux kəndində 24/179 reper nömrəli subartezian quyusunun əsaslı təmiri işləri üzrə 20.000 manat məbləğində satınalma müqaviləsi 05.08.2025-ci ildə bağlanılıb.

Oğuz Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən Zərrab kəndi ərazisində yerləşən 21/U-22 reper nömrəli və Ərmənət kəndi ərazisində yerləşən 21/E-15 reper nömrəli subartezian quyularının əsaslı təmiri işləri üzrə 60.000 manat məbləğində satınalma müqaviləsi 21.07.2025-ci ildə bağlanılıb.

Şəki Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən Şəki rayonu Şirinbulaq kəndi ərazisində yerləşən 3 və Nəsirabad qəsəbəsi ərazisində yerləşən 22/E4 reper nömrəli subartezian quyularının əsaslı təmiri işləri üzrə 60.000 manat məbləğində satınalma müqaviləsi 11.07.2025-ci ildə bağlanılıb.

Qax Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən Qax rayon Əmbərçay kəndi ərazisində yerləşən 29/107 reper n li suartezian quyusunun əsaslı təmiri üzrə 30.000 manat məbləğində satınalma müqaviləsi 25.06.2025-ci ildə bağlanılıb.

Bərdə Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən “Hacallı 08/768, Həsənqaya 08/727, Alaçadırlı 08/521, İmamqulubəyli 08/594, Dəymədağlı 08/25, 08/878, Şərəfli 08/888, Əmirli 08/773, 08/406, 08/336, 08/235, Piyadalar 08/P2, Qazaxlar 08/383, Soğanverdilər 08/533, 08/792, Şahvəlilər 08/456, 08/360, Xanərəb, 08/X-1, 08/979, 08/601 (cəmi 20 ədəd) subartezian quyularının əsaslı təmiri” işləri üzrə 659.999,96 manat məbləğində satınalma müqaviləsi 29.10.2024-cü ildə bağlanılıb.

Şəmkir Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən 14 ədəd subartezian quyularının iş rejiminin bərpası (yeni quyu kolonunun qazılması, elektrik təsərrüfatının təmiri, su sayğacının quraşdırılması və abadlıq işləri) işləri üzrə 489.983,2 manat məbləğində satınalma müqaviləsi 17.10.2024-cü ildə bağlanılıb.

Göründüyü kimi “Regional Su Meliorasiya” Qapalı Səhmdar Cəmiyyətinə tabeli yuxarıda adları çəkilən qurumlar 2024-cü ilin oktyabrından 2026-ci ilin fefral ayına bir mənbədən satınalma metodu tətbiq etməklə 9 satınalma müqaviləsi bağlayıblar. Bu müqavilələrin ümumi dəyəri 2 097 182 manat təşkil edib.

İndi gəlin açıq mənbələrdə ancaq bir mənbədən satınalma metodu ilə fəaliyyət göstərən “Koordinat Construction” MMC barədə nə kimi məlumatlar var.

Rəsmi, Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “KOORDİNAT CONSTRUKTİON” (VÖEN: 2907216011) Məhdud Məsuliyyətli Cəmiyyətinin 07.09.2023-cü il tarixdə 2 saylı Ərazi Vergilər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 2o manat olan MMC-nin hüquqi ünvanının, SUMQAYIT ŞƏHƏRİ, MƏH 19, ev 136/A, m. 20, qanuni təmsilçisi kimi isə Abasov Şənlik Fəxrəddin oğlu qeyd olunub.

“Lisenziyalar və İcazələr haqqında” Azərbaycan Respublikası Qanununun 8.1 maddəsinə uygun olaraq İqtisadiyyat Nazirliyi tərəfindən aparılan lisenziyaların və icazələrin vahid reyestrində yerləşdirilmiş məlumatlara görə MMC-yə tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işləri üzrə lisenziya 08.05.2025-ci ildə verilib.

Yəni bu o deməkdir ki, “Koordinat Construction” MMC Bərdə və Şəmkir Su Meliorasiya Sistemlərinin İstismarı İdarələri tərəfindən keçirilmiş satınalmalada lisenziyası olmadan qatılıb və ümüumi dəyəri 1 149 982 manat olan iki tender əldə edib.

Bundan əlavə xatırlatmaq istərdik ki, bir mənbədən satınalma metodu “Dövlət Satınalmaları Haqqında” Qanunun 49-cu maddəsinə görə yalnız bu hallarda tətbiq edilə bilər: satınalma predmeti yalnız hər hansı konkret təchizatçıda olduqda və ya hər hansı konkret təchizatçı həmin satınalma predmeti üzərində xüsusi hüquqlara malik olduqda və satınalma predmetinin əvəzedicisi və alternativi olmadıqda; satınalma predmetinə təcili tələbat yarandıqda.

Hesablama Palatasının sədri Vüqar Gülməmmədov da deyir ki, dövlət satınalmalarının mühüm hissəsinin müsabiqəsiz qaydada həyata keçirilməsi rəqabət mühitinə və büdcə vəsaitlərinin səmərəli istifadəsinə mənfi təsir göstərir.

Zənnimizcə Vüqar Gülməmmədov bir neçə sual da Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılova və “Regional Su Meliorasiya” Qapalı Səhmdar Cəmiyyətinə hələlik rəhbərlik edən Zakir Quliyevə ünvanlasa yaxşı olardı. “Koordinat Construction” MMC ilə bir mənbədən satınalma metodu ilə bağlanan müqavilələrdə şəffaflıq və rəqabət mühiti varmı? Sözügedən MMC niyə elə ancaq bir mənbədən satınalma metodu ilə keçirilən satınalmalarda qalib çıxır?

Bu MMC-nin arxasında kim durur? Müvafiq sahədə peşəkarlığı, ixtisas göstəriciləri, maddi-texniki bazası və işçi qüvvəsi şübhə doğuran bu şirkətin arxasında ya Zaur Mikayılov, ya da Zakir Quliyev durmasa heç dövlət satınalmalarına yaxın düşə bilməz. Nəinki, daim bir mənbədən satınalma metodu ilə “qalib” olar.

(Aktualinfo.net)

Əlaqə whatsapp:+994 70 603 73 77
Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Nazir Kəmaləddin Heydərov övladlarına məxsus 4-cü obyektin də istismarına icazə verdi
Next: Trampdan müjdə: Təbrizin istəmədiyi layihəni rədd etdi

OXŞAR MÖVZULAR

img-20260607-wa0007
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Şantaj və hədə-qorxu iddiaları ilə gündəmə gələn İfadə Cəfərzadə və Pərvin Abışova ilə bağlı yeni açıqlamalar verildi

admin 07.06.2026
1780638995_17551125641751480099inshot_20250702_221153178_1_1780602953
  • CƏMİYYƏT
  • ÖLKƏ

Nazirlikdən multimilyonluq laboratoriya tenderi – TƏFƏRRÜAT

admin 05.06.2026
1780661934_screenshot-2026-06-05-161752
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Eldar Mahmudovun oğlunun evsiz qoymaq istədiyi ailələr… – Ali Məhkəməyə üz tutdu

admin 05.06.2026

XƏBƏR LENTİ

Şantaj və hədə-qorxu iddiaları ilə gündəmə gələn İfadə Cəfərzadə və Pərvin Abışova ilə bağlı yeni açıqlamalar verildi img-20260607-wa0007
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Şantaj və hədə-qorxu iddiaları ilə gündəmə gələn İfadə Cəfərzadə və Pərvin Abışova ilə bağlı yeni açıqlamalar verildi

admin 07.06.2026
Bir müddətdir Azərbaycan mediasının gündəmindən düşməyən hədə-qorxu ilə tələb etmə və şantaj iddiaları ilə bağlı İfadə Cəfərzadə...
DAVAMI Read more about Şantaj və hədə-qorxu iddiaları ilə gündəmə gələn İfadə Cəfərzadə və Pərvin Abışova ilə bağlı yeni açıqlamalar verildi
Bakıxanovda yaşayış binasında yanğın söndürüldü yanqin
  • HADİSƏ

Bakıxanovda yaşayış binasında yanğın söndürüldü

admin 05.06.2026
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən çoxmərtəbəli yaşayış binasında...
DAVAMI Read more about Bakıxanovda yaşayış binasında yanğın söndürüldü
Macarıstan Gürcüstan və Ermənistan vətəndaşlarına iş vizalarının verilməsini dayandırdı hungarian_flag_economy_hucon_final-scaled
  • DÜNYA

Macarıstan Gürcüstan və Ermənistan vətəndaşlarına iş vizalarının verilməsini dayandırdı

admin 05.06.2026
Macarıstan hökuməti bu gündən etibarən Filippin, Gürcüstan və Ermənistan vətəndaşlarına iş vizalarının verilməsini dayandırıb. O bildirib ki,...
DAVAMI Read more about Macarıstan Gürcüstan və Ermənistan vətəndaşlarına iş vizalarının verilməsini dayandırdı
Rusiyada çayda qayıq aşıb, ölən və yaralananlar var 1780668747_screenshot-2026-06-05-180827
  • DÜNYA

Rusiyada çayda qayıq aşıb, ölən və yaralananlar var

admin 05.06.2026
Rusiya Federasiyasının Xantı-Mansi Muxtar Dairəsində içərisində səkkiz sərnişinin olduğu qayıq Ob çayında aşıb. Bu barədə İstintaq Komitəsinin...
DAVAMI Read more about Rusiyada çayda qayıq aşıb, ölən və yaralananlar var
Ağdamın başçısından 300 minlik tender: eyni prospekti təkrar malalayır – TƏFƏRRÜAT 1780669202_d1bf69195e_001
  • ÖLKƏ

Ağdamın başçısından 300 minlik tender: eyni prospekti təkrar malalayır – TƏFƏRRÜAT

admin 05.06.2026
Ağdam rayon Quzanlı qəsəbəsinin Heydər Əliyev prospektində yolların əsaslı təmiri üçün tender elan olunub. “Real Azərbaycan” bildirir...
DAVAMI Read more about Ağdamın başçısından 300 minlik tender: eyni prospekti təkrar malalayır – TƏFƏRRÜAT

Bütün yazılar

img-20260607-wa0007
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Şantaj və hədə-qorxu iddiaları ilə gündəmə gələn İfadə Cəfərzadə və Pərvin Abışova ilə bağlı yeni açıqlamalar verildi

admin 07.06.2026
yanqin
  • HADİSƏ

Bakıxanovda yaşayış binasında yanğın söndürüldü

admin 05.06.2026
hungarian_flag_economy_hucon_final-scaled
  • DÜNYA

Macarıstan Gürcüstan və Ermənistan vətəndaşlarına iş vizalarının verilməsini dayandırdı

admin 05.06.2026
1780668747_screenshot-2026-06-05-180827
  • DÜNYA

Rusiyada çayda qayıq aşıb, ölən və yaralananlar var

admin 05.06.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.