Skip to content
23.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • “Adda Dental” klinikasından şikayət: Həkim səhlənkarlığı baş verib?
  • CƏMİYYƏT

“Adda Dental” klinikasından şikayət: Həkim səhlənkarlığı baş verib?

admin 28.02.2026
dental

Müalicə üçün həkimə aparıldı, ağzını bağlaya bilmir .

Gülnar Abdullayeva bildirir ki, 12 iyul 2025-ci il tarixində “Adda Dental” klinikasında övladına üst çənə darlığı diaqnozu ilə ortodontik plastinka yerləşdirilib. Lakin bir müddət sonra uşağın sağlamlığında ciddi problemlər yaranıb. Valideyn bildirib ki, qızının dörd il ərzində müalicəsini aparan həkim Nərmin Süleymanovanın təyinatı əsasında plastinkanın qoyulması üçün sözügedən klinikaya müraciət ediblər və prosedur həyata keçirilib. Təxminən iki həftə sonra plastinkada sementin qopması ilə bağlı yenidən həkimə müraciət olunub: “Nərmin xanım ölkə xaricində olduğunu deyərək klinikaya yaxınlaşmağımızı və orada bizi başqa bir həkimin qəbul edəcəyini dedi. Orada bizi Səadət Əliyeva adlı həkim qarşıladı. Sonradan onun ortodont olmadığını öyrəndik. Qızımın dişində problem yarandı. Rəydə qeyd olunub ki, problem pasiyentin ehtiyatsızlığı səbəbindən qidalanma zamanı baş verib. Bu dişlər hansı qida vasitəsilə yuxarı qalxa bilər?!”. Şikayətçinin sözlərinə görə, 18 fevral 2026-cı il tarixində Binəqədi Rayon Məhkəməsi ilkin tibbi ekspertiza rəyini və Prokurorluğun qərarını ləğv edib, iş üzrə təkrar ekspertizanın keçirilməsi barədə qərar qəbul edib. Valideyn bildirib ki, əsas istəkləri növbəti rəyin ədalətli və qərəzsiz şəkildə verilməsi, həkimin mümkün səhlənkarlığının ört-basdır edilməməsidir. Məsələ ilə bağlı Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən qeyd olunub ki, səlahiyyətləri çərçivəsində klinikanın lisenziyası, həkimin sertifikatı və tibbi fəaliyyət üçün zəruri digər sənədlərin mövcudluğu araşdırılacaq və nəticə barədə şikayətçiyə məlumat veriləcək. Əlavə olunub ki, vətəndaşın rəsmi müraciəti 25 fevral tarixində Analitik Ekspertiza Mərkəzinə daxil olub və hazırda icradadır. Hazırda iş üzrə məhkəmə araşdırması aparıldığı və məhkəmə qərarı ilə təkrar məhkəmə-tibbi ekspertizasının təyin edildiyi nəzərə alınaraq tibbi xidmətin keyfiyyətinin qiymətləndirilməsi, ekspertiza rəyinin əsaslılığı və konkret tibb işçilərinin peşə fəaliyyətinə hüquqi qiymətin verilməsi ilə bağlı əlavə şərh verilməsi məqsədəuyğun hesab edilmir. Baku TV

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: BİZİM TƏQVİM:28 fevralda baş vermiş tarixi hadisələr
Next: İsrail İrana zərbələr endirdi – Katz açıqladı

OXŞAR MÖVZULAR

1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
1784171784_1
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT
  • GÜNDƏM

115 nömrəli məktəb Moskva univermağının yeni filialı elan edildi!!!

admin 16.07.2026
media-20b2cbbf-8335-4146-b7a6-192330ddbc3c-wu3xb8
  • CƏMİYYƏT
  • VİDEO

Bloklanmış “Instagram” hesabının bərpası ətrafında qalmaqal: Vətəndaşdan saxta qəbz iddiası – VİDEO

admin 16.07.2026

XƏBƏR LENTİ

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
Son günlər media və sosial şəbəkə platformalarında Gülbadə Abdullayevanın müvafiq sertifikasiya şəhadətnaməsi olmadan həkim kimi fəaliyyət göstərməsi,...
DAVAMI Read more about “UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama
Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL 1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
“AFB Bank” ASC bu ilin I yarısını 237 min manat mənfəətlə başa vurub. Bu, ötən ilin eyni...
DAVAMI Read more about Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL
Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
Milli Məclisin deputatı Razi Nurullayev və qardaşı Hasil Nurullayevin adının hallandığı şok maliyyə qalmaqalı. Laçındakı milyonluq layihələr...
DAVAMI Read more about Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO
“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb 1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
Birinci mərhələ çərçivəsində ixrac gömrük bəyannaməsinin “Bir pəncərə” informasiya sisteminə inteqrasiyası üzrə nəzərdə tutulmuş bütün funksional və...
DAVAMI Read more about “Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb
Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı gules_federasiyasi_1200_(2)
  • İDMAN

Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

admin 16.07.2026
27 iyul – 2 avqust tarixlərində Bakıda keçiriləcək güləş üzrə U17 dünya çempionatına qeydiyyat prosesi başa çatıb....
DAVAMI Read more about Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

Bütün yazılar

ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.