Skip to content
23.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Azərbaycanda yeni “xidmət”: “Qurbağalar dalaşanda ayırırıq” – VİDEO
  • CƏMİYYƏT

Azərbaycanda yeni “xidmət”: “Qurbağalar dalaşanda ayırırıq” – VİDEO

admin 28.02.2026
zıbıllık

Ağcabədi rayonunda kanallara nəzarət üçün təhkim olunduğu bildirilən qadın əməkdaşlar iş şəraitindən narazı olduqlarını qeyd ediblər.

Oxu.Az xəbər verir ki, bununla bağlı videogörüntü sosial şəbəkələrdə yayılıb.

VİDEO LİNKDƏ:https://baku.tv/dunyaa/agcebedide-kanala-nezaret-etmeli-xanimlar-islerinden-sikayetci-oldular-246960

İddialara görə, kanalda su olmadığı halda belə, əməkdaşlardan səhər saat 09:00-dan axşam saat 18:00-dək kanal kənarında dayanmaq və hər iki saatdan bir videogörüntü çəkərək aidiyyəti quruma göndərmək tələb olunur.

“Vəzifəm hidrotexniki qurğulara nəzarətdir, əvəzində zibilə, qamışlara baxırıq, qurbağalar dalaşanda ayırırıq”, – deyə qadın əməkdaşlardan biri gileylənir.

Məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) verilən məlumatda videoda yer alan şəxslərin qurumun əməkdaşları olduqları təsdiqlənib.

Qeyd olunub ki, görüntünü çəkən şəxs də ADSEA-nın əməkdaşı olub və işə gəlmədiyi üçün işdən azad edilib.

Qurumdan verilən məlumata görə, videoda görünən qadınlar hidrotexnika mühəndisidirlər və onların əsas vəzifələri kanallarda suyun səviyyəsinə nəzarət etməkdir. Bildirilib ki, rayonlarda bu cür ştatlar mövcuddur və əməkdaşlar suyun səviyyəsini, həmçinin suyun verilməsini izləməlidirlər:

“Əməkdaşların kilometrlərlə məsafə qət edərək kanallar boyunca gəzməsi tələb olunmur, onlar adətən yaşadıqları əraziyə yaxın sahələr üzrə müşahidəçi kimi təyin edilirlər. Sözügedən əməkdaşlar iş görməkdən imtina etdikləri üçün qəsdən kanal kənarında dayanaraq video çəkiblər. Məqsədləri isə işə gəlmədən əməkhaqqı almağa nail olmaq olmaqdır”.

Qurumun məlumatında o da vurğulanıb ki, heç bir əməkdaşa gün ərzində kanal kənarında dayanaraq mütəmadi videogörüntü göndərmək tapşırığı verilməyib.

“Əsas tələb onların məsul olduqları ərazilərdə kanalların vəziyyətinə nəzarət etmək, mümkün problemlər barədə məlumat verməkdir. Əməkdaşlar işləmək istəmədikləri halda, qanunvericiliyə uyğun olaraq ərizə ilə işdən ayrılmalıdırlar. Əks halda isə üzərilərinə düşən vəzifələri yerinə yetirməlidirlər”, – deyə məlumatda qeyd olunub.(Oxu.Az)
Əzizə İsmayılova

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Pul daşıyan təyyarə qəzaya uğradı: 15 ölü, 12 yaralı
Next: BİZİM TƏQVİM:28 fevralda baş vermiş tarixi hadisələr

OXŞAR MÖVZULAR

1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
1784171784_1
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT
  • GÜNDƏM

115 nömrəli məktəb Moskva univermağının yeni filialı elan edildi!!!

admin 16.07.2026
media-20b2cbbf-8335-4146-b7a6-192330ddbc3c-wu3xb8
  • CƏMİYYƏT
  • VİDEO

Bloklanmış “Instagram” hesabının bərpası ətrafında qalmaqal: Vətəndaşdan saxta qəbz iddiası – VİDEO

admin 16.07.2026

XƏBƏR LENTİ

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
Son günlər media və sosial şəbəkə platformalarında Gülbadə Abdullayevanın müvafiq sertifikasiya şəhadətnaməsi olmadan həkim kimi fəaliyyət göstərməsi,...
DAVAMI Read more about “UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama
Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL 1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
“AFB Bank” ASC bu ilin I yarısını 237 min manat mənfəətlə başa vurub. Bu, ötən ilin eyni...
DAVAMI Read more about Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL
Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
Milli Məclisin deputatı Razi Nurullayev və qardaşı Hasil Nurullayevin adının hallandığı şok maliyyə qalmaqalı. Laçındakı milyonluq layihələr...
DAVAMI Read more about Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO
“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb 1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
Birinci mərhələ çərçivəsində ixrac gömrük bəyannaməsinin “Bir pəncərə” informasiya sisteminə inteqrasiyası üzrə nəzərdə tutulmuş bütün funksional və...
DAVAMI Read more about “Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb
Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı gules_federasiyasi_1200_(2)
  • İDMAN

Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

admin 16.07.2026
27 iyul – 2 avqust tarixlərində Bakıda keçiriləcək güləş üzrə U17 dünya çempionatına qeydiyyat prosesi başa çatıb....
DAVAMI Read more about Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

Bütün yazılar

ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.