Skip to content
24.04.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Saleh Məmmədovun bağında fövqəl-toplantı – “ƏLİNİZİ DAŞIN ALTINA QOYMASANIZ”, HƏBSƏ GEDİRSİNİZ!
  • CƏMİYYƏT

Saleh Məmmədovun bağında fövqəl-toplantı – “ƏLİNİZİ DAŞIN ALTINA QOYMASANIZ”, HƏBSƏ GEDİRSİNİZ!

admin 27.02.2026
salehtık

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA )İdarə Heyətinin sədri Saleh Məmmədovun tutduğu vəzifədən kənarlaşdırılmasından sonra bu qurumda maliyyə pozuntularının üzə çıxmasına dair məlumatlar yayılıb.

Bununla bağlı məlumatlarda bildirilir ki, Saleh Məmmədovun özü və komandası yüz milyonlarla büdcə vəsaitini talan etdiyi üçün məsuliyyətə cəlb olunacaq.

Bu arada yaranmış situasiya ilə bağlı Gununsesi.info-ya sensasion məlumat daxil olub.

Həmin məlumatda Saleh Məmmədovun bağ evində respublikanın müxtəlif bölgələrini əhatə edən xüsusi yol istismar idarələrinin rəisləri ilə toplantı keçirdiyi deyilir.

Həmin iclasda iştirak edən şəxslərdən birinin Gununsesi.info-ya verdiyi məlumata görə, Saleh Məmmədov, öz komandası hesab etdiyi həmin şəxslərə yaranmış vəziyyətdən çıxmağı təklif edib.

O, bildirib ki, yoxlamalar zamanı ortaya çıxan vəsait büdcəyə qaytarılmasa, hamını həbs gözləyir.

“Mən özüm vəziyyətdən birtəhər çıxacağam, siz əlinizi daşın altına qoymasanız, hamınız həbsə gedəcəksiniz” deyə Saleh Məmmədov onlara xəbərdarlıq edərək, zərəri bağlamağı tələb edib.

Məlumatda keçmiş sədrin bağına toplaşan şəxslərdən bəzilərinin kimliyi redaksiyamıza bəlli olub.

Bunlar Şükür Astanov, Məzahir Səlimov , İlham Əzimov, Zahid Nuriyev, Arif Abbasov, Nizami Çıraqov, Məhəmməd Musayev və başqalarıdır.

Qeyd edək ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) regional idarələri ölkənin müxtəlif bölgələrində avtomobil yollarının, körpülərin və digər qurğuların tikintisi, təmiri və saxlanılması işlərini həyata keçirir.(Gununsesi.info)

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: BDU tələbələrinin fotolarını yayan şəxs həbs edildi
Next: LDU-nun yarımtikilisini 369 min manata təmir edən sirli şirkət – TƏFƏRRÜAT

OXŞAR MÖVZULAR

1776950841_ekran-kli-2026-04-23-172049
  • CƏMİYYƏT

Natiq İbrahimov yenidən Lənkəran Dövlət Universitetinin rektoru təyin edilib

admin 23.04.2026 0
whatsapp_image_2026-04-23_at_10.46.37
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT

Bakının mərkəzində dilənçilər sürücülərə aman vermir – FOTO/YENİLƏNDİ

admin 23.04.2026 0
1776920568_media-baba-ocm6xk_edited
  • CƏMİYYƏT
  • ÖLKƏ

Baba Rzayevin fəaliyyətində ciddi pozuntular: Səmərəsiz xərclər…..

admin 23.04.2026 0

SON YAZILAR

1776945492_1
ARAŞDIRMA GÜNDƏM

Dövlət Xidmətinin 4 rayonunda rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb – TƏFƏRRÜAT

admin
23.04.2026 0
1776948902_ekran-kli-2026-04-23-165137
DÜNYA

ABŞ İran nefti daşıyan tankeri ələ keçirib

admin
23.04.2026 0
1776950128_ekran-shekli-2026-04-23-171421
ÖLKƏ

Aydın Əliyev öz “media keçmişini” niyə “təmizlədib”? – NƏ BAŞ VERİR?

admin
23.04.2026 0
1776950841_ekran-kli-2026-04-23-172049
CƏMİYYƏT

Natiq İbrahimov yenidən Lənkəran Dövlət Universitetinin rektoru təyin edilib

admin
23.04.2026 0

Bütün yazılar

1776945492_1
  • ARAŞDIRMA
  • GÜNDƏM

Dövlət Xidmətinin 4 rayonunda rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb – TƏFƏRRÜAT

admin 23.04.2026 0
1776948902_ekran-kli-2026-04-23-165137
  • DÜNYA

ABŞ İran nefti daşıyan tankeri ələ keçirib

admin 23.04.2026 0
1776950128_ekran-shekli-2026-04-23-171421
  • ÖLKƏ

Aydın Əliyev öz “media keçmişini” niyə “təmizlədib”? – NƏ BAŞ VERİR?

admin 23.04.2026 0
1776950841_ekran-kli-2026-04-23-172049
  • CƏMİYYƏT

Natiq İbrahimov yenidən Lənkəran Dövlət Universitetinin rektoru təyin edilib

admin 23.04.2026 0
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.