Skip to content
23.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Xankəndidəki abidədə türk simvolu
  • MƏDƏNİYYƏT

Xankəndidəki abidədə türk simvolu

admin 23.02.2026
xankendi-abide

Xankəndidə “Biz və bizim dağlar” heykəlinin müəllifi Sərkis Baqdasaryandır. İtaliyada keçirilən sərgidə bu formada abidə görür və diasporun təklifi ilə eynisini yaratmaq qərarına gəlir. Baqrat Ulubabyan, Zori Balayan və bir neçə o dövrün erməni nümayəndələri ilə məsləhətlər edilir.

Abidə qırmızı tufdan istifadə edilərək tikilib. Ermənilər işğal etdikləri ərazilərimizdə olan qədim abidələri saxtalaşdırarkən də qırmızı tufdan, xaç daşlardan istifadə edirdilər. Onlar elə hesab edirlər ki, bu xaç daşlar ancaq ermənilərə məxsusdur. Tamamilə yanlışdır. Çünki erməni memarlığında qırmızı tufdan istifadə edilməyib.

Qırmızı tufun “erməni memarlığı” kimi qələmə verilməsi əslində böyük bir təbliğatdır. Ciddi alimlər də təsdiq edirlər ki, Qafqaz regionunda Naxçıvanın qədim memarlıq nümunələrində, qala divarlarında və türbələrində vulkanik daşlar, o cümlədən tuf geniş istifadə olunub. Naxçıvan isə qədim bir coğrafi ərazi olduğu üçün ondan öncə bu regionda olan qədim xalqlar qırmızı və boz tufdan istifadə ediblər. Ermənilər Rusiyanın dəstəyi ilə bu ərazilərə köçürüldükcə və sayları artdıqca yerli mədəniyyətə məxsus qədimlikləri oğurlayıblar və hələ də buna davam edirlər.

Erməni memar bu tikilini yaradan zaman qədim türklərə məxsus simvolları da oğurlayaraq öz adlarına çıxıb. Şəkildəki simvolun demək olar ki, eynisinə Səlcuq türklərinin memarlığında “Çərxi-fələk” adı ilə rast gəlirik.

Səlcuqlar bu naxışı daş üzərində böyük ustalıqla işləyirdilər. Ermənilər isə həyasızcasına bunu “Arevaxaç” (Günəş xaçı) adlandırıb özününküləşdirməyə çalışırlar.

Qədim türklər və onlarla əlaqəsi olan digər şərq xalqları bu simvolun sonsuzluğu, əbədi hərəkəti və həyatın dövranını təmsil etdiyinə inandırdılar. Bu simvolu min illər əvvəl, hələ xalqların müasir adları formalaşmamışdan qabaq Mesopotamiya, Misir, Hindistan və hətta qədim Avropa xalqlarında da görə bilərik. Bir az xırda fərqlərlə də olsa, hamısında oxşar məna var idi.

Bu simvol tanrıçılıq/tenqriçilik inancında kainatın dörd tərəfini, fəsillərin dəyişməsini və ruhun əbədi dövranını bildirirdi. Səmavi dinlərdən öncəki memarlıq abidələrində bu işarəyə çox rast gəlinir.

Ermənilər isə sadəcə özlərini xristian kimi təqdim etmək üçün qədim türk və Şərq xalqlarının rəmzlərini götürüb xaçlarla birləşdiriblər.

Qafqaz Albaniyası məbədlərinə baxsanız, orada da buna bənzər yüzlərlə həndəsi naxış, günəş diski və əbədiyyət işarəsi görərsiniz. Ermənilərin izi-tozu bu torpaqlarda olmayanda bu simvollar yerli xalqların istifadəsində idi. 8 qollu quruluş isə bugünün özündə də Azərbaycanın istifadə etdiyi simvoldur.

Daşın teksturası ilə simvolun oyulma dərinliyi göstərir ki, hətta bu, əvvəldən orda olmayıb, bərpa adı altında sonradan ermənilər bunu ora əlavə ediblər.

Son olaraq qeyd edim ki, abidə Azərbaycan SSR büdcəsindən ayrılmış vəsait hesabına yaradılmışdır.

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Əliyev Trampın təklifini buna görə qəbul etdi – Rusiyadan baxış
Next: İnanılmaz: Azərbaycan futbolunda bu da oldu…

OXŞAR MÖVZULAR

flora
  • MƏDƏNİYYƏT

Flora Kərimovanın müalicəsi ev şəraitində davam edir

admin 14.07.2026
16136298243451511813_1200x630
  • MƏDƏNİYYƏT

Nəriman Həsənzadənin səhhəti ilə bağlı xəstəxana məlumat yaydı

admin 13.07.2026
9b1df91d385a18c66bc18e05189ee836
  • MƏDƏNİYYƏT

“Söyüş və qarğış silməkdən yorulmuşam”- İlkin Misgərli autizmli uşaqla görüşəcək

admin 09.07.2026

XƏBƏR LENTİ

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
Son günlər media və sosial şəbəkə platformalarında Gülbadə Abdullayevanın müvafiq sertifikasiya şəhadətnaməsi olmadan həkim kimi fəaliyyət göstərməsi,...
DAVAMI Read more about “UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama
Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL 1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
“AFB Bank” ASC bu ilin I yarısını 237 min manat mənfəətlə başa vurub. Bu, ötən ilin eyni...
DAVAMI Read more about Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL
Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
Milli Məclisin deputatı Razi Nurullayev və qardaşı Hasil Nurullayevin adının hallandığı şok maliyyə qalmaqalı. Laçındakı milyonluq layihələr...
DAVAMI Read more about Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO
“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb 1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
Birinci mərhələ çərçivəsində ixrac gömrük bəyannaməsinin “Bir pəncərə” informasiya sisteminə inteqrasiyası üzrə nəzərdə tutulmuş bütün funksional və...
DAVAMI Read more about “Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb
Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı gules_federasiyasi_1200_(2)
  • İDMAN

Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

admin 16.07.2026
27 iyul – 2 avqust tarixlərində Bakıda keçiriləcək güləş üzrə U17 dünya çempionatına qeydiyyat prosesi başa çatıb....
DAVAMI Read more about Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

Bütün yazılar

ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.