Skip to content
24.04.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • “Halal Nemət 1000 Bərəkət”in sosiskasından tük çıxdı – VİDEO-FOTO
  • CƏMİYYƏT

“Halal Nemət 1000 Bərəkət”in sosiskasından tük çıxdı – VİDEO-FOTO

admin 10.02.2026
halal-nemetttt

“Halal Nemət 1000 Bərəkət”ə məxsus Manqalüstü sosiska məhsulundan tük çıxması ilə bağlı sosial şəbəkələrdə videofakt yayılıb.

Bizimesr.az bildirir ki, videoda məhsulun içindən tükçıxdığı açıq şəkildə görünür və bu hal ictimaiyyətdə ciddi narahatlıq doğurub.

Qeyd edək ki, son aylarda kolbasa və sosiska məhsulları ilə bağlı sağlamlığa zərər vura biləcək oxşar hallar barədə istehlakçı şikayətləri artmaqdadır. Bu şikayətlər əsasən məhsullardan yad cisimlərin çıxması, keyfiyyətin aşağı düşməsi və gigiyenik normalara əməl olunmaması iddiaları ilə bağlıdır.

“Halal Nemət 1000 Bərəkət” Azərbaycanda ət və ət məhsulları istehsalı sahəsində ən böyük müəssisələrdən biri hesab olunur. Belə iri istehsalçıya məxsus məhsuldan tük çıxması isə ya istehsal prosesində diqqətsizlik, ya da sanitar-gigiyenik qaydalara lazımi səviyyədə əməl edilməməsi ehtimalını gündəmə gətirir.

Mütəxəssislərin fikrincə, bu cür hallar istehsal müəssisələrində gigiyenik vasitələrdən istifadənin azalması, əməkdaşların sanitar nəzarətinin zəifləməsi və istehsal xəttində daxili nəzarət mexanizmlərinin səmərəsizliyi ilə bağlı ola bilər. Son illər qiymətlərin artması fonunda bəzi istehsalçıların xərcləri azaltmaq məqsədilə müəyyən sanitar ləvazimatların və nəzarət mexanizmlərinin arxa plana keçirilməsi də bu kimi problemlərə yol aça bilər.

Qida təhlükəsizliyi baxımından ət və ət məhsullarında yad cisimlərin aşkarlanması istehlakçı sağlamlığı üçün ciddi risk hesab olunur və bu hallar müvafiq nəzarət orqanları tərəfindən araşdırılmalıdır.

Məsələ ilə bağlı “Halal Nemət 1000 Bərəkət” şirkətinin mövqeyini dərc etməyə hazırıq. Eyni zamanda aidiyyəti qurumların faktla bağlı araşdırma aparması və ictimaiyyətə rəsmi açıqlama verməsi zəruri hesab olunur.(Bizimesr.az)

 

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 603 73 77
Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Şəhid anası imtahandan kəsildi, imtiyazsız namizəd imtahansız işə götürüldü – Quba-Xaçmaz RTİ-də qəribə kadr seçimi
Next: Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələri Cey Di Vensə açıq məktub ünvanlayıblar

OXŞAR MÖVZULAR

1776950841_ekran-kli-2026-04-23-172049
  • CƏMİYYƏT

Natiq İbrahimov yenidən Lənkəran Dövlət Universitetinin rektoru təyin edilib

admin 23.04.2026 0
whatsapp_image_2026-04-23_at_10.46.37
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT

Bakının mərkəzində dilənçilər sürücülərə aman vermir – FOTO/YENİLƏNDİ

admin 23.04.2026 0
1776920568_media-baba-ocm6xk_edited
  • CƏMİYYƏT
  • ÖLKƏ

Baba Rzayevin fəaliyyətində ciddi pozuntular: Səmərəsiz xərclər…..

admin 23.04.2026 0

SON YAZILAR

1776945492_1
ARAŞDIRMA GÜNDƏM

Dövlət Xidmətinin 4 rayonunda rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb – TƏFƏRRÜAT

admin
23.04.2026 0
1776948902_ekran-kli-2026-04-23-165137
DÜNYA

ABŞ İran nefti daşıyan tankeri ələ keçirib

admin
23.04.2026 0
1776950128_ekran-shekli-2026-04-23-171421
ÖLKƏ

Aydın Əliyev öz “media keçmişini” niyə “təmizlədib”? – NƏ BAŞ VERİR?

admin
23.04.2026 0
1776950841_ekran-kli-2026-04-23-172049
CƏMİYYƏT

Natiq İbrahimov yenidən Lənkəran Dövlət Universitetinin rektoru təyin edilib

admin
23.04.2026 0

Bütün yazılar

1776945492_1
  • ARAŞDIRMA
  • GÜNDƏM

Dövlət Xidmətinin 4 rayonunda rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb – TƏFƏRRÜAT

admin 23.04.2026 0
1776948902_ekran-kli-2026-04-23-165137
  • DÜNYA

ABŞ İran nefti daşıyan tankeri ələ keçirib

admin 23.04.2026 0
1776950128_ekran-shekli-2026-04-23-171421
  • ÖLKƏ

Aydın Əliyev öz “media keçmişini” niyə “təmizlədib”? – NƏ BAŞ VERİR?

admin 23.04.2026 0
1776950841_ekran-kli-2026-04-23-172049
  • CƏMİYYƏT

Natiq İbrahimov yenidən Lənkəran Dövlət Universitetinin rektoru təyin edilib

admin 23.04.2026 0
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.