Skip to content
23.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Tarixi silib ədəbiyyatı boğan mədəniyyət dərsi… – Nazirliyin səssiz aparılan təhlükəli islahatı
  • CƏMİYYƏT

Tarixi silib ədəbiyyatı boğan mədəniyyət dərsi… – Nazirliyin səssiz aparılan təhlükəli islahatı

admin 06.02.2026
tehsil

Ölkənin ümumtəhsil sistemində iki əsas fənnin – ədəbiyyat və tarixin birləşdirilərək “mədəniyyət” adlı yeni fənn kimi tədris olunmasına hazırlıq gedir. Bu proses nə ictimai müzakirə ilə müşayiət olunur, nə də cəmiyyətə açıq şəkildə izah edilib. “Mədəniyyət–2040” konsepsiyasına istinad edilsə də, bu istinadın təhsilə necə və hansı elmi əsaslarla tətbiq edildiyi qaranlıq qalır. Ən narahatedici məqam isə odur ki, bütün bunlar səssiz-səmirsiz həyata keçirilir.

Elmə yox, tələsik qərarlara söykənən yanaşma

Dosent İlham Əhmədovun da vurğuladığı kimi, bu addımın hansı elmi araşdırmalara əsaslandığı bəlli deyil. Təhsil kimi strateji sahədə edilən dəyişikliklər illərlə aparılan analizlərə, pilot layihələrə və geniş müzakirələrə söykənməlidir. Burada isə nə akademik mühitin rəyi var, nə müəllimlərin, nə valideynlərin, nə də cəmiyyətin. Bu, islahat deyil, riskli eksperimentdir.

Ədəbiyyat və tarixi “əridərək” mədəniyyət yaratmaq olmaz

Ədəbiyyat xalqın dili, düşüncəsi və mənəvi yaddaşıdır. Tarix isə millətin keçdiyi yol, yaşadığı faciələr və qazandığı dərslərdir. Bu iki fənn təkcə informasiya ötürmür, şəxsiyyət formalaşdırır. Onları bir fənn içində “əridib” ümumi mədəniyyət anlayışına çevirmək, mahiyyəti itirmək deməkdir. Mədəniyyət bu fənnlərin nəticəsidir, əvəzi yox.

Müəllim yoxdur, proqram yoxdur, dərslik yoxdur

Ən real və cavabsız sual budur: bu fənni kim tədris edəcək? Bu gün ölkədə nə “mədəniyyət” ixtisaslı müəllim var, nə də onları hazırlayan sistem. Müəllimlərin ixtisasartırma və təkmilləşdirmə mexanizmi faktiki olaraq işlək deyil. İllərdir mövcud fənnlər üzrə normal dərslik problemi həll olunmayıbsa, yeni və mürəkkəb bir fənn üçün dərslikləri kim, necə və hansı səviyyədə yazacaq?

Təhsilə daha bir zərbə riski

Elm və Təhsil Nazirliyi bu prosesi ciddi hazırlıq olmadan, tələsik və müzakirəsiz həyata keçirməklə təhsilə növbəti ağır zərbə vurmaq riski yaradır. Təhsil sistemi artıq illərdir plansız qərarların, yarımçıq islahatların və elmi əsasdan uzaq yanaşmaların nəticələrini yaşayır. Bu addım isə həmin səhvlərin davamı təsiri bağışlayır.

Alternativ var idi, amma seçilmədi

Əgər məqsəd, doğrudan da, mədəniyyət anlayışını gücləndirmək idisə, bunun daha sağlam yolu var idi. Mədəniyyət ayrıca fənn kimi, seçmə və ya mərhələli şəkildə tədris oluna bilərdi. Bunun üçün ədəbiyyat və tarix kimi iki əsas fənni qurban verməyə ehtiyac yox idi. Bu seçim göstərir ki, problem ideyada yox, yanaşmadadır.

Düşünülməmiş islahat gələcək nəsli zədələyir

Elm, müzakirə və planlama olmadan aparılan hər təhsil islahatı gec-tez öz fəsadlarını verir. Bu cür addımlar şagirdin dünyagörüşünü daraldır, müəllimi çətin vəziyyətdə qoyur, cəmiyyətdə isə etimadsızlıq yaradır. Təhsil sınaq meydanı deyil. Burada atılan hər addım gələcək nəsillərin taleyinə birbaşa təsir edir. Bu səbəbdən belə qərarlar ya dərhal izah edilməli, ya da dayandırılmalıdır.

Sonda açıq demək lazımdır ki, burada Emin Əmrullayevin dərdi nə yeni fənndir, nə dərslikdir, nə də şagirdin və müəllimin taleyi. Məsələ sırf “Mədəniyyət–2040” konsepsiyasında guya iştirak görüntüsü yaratmaqdır. Lazım gəlsə, sabah riyaziyyatla həndəsəni, o biri gün fizika ilə kimyanı birləşdirib adına da “mədəniyyətə inteqrasiya olunmuş elmi düşüncə” kimi pafoslu nəsə qoyarlar. Məntiq, elmi əsas, nəticə heç kəsi maraqlandırmır. “Limçay limandra” – əsas odur, kağız üzərində dəyişiklik olsun, hesabatda rəngli qrafik çıxsın. Təhsilin keyfiyyəti, şagirdin nə öyrəndiyi, müəllimin necə dərs dediyi isə bu prosesdə ən axırıncı, hətta əhəmiyyətsiz məsələdir.

Amir Aqiloğlu
Yenicag.az

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Narkotik çəkib maşın sürən şəxs həbs edildi – Video
Next: İlham Əliyev İranın müdafiə nazirinə: Azərbaycan bölgədə yaranmış vəziyyətdən narahatdır

OXŞAR MÖVZULAR

1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
1784171784_1
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT
  • GÜNDƏM

115 nömrəli məktəb Moskva univermağının yeni filialı elan edildi!!!

admin 16.07.2026
media-20b2cbbf-8335-4146-b7a6-192330ddbc3c-wu3xb8
  • CƏMİYYƏT
  • VİDEO

Bloklanmış “Instagram” hesabının bərpası ətrafında qalmaqal: Vətəndaşdan saxta qəbz iddiası – VİDEO

admin 16.07.2026

XƏBƏR LENTİ

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
Son günlər media və sosial şəbəkə platformalarında Gülbadə Abdullayevanın müvafiq sertifikasiya şəhadətnaməsi olmadan həkim kimi fəaliyyət göstərməsi,...
DAVAMI Read more about “UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama
Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL 1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
“AFB Bank” ASC bu ilin I yarısını 237 min manat mənfəətlə başa vurub. Bu, ötən ilin eyni...
DAVAMI Read more about Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL
Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
Milli Məclisin deputatı Razi Nurullayev və qardaşı Hasil Nurullayevin adının hallandığı şok maliyyə qalmaqalı. Laçındakı milyonluq layihələr...
DAVAMI Read more about Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO
“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb 1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
Birinci mərhələ çərçivəsində ixrac gömrük bəyannaməsinin “Bir pəncərə” informasiya sisteminə inteqrasiyası üzrə nəzərdə tutulmuş bütün funksional və...
DAVAMI Read more about “Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb
Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı gules_federasiyasi_1200_(2)
  • İDMAN

Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

admin 16.07.2026
27 iyul – 2 avqust tarixlərində Bakıda keçiriləcək güləş üzrə U17 dünya çempionatına qeydiyyat prosesi başa çatıb....
DAVAMI Read more about Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

Bütün yazılar

ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.