Skip to content
23.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Gəncə Dövlət Universitetində imtahan maxinasiyaları və rektorun yeni qalmaqallı villası
  • CƏMİYYƏT

Gəncə Dövlət Universitetində imtahan maxinasiyaları və rektorun yeni qalmaqallı villası

admin 27.01.2026
sekil1

Gəncə Dövlət Universitetinin bir qrup professor-müəllim heyəti tərəfindən cumhuriyyet.az-ın elektron poçtuna göndərilən məktubda bu ali məktəbdəki imtahan sistemi və idarəetmə ilə bağlı ciddi problemlərdən bəhs olunur. Təhsil nazirinə ümvanlanan məktubda bildirilir ki, Gəncə Dövlət Universitetinin rektoru vəzifəsində qalmaq üçün bütün vasitələrə əl atır. Onun üçün əsas məqsəd tələbə narazılığının qarşısını almaq və zahiri olaraq “tələbəyönümlü” idarəetmə görüntüsü yaratmaqdır: “Bu məqsədlə universitetdə imtahan prosesi mövcud qaydalara və Bolonya təhsil sisteminin tələblərinə zidd şəkildə təşkil olunur. Halbuki Bolonya sisteminə uyğun olaraq ali məktəblərdə imtahanlar yazılı formada keçirilməlidir. Buna baxmayaraq, Gəncə Dövlət Universitetində imtahanlar test üsulu ilə aparılır. Test imtahanları ilə bağlı müəllimlər qarşısında sərt tələblər qoyulur: hər fənn üzrə 300–500 test sualı hazırlanmalıdır. Bu testlərin cavabları isə qarışıq şəkildə tələbələrə paylanır. İmtahana bir həftə qalmış rektor tələbələri bir yerə toplayaraq düzgün cavabları onlara təqdim edir. Nəticədə imtahan prosesi formal xarakter daşıyır, bilik yoxlaması deyil, sadəcə cavabların əzbərlənməsi ilə əvəz olunur”.
GDU-dakı imtahan sisteminin yarıtmazlığından bəhs edən pedoqoji kollektiv cumhuriyyet.az-a bildirir ki, Universitetdə cəmi iki imtahan yazılı keçirilir: “Magistratura şöbəsində isə bütün imtahanlar yazılı formada təşkil olunur ki, bu da bakalavr pilləsində tətbiq edilən yanaşmanın nə qədər ziddiyyətli olduğunu açıq şəkildə göstərir. Rektorun tələbinə əsasən imtahanlarda cəmi 30 sual verilir. Halbuki normal qaydada 30 bilet olmalı, hər biletdə 5 sual olmaqla ümumilikdə 150 sual tərtib edilməlidir. Mövcud vəziyyətdə verilən 30 sual cəmi 6 bilet deməkdir və qalan biletlərdə eyni suallar təkrar olunur. Bu isə imtahanın obyektivliyini və ədalətliliyini tamamilə aradan qaldırır. Rektor tələbələrin gözündə öz nüfuzunu qaldırmağa çalışaraq, guya bütün bu dəyişiklikləri onların xeyrinə etdiyini bildirir və açıq şəkildə “gedin cavabları əzbərləyin” mesajı verir. Lakin imtahanlardan sonra tamam fərqli mənzərə ortaya çıxır. Vasif Həsənov və İsmayıl İsmayılov vasitəsilə, tələbələr doğru cavab yazsalar belə kütləvi şəkildə kəsilirlər. Daha sonra isə tələbələrdən ayrı-ayrılıqda pul yığılaraq qiymətlərin “düzəldilməsi” həyata keçirilir. Belə bir mühitdə savadlı, bilikli və peşəkar kadr hazırlığından danışmaq mümkün deyil”.
Məktubda qeyd olunur ki, hazırda imtahan sessiyası başlayır. Bu səbəbdən Təhsil Nazirliyi tərəfindən imtahan prosesinin xüsusi nəzarətə götürülməsi zəruridir. Təəssüf doğuran məqam ondan ibarətdir ki, şəhər rəhbərliyi və şəhər prokurorluğu da bu məsələlərə göz yumur. İmtahan sessiyasından sonra həm şəhər rəhbərliyinə, həm prokurorluğa, həm də digər müvafiq qurumlara xüsusi “paketlərin” çatdırılması bu susqunluğun səbəbini açıq şəkildə ortaya qoyur.
Gəncə Dövlət Universitetinin bir qrup professor-müəllim heyəti cumhuriyyet az-a məktubunda Gəncə şəhərində fəaliyyət göstərən digər ali təhsil müəssisələrində isə rüşvət məsələsindən ümumiyyətlə söhbət belə getmədiyini qeyd edir: “Buna baxmayaraq, Yusif Yusifovun fəaliyyəti Azərbaycan təhsilinin üz qarası kimi qiymətləndirilir. Rektor Avtozavod qəsəbəsində özünə dəbdəbəli villa tikdirib və artıq bir neçə gündür ki, həmin villaya köçüb. Maraqlıdır ki, yolun qarşı tərəfində isə onun məşuqəsi üçün ayrıca villa tikdirilməsi faktı da hamıya məlumdur. Bu cür idarəetmə, imtahan və qiymətləndirmə sistemi ali təhsilin mahiyyətini məhv edir, universitetin nüfuzuna ciddi zərbə vurur və gələcək nəsillərin savadlı kadr kimi formalaşmasına mane olur”.

Cumhuriyyet.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Kadr islahatı, yoxsa yerdəyişmə? – Bu icra başçılarının əsl planı nədir?
Next: Hakimimiz Avropa Liqasının oyununu idarə edəcək

OXŞAR MÖVZULAR

1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
1784171784_1
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT
  • GÜNDƏM

115 nömrəli məktəb Moskva univermağının yeni filialı elan edildi!!!

admin 16.07.2026
media-20b2cbbf-8335-4146-b7a6-192330ddbc3c-wu3xb8
  • CƏMİYYƏT
  • VİDEO

Bloklanmış “Instagram” hesabının bərpası ətrafında qalmaqal: Vətəndaşdan saxta qəbz iddiası – VİDEO

admin 16.07.2026

XƏBƏR LENTİ

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
Son günlər media və sosial şəbəkə platformalarında Gülbadə Abdullayevanın müvafiq sertifikasiya şəhadətnaməsi olmadan həkim kimi fəaliyyət göstərməsi,...
DAVAMI Read more about “UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama
Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL 1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
“AFB Bank” ASC bu ilin I yarısını 237 min manat mənfəətlə başa vurub. Bu, ötən ilin eyni...
DAVAMI Read more about Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL
Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
Milli Məclisin deputatı Razi Nurullayev və qardaşı Hasil Nurullayevin adının hallandığı şok maliyyə qalmaqalı. Laçındakı milyonluq layihələr...
DAVAMI Read more about Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO
“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb 1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
Birinci mərhələ çərçivəsində ixrac gömrük bəyannaməsinin “Bir pəncərə” informasiya sisteminə inteqrasiyası üzrə nəzərdə tutulmuş bütün funksional və...
DAVAMI Read more about “Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb
Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı gules_federasiyasi_1200_(2)
  • İDMAN

Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

admin 16.07.2026
27 iyul – 2 avqust tarixlərində Bakıda keçiriləcək güləş üzrə U17 dünya çempionatına qeydiyyat prosesi başa çatıb....
DAVAMI Read more about Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

Bütün yazılar

ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.