Skip to content
24.04.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Xankəndiyə gedən turistlərin sayı artıb
  • CƏMİYYƏT

Xankəndiyə gedən turistlərin sayı artıb

admin 01.01.2026
xankendı

Bayram günlərində Xankəndi şəhəri təkcə bayram ab-havası ilə deyil, həm də yerli və xarici qonaqların yaratdığı canlanma ilə xüsusi diqqət çəkir.

 

 

Soztv xəbər verir ki, bu barədə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Verilən məlumata görə, bu günlərdə Xankəndi şəhərinə gedən qonaqların sayında xeyli artım qeydə alınıb.

Qonaqlar Xankəndidə aparılan genişmiqyaslı bərpa və quruculuq işlərini, şəhərin sürətlə dirçəldiyini və yeni sima qazandığını yüksək qiymətləndiriblər.

Bərdə rayon sakini, Xankəndiyə qonaq gələn Fəzail Səfərov bayram təəssüratını bölüşərək bildirib ki, bu şəhərdə olmaq hər bir azərbaycanlı üçün böyük mənəvi dəyər daşıyır:

“Xankəndiyə bayram günlərində gəlmək sözlə ifadə olunmayacaq qədər qürurvericidir. İllər boyu həsrətində olduğumuz torpaqlarda bu gün bayram sevinci yaşamaq, azad və abad bir şəhəri görmək insanı kövrəldir. Bu günləri bizə yaşadanlara minnətdarıq.”

Füzulidən Xankəndiyə gedən Rəsul Hümbətov isə burada hökm sürən bayram ovqatının xüsusi olduğunu vurğulayıb:

“Xankəndidə bayram tamam başqa hissdir. Burada hər addımda dövlətin gücünü, xalqımızın birliyini hiss edirsən. Şəhərin dirçəlməsi, insanların üzündəki sevinc gələcəyə olan inamımızı daha da artırır”.

Xocalı rayonu sakini olan, Goranboydan gedən Allahverən Kərimov da bayram günlərində doğma torpaqlarda olmağın onun üçün böyük qürur mənbəyi olduğunu deyib:

“Bu gün Xankəndidə bayramı qarşılamaq mənim üçün tarixi bir andır. Şəhidlərimizin qanı ilə azad edilən bu torpaqlarda sülh, əmin-amanlıq və bayram sevinci görmək hər birimizi kövrəldir. Allah bütün şəhidlərimizə rəhmət eləsin”.

Bayram günlərində Xankəndiyə axın edən qonaqların sayı şəhərdə yaranan yüksək əhvali-ruhiyyəni daha da artırır.

Qeyd edək ki, Xankəndinin bayram günlərində yerli və xarici qonaqlar üçün cəlbedici məkana çevrilməsi ölkəmizin doğma torpaqlarında qurulan yeni həyatın və parlaq gələcəyin göstəricisidir.

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Azərbaycan XİN İsveçrəyə başsağlığı verib
Next: Hakan Fidan Rüstəm Umerovla görüşdü

OXŞAR MÖVZULAR

1776950841_ekran-kli-2026-04-23-172049
  • CƏMİYYƏT

Natiq İbrahimov yenidən Lənkəran Dövlət Universitetinin rektoru təyin edilib

admin 23.04.2026 0
whatsapp_image_2026-04-23_at_10.46.37
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT

Bakının mərkəzində dilənçilər sürücülərə aman vermir – FOTO/YENİLƏNDİ

admin 23.04.2026 0
1776920568_media-baba-ocm6xk_edited
  • CƏMİYYƏT
  • ÖLKƏ

Baba Rzayevin fəaliyyətində ciddi pozuntular: Səmərəsiz xərclər…..

admin 23.04.2026 0

SON YAZILAR

1776945492_1
ARAŞDIRMA GÜNDƏM

Dövlət Xidmətinin 4 rayonunda rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb – TƏFƏRRÜAT

admin
23.04.2026 0
1776948902_ekran-kli-2026-04-23-165137
DÜNYA

ABŞ İran nefti daşıyan tankeri ələ keçirib

admin
23.04.2026 0
1776950128_ekran-shekli-2026-04-23-171421
ÖLKƏ

Aydın Əliyev öz “media keçmişini” niyə “təmizlədib”? – NƏ BAŞ VERİR?

admin
23.04.2026 0
1776950841_ekran-kli-2026-04-23-172049
CƏMİYYƏT

Natiq İbrahimov yenidən Lənkəran Dövlət Universitetinin rektoru təyin edilib

admin
23.04.2026 0

Bütün yazılar

1776945492_1
  • ARAŞDIRMA
  • GÜNDƏM

Dövlət Xidmətinin 4 rayonunda rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb – TƏFƏRRÜAT

admin 23.04.2026 0
1776948902_ekran-kli-2026-04-23-165137
  • DÜNYA

ABŞ İran nefti daşıyan tankeri ələ keçirib

admin 23.04.2026 0
1776950128_ekran-shekli-2026-04-23-171421
  • ÖLKƏ

Aydın Əliyev öz “media keçmişini” niyə “təmizlədib”? – NƏ BAŞ VERİR?

admin 23.04.2026 0
1776950841_ekran-kli-2026-04-23-172049
  • CƏMİYYƏT

Natiq İbrahimov yenidən Lənkəran Dövlət Universitetinin rektoru təyin edilib

admin 23.04.2026 0
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.