Skip to content
09.06.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Ginekoloq-həkim Günel Nəcəfovanın otağında oğurluq: Bir gün sonra polis qapısını döydü – TƏFƏRRÜAT
  • ARAŞDIRMA

Ginekoloq-həkim Günel Nəcəfovanın otağında oğurluq: Bir gün sonra polis qapısını döydü – TƏFƏRRÜAT

admin 09.06.2026
whatsapp_image_2026-06-09_at_15.32.01

Bakının Səbail rayonunda hәkim-ginekoloq Günel Nəcəfovanın xidməti otağından oğurluqda ittiham olunan Arif Əliyevin məhkəməsi başa çatıb.

1968-ci il təvəllüdlü Ağcabədi rayon sakini Arif gözünü müayinә etdirmək mәqsәdi ilә getdiyi kilinikanın birinci mәrtәbәsindәki hәkim-ginekoloq Günel Nəcəfovanın iş otağına girib. Otaqda iş masasının üzәrindә Günelə mәxsus qadın әl çantasının içәrisindәn 5440 manatı vә 200 dolları götürüb.

Həmçinin həkimə məxsus 1400 manat dәyәrindә “Coccinelle” markalı pul qabını da aparıb və ümumulikdә ona 7180 manat mәblәğindә maddi ziyan vurub.

Arifin barəsində Cinayət Məcəlləsinin 177.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla oğurluq törətmək) maddəsi ilə ittiham elan edilib.

İş üzrə izahat verən Arif ittiham üzrə özünü təqsirli bilib. İfadəsində göstərib ki, sonuncu dәfә oğurluq cinayәtinә görә azadlıqdan mәhrum edilib, 2025-ci ildә amnistiyaya düşәrәk cәzaçәkmә müәssisәsindәn azad olunub:

“2026-cı ildә yaşadığım Beylәqan şәhәrindәn Bakıya gәldim. Sabunçu rayonu Zabrat qәsәbәsindә kirayәdә yaşayan yeznәmin evindә qalmağa başladım. Gözümü yoxlatdırmaq mәqsәdilә klinikaya gәldim. Xәstәxananın 1-ci mәrtәbәsindә dәhlizdә gözlәyәn zaman sonradan adının Günel olduğunu bildiyim hәkimin otağının qapısının açıq qaldığını vә içәridә heç kimin olmadığını gördüm. Otağın içərisində masanın üzәrindә qara rәngli әl çantası gözümə dəydi.

Otağa daxil olub, çantanın içәrisindәn qırmızı rәngli pul kisәsini götürərək oradan çıxdım. Xәstәxananın yaxınlığında pul kisәsinə baxanda pul, sәnәdlәr vә bank kartı olduğunu gördüm. Pulu, sәnәdi vә bank kartlarını götürərək cibimә qoydum. Tam xatırlamadığım ünvanda taksiyә mindim. Ondan məni “Koroğlu” metrostansiyasına aparmasını xahiş etdim. Yolda pul kisәsini taksinin pәncәrәsindәn çölә atdım”.

Təqsirləndirilən şəxs deyib ki, “Koroğlu” metrostansiyasına çatdıqda taksidәn düşüb və avtobusla Zabrat qәsәbәsinә gedib: “Qәsәbәdә marketә girәrәk tәxminәn 50-60 manatlıq alış-veriş etdim. Sonra yaşadığım evә yollandım. Evdә pulu sayanda ümumilikdә 4680 manat vә 200 dollar olduğunu, hәmçinin bank kartları, Günelə məxsus şәxsiyyәt vә sürücülük vәsiqәlərini gördüm.

Bir gün sonra polis әmәkdaşları gәldilәr. Məndən baş verәnlәr barәdә soruşdular. Oğurluğu etiraf etdim, pul, sәnәd vә bank kartlarını onlara tәqdim etdim”.

Səbail Rayon Məhkəməsinin hökmü ilə Arif 2 il 5 ay 28 gün müddәtә azadlıqdan mәhrum edilib./Teleqraf

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: “Binəqədi Mall”da qanunsuz əlavə tikinti işlərinə hansı şərtlərlə icazə verilib?
Next: Fərhad Əhmədovu aldadan fransalının cəzası 3 il azaldıldı

OXŞAR MÖVZULAR

598800357_1552603153165367_6108120687354799824_n
  • ARAŞDIRMA

Fərhad Əhmədovu aldadan fransalının cəzası 3 il azaldıldı

admin 09.06.2026
6a27f5411fb766a27f5411fb7717810035856a27f5411fb746a27f5411fb75
  • ARAŞDIRMA

“Qurtuluş” Reabilitasiya Mərkəzi ilə bağlı məhkəmənin vaxtı məlum olub

admin 09.06.2026
d0ef03124f61a34cef6af35c99a49b5a
  • ARAŞDIRMA
  • GÜNDƏM

“Atlant” işi müzakirədə: 171 nəfər milyonlarını tələb edir

admin 09.06.2026

XƏBƏR LENTİ

Niderland İrandan Azərbaycana köçürülən səfirliyinin fəaliyyətini Tehranda bərpa edib 1781018991_screenshot_20260609_192426_com_android_chrome_chrometabbedactivity
  • DÜNYA

Niderland İrandan Azərbaycana köçürülən səfirliyinin fəaliyyətini Tehranda bərpa edib

admin 09.06.2026
Niderlandın İrandakı səfirliyi fəaliyyətini bərpa edib. Bu barədə Niderlandın Bakıdakı səfirliyi məlumat yayıb. Bildirilib ki, müvəqqəti olaraq...
DAVAMI Read more about Niderland İrandan Azərbaycana köçürülən səfirliyinin fəaliyyətini Tehranda bərpa edib
Saleh Məmmədov “İNKİR-MİNKİR SORĞUSU”NDA… – İDDİA 1781014250_screenshot_20260609_175956_com_android_chrome_chrometabbedactivity
  • ÖLKƏ

Saleh Məmmədov “İNKİR-MİNKİR SORĞUSU”NDA… – İDDİA

admin 09.06.2026
Saleh Məmmədov Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) sədri vəzifəsindən kənarlaşdırıldıqdan sonra qurumda genişmiqyaslı yoxlamalar davam etdirilir....
DAVAMI Read more about Saleh Məmmədov “İNKİR-MİNKİR SORĞUSU”NDA… – İDDİA
Fərhad Əhmədovu aldadan fransalının cəzası 3 il azaldıldı 598800357_1552603153165367_6108120687354799824_n
  • ARAŞDIRMA

Fərhad Əhmədovu aldadan fransalının cəzası 3 il azaldıldı

admin 09.06.2026
Azərbaycanda həbsdə olan Fransanın “SAUR” şirkətinin vitse-prezidenti Anass Derrazın cəzası azaldılıb. Bu barədə “Qafqazinfo”ya onun vəkili Yaqub...
DAVAMI Read more about Fərhad Əhmədovu aldadan fransalının cəzası 3 il azaldıldı
Ginekoloq-həkim Günel Nəcəfovanın otağında oğurluq: Bir gün sonra polis qapısını döydü – TƏFƏRRÜAT whatsapp_image_2026-06-09_at_15.32.01
  • ARAŞDIRMA

Ginekoloq-həkim Günel Nəcəfovanın otağında oğurluq: Bir gün sonra polis qapısını döydü – TƏFƏRRÜAT

admin 09.06.2026
Bakının Səbail rayonunda hәkim-ginekoloq Günel Nəcəfovanın xidməti otağından oğurluqda ittiham olunan Arif Əliyevin məhkəməsi başa çatıb. 1968-ci...
DAVAMI Read more about Ginekoloq-həkim Günel Nəcəfovanın otağında oğurluq: Bir gün sonra polis qapısını döydü – TƏFƏRRÜAT
“Binəqədi Mall”da qanunsuz əlavə tikinti işlərinə hansı şərtlərlə icazə verilib? 1781011008_screenshot_20260609_170600_com_android_chrome_chrometabbedactivity
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Binəqədi Mall”da qanunsuz əlavə tikinti işlərinə hansı şərtlərlə icazə verilib?

admin 09.06.2026
Binəqədi rayonu ərazisində qanunsuz tikinti işləri davam etdirilir. Bu barədə XALQ-a daxil olan məlumatlarda bildirilir ki, sözügedən...
DAVAMI Read more about “Binəqədi Mall”da qanunsuz əlavə tikinti işlərinə hansı şərtlərlə icazə verilib?

Bütün yazılar

1781018991_screenshot_20260609_192426_com_android_chrome_chrometabbedactivity
  • DÜNYA

Niderland İrandan Azərbaycana köçürülən səfirliyinin fəaliyyətini Tehranda bərpa edib

admin 09.06.2026
1781014250_screenshot_20260609_175956_com_android_chrome_chrometabbedactivity
  • ÖLKƏ

Saleh Məmmədov “İNKİR-MİNKİR SORĞUSU”NDA… – İDDİA

admin 09.06.2026
598800357_1552603153165367_6108120687354799824_n
  • ARAŞDIRMA

Fərhad Əhmədovu aldadan fransalının cəzası 3 il azaldıldı

admin 09.06.2026
whatsapp_image_2026-06-09_at_15.32.01
  • ARAŞDIRMA

Ginekoloq-həkim Günel Nəcəfovanın otağında oğurluq: Bir gün sonra polis qapısını döydü – TƏFƏRRÜAT

admin 09.06.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.