Skip to content
09.06.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • “Atlant” işi müzakirədə: 171 nəfər milyonlarını tələb edir
  • ARAŞDIRMA
  • GÜNDƏM

“Atlant” işi müzakirədə: 171 nəfər milyonlarını tələb edir

admin 09.06.2026
d0ef03124f61a34cef6af35c99a49b5a

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölkənin son illərdə ən çox müzakirə olunan tikinti fırıldağı işlərindən biri üzrə növbəti məhkəmə iclası keçiriləcək. Prosesdə əsas diqqət yenə də Nabranda yerləşən və üzərinə həbs qoyulmuş “Atlant” Ailəvi İstirahət Mərkəzinin taleyinə yönələcək.

Musavat.com xəbər verir ki, 171 nəfərin zərərçəkən qismində tanındığı cinayət işində söhbət təkcə eyni mənzillərin müxtəlif şəxslərə satılmasından getmir.

Məhkəmə materiallarında və zərərçəkənlərin ifadələrində illərdir müzakirə olunan daha ciddi bir iddia yer alır: vətəndaşlardan toplanmış milyonlarla manatın yaşayış binasının tikintisinə deyil, başqa istiqamətə “Atlant” Ailəvi İstirahət Mərkəzinə yönəldilməsi iddiası var.

İttihama görə, Nofəl Hacıyev 2018-2022-ci illər ərzində “Təbriz” MTK tərəfindən inşa edilən yaşayış binasında eyni mənzilləri müxtəlif şəxslərə sataraq 171 vətəndaşdan ümumilikdə 14 milyon manatdan artıq vəsait əldə edib. Azərbaycanın daşınmaz əmlak sektorunda oxşar hallar əvvəllər də qeydə alınıb. Lakin bu işi digərlərindən fərqləndirən əsas məqam həm zərərçəkənlərin sayının çoxluğu, həm də dövriyyəyə daxil olmuş vəsaitin həcmi və həmin vəsaitlərin sonrakı taleyi ilə bağlı ortaya çıxan suallardır.  Məhkəmə iclaslarında çıxış edən zərərçəkənlər demək olar ki, eyni mövqedən çıxış edirlər. Onların sözlərinə görə, ödədikləri vəsaitlər mənzillərin tikintisinə yönəldilməyib. Məhkəmə sənədlərində və ifadələrdə isə ən çox hallanan ünvanlardan biri məhz “Atlant” Ailəvi İstirahət Mərkəzidir. Prosesdə diqqət çəkən əsas məqamlardan biri də təqsirləndirilən şəxs Nofəl Hacıyevin məhkəmədə verdiyi ifadələrdir.

O, vətəndaşlardan topladığı pulların “Atlant”ın tikinti və təmir işlərinə sərf olunduğunu etiraf edib. Son məhkəmə iclaslarında ifadə verən zərərçəkənlər və şahidlər də bildiriblər ki, “Təbriz” MTK vasitəsilə əldə olunan vəsaitlər sonradan istirahət mərkəzinin genişləndirilməsi, tikintisi və abadlaşdırılması işlərinə yönəldilib. Zərərçəkənlərin fikrincə, bu gün Nabran sahilində fəaliyyət göstərən iri istirahət kompleksinin formalaşmasında həmin vəsaitlərin rolu olub. Bu iddia hüquqi baxımdan xüsusi əhəmiyyət kəsb edir. Çünki istintaq materialları və məhkəmə araşdırmaları nəticəsində vətəndaşlardan toplanan pulların həqiqətən də başqa obyektlərə yönəldildiyi müəyyən olunarsa, bu, cinayət işinin hüquqi qiymətləndirilməsində mühüm rol oynaya bilər. İş üzrə ən çox müzakirə olunan şəxslərdən biri də Tahir Qədəşovdur.

Nofəl Hacıyevin qayınatası olan Tahir Qədəşovun adı məhkəmə iclaslarında dəfələrlə səsləndirilib. Zərərçəkənlər bildirirlər ki, Nofəl Hacıyevlə Tahir Qədəşov uzun illər biznes əlaqələrində olublar və maliyyə qərarlarının qəbulunda birlikdə iştirak ediblər. Bu səbəbdən zərərçəkənlər məhkəmədən Tahir Qədəşovun da hüquqi məsuliyyət məsələsinə qiymət verilməsini tələb edirlər. Onların vəsatətlərində Tahir Qədəşovun təqsirləndirilən şəxs qismində cəlb olunması, ifadəsinin alınması və barəsində həbs qətimkan tədbirinin seçilməsi məsələləri qaldırılıb. Hələlik bu vəsatətlər üzrə yekun qərar açıqlanmayıb. Zərərçəkənlərin əsas arqumenti isə dəyişməz qalır. Onlar hesab edirlər ki, əgər vətəndaşlardan toplanmış vəsaitlərin hərəkət istiqaməti məlumdursa və həmin vəsaitlərin istifadəsində bir neçə şəxs iştirak edibsə, hüquqi qiymətləndirmə də bütün iştirakçıları əhatə etməlidir. Prosesin ən mühüm hissələrindən biri “Atlant” Ailəvi İstirahət Mərkəzinin üzərinə qoyulmuş həbs qərarı ilə bağlıdır. Hazırda istirahət mərkəzinin əmlakı cinayət işi çərçivəsində həbs altındadır. Bu qərar zərərçəkənlər üçün xüsusi əhəmiyyət daşıyır.

Çünki onların böyük hissəsi illər keçməsinə baxmayaraq nə mənzillərini əldə edə bilib, nə də ödədikləri vəsaitləri geri qaytara bilib. Məhz buna görə zərərçəkənlər məhkəmədən həbs qərarının qüvvədə saxlanılmasını tələb edirlər. Onların mövqeyinə görə, əgər məhkəmə yekunda ittihamedici hökm çıxararsa və əmlakın formalaşmasında cinayət yolu ilə əldə edilmiş vəsaitlərin istifadə olunduğu müəyyən edilərsə, həmin əmlakın müsadirə olunaraq hərraca çıxarılması və əldə edilən vəsait hesabına vurulmuş ziyanın ödənilməsi mümkün ola bilər. Başqa sözlə, zərərçəkənlər hesab edirlər ki, pullar hansı istiqamətə yönəldilibsə, kompensasiya da həmin mənbədən təmin olunmalıdır.

Qeyd edək ki, “Atlant” Ailəvi İstirahət Mərkəzi 2002-ci ildə Nabran qəsəbəsində, Xəzər dənizinin sahilində fəaliyyətə başlayıb. Sonrakı illərdə kompleksin ərazisi davamlı şəkildə genişləndirilib. Hazırda obyekt çoxsaylı hotellər, 200-ə yaxın kotec, akvaparklar, restoranlar, əyləncə və idman obyektləri, çimərlik infrastrukturu, konfrans zalları və digər xidmət sahələrini özündə birləşdirən iri istirahət kompleksi kimi fəaliyyət göstərir. Bu gün keçiriləcək məhkəmə iclasında tərəflərin növbəti arqumentlərinin dinlənilməsi gözlənilir. Lakin artıq indidən aydındır ki, prosesin mərkəzində duran əsas sual dəyişməyib: 14 milyon manatlıq vəsaitin taleyi necə olub və həmin pulların geri qaytarılması üçün hansı hüquqi mexanizmlər işə salınacaq?

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Azov dənizində həlak olan iki soydaşımızın nəşi TAPILDI
Next: “İndiki müğənnilər o əziyyəti çəkməz” – Ruhəngiz Allahverdiyeva

OXŞAR MÖVZULAR

6a27f5411fb766a27f5411fb7717810035856a27f5411fb746a27f5411fb75
  • ARAŞDIRMA

“Qurtuluş” Reabilitasiya Mərkəzi ilə bağlı məhkəmənin vaxtı məlum olub

admin 09.06.2026
6a279ee56b4366a279ee56b43717809814776a279ee56b4346a279ee56b435
  • ARAŞDIRMA

Əfqan Sadıqov həbs edilib

admin 09.06.2026
media-gg-71zote
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM
  • ÖLKƏ

77-EU-011 nömrəli “Galenvagen”in sürücüsü: Yaxşı edib üstünə sürürəm…

admin 09.06.2026

XƏBƏR LENTİ

“Flora Holland” MMC-yə satınalmalarda belə geniş şəriti kimlər yaradır – İLGİNC FAKTLAR… 1781005439_screenshot_20260609_154205_com_android_chrome_chrometabbedactivity
  • BAXIŞ BUCAĞI
  • ÖLKƏ

“Flora Holland” MMC-yə satınalmalarda belə geniş şəriti kimlər yaradır – İLGİNC FAKTLAR…

admin 09.06.2026
Dövlət satınalmalarında yol verilən qanunsuzluqlar, şübhəli tenderlərlə bağlı mediada kifayət qədər geniş məlumatlar var. Satınalan təşkilat olaraq...
DAVAMI Read more about “Flora Holland” MMC-yə satınalmalarda belə geniş şəriti kimlər yaradır – İLGİNC FAKTLAR…
BDU-da məzunlara məcburi mantiya satılır? media-elcc-ha5gct
  • CƏMİYYƏT

BDU-da məzunlara məcburi mantiya satılır?

admin 09.06.2026
Bakı Dövlət Univeristetinin (BDU) rəhbərliyi haqqında ilginc iddia yayılıb. Alisa Poliker adlı sosial şəbəkə istifadəçisi bununla bağlı...
DAVAMI Read more about BDU-da məzunlara məcburi mantiya satılır?
“Qurtuluş” Reabilitasiya Mərkəzi ilə bağlı məhkəmənin vaxtı məlum olub 6a27f5411fb766a27f5411fb7717810035856a27f5411fb746a27f5411fb75
  • ARAŞDIRMA

“Qurtuluş” Reabilitasiya Mərkəzi ilə bağlı məhkəmənin vaxtı məlum olub

admin 09.06.2026
Qəsdən sağlamlığa az ağır zərər vurma, adam oğurluğu və əzab verməkdə təqsirləndirilən “Qurtuluş” Reabilitasiya Mərkəzinin rəhbəri Ceyhun...
DAVAMI Read more about “Qurtuluş” Reabilitasiya Mərkəzi ilə bağlı məhkəmənin vaxtı məlum olub
“İndiki müğənnilər o əziyyəti çəkməz” – Ruhəngiz Allahverdiyeva 79b77271665731e15921eca4987c7102
  • ŞOU-BİZNES

“İndiki müğənnilər o əziyyəti çəkməz” – Ruhəngiz Allahverdiyeva

admin 09.06.2026
“Bizim zamanımızda geyim, söz və musiqi üçün xüsusi insanlar var idi, onlar seçim edirdilər ki, olar, yoxsa...
DAVAMI Read more about “İndiki müğənnilər o əziyyəti çəkməz” – Ruhəngiz Allahverdiyeva
“Atlant” işi müzakirədə: 171 nəfər milyonlarını tələb edir d0ef03124f61a34cef6af35c99a49b5a
  • ARAŞDIRMA
  • GÜNDƏM

“Atlant” işi müzakirədə: 171 nəfər milyonlarını tələb edir

admin 09.06.2026
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölkənin son illərdə ən çox müzakirə olunan tikinti fırıldağı işlərindən biri...
DAVAMI Read more about “Atlant” işi müzakirədə: 171 nəfər milyonlarını tələb edir

Bütün yazılar

1781005439_screenshot_20260609_154205_com_android_chrome_chrometabbedactivity
  • BAXIŞ BUCAĞI
  • ÖLKƏ

“Flora Holland” MMC-yə satınalmalarda belə geniş şəriti kimlər yaradır – İLGİNC FAKTLAR…

admin 09.06.2026
media-elcc-ha5gct
  • CƏMİYYƏT

BDU-da məzunlara məcburi mantiya satılır?

admin 09.06.2026
6a27f5411fb766a27f5411fb7717810035856a27f5411fb746a27f5411fb75
  • ARAŞDIRMA

“Qurtuluş” Reabilitasiya Mərkəzi ilə bağlı məhkəmənin vaxtı məlum olub

admin 09.06.2026
79b77271665731e15921eca4987c7102
  • ŞOU-BİZNES

“İndiki müğənnilər o əziyyəti çəkməz” – Ruhəngiz Allahverdiyeva

admin 09.06.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.